Baku Holiday Travel
İnsan resursları üzrə aparıcı mütəxəssis
Son tarix 01 mar 2025 - [email protected]
İş barədə məlumat:
- Azərbaycan Respublikası Əmək Məcəlləsini əsas tutaraq İnsan Resursları üzrə müvafiq əməliyyatları həyata keçirmək;
- Müasir HR metodologiya və yanaşmalar ( KPİ, Performance evolution, səriştələrin idarə edilməsi, təlim, karyera planlama) haqda məlumatlılıq
- Vakansiyalar üzrə elanların müvafiq saytlarda yerləşdirilməsi,CV-lərin analiz edilməsi, müsahibələrin təşkili,namizədlərə geri dönüşlərin edilməsi
- Daxili təlimlərin təşkil edilməsi, işçilər üçün inkişaf və təlim proqramlarının hazırlanması;
- Şirkət üzrə vəzifə təlimatlarının və bütün növ əmrlərin yazılması (işə qəbul, işdən azad, ezamiyyə, məzuniyyət, mükafatlandırılma, intizam tənbehi və s.,)
- İşçilərin gündəlik və aylıq davamiyyətinin izlənilməsi, gündəlik və aylıq hesabatın hazırlanması, ay sonu əmək haqqı tabellərinin hazırlanaraq mühasibatlığa təhvil verilməsi;
- Yeni gələn əməkdaşların ofislə tanış edilməsi,adaptasiya proqramı və rəhbərlik ilə görüşdürülməsi;
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən yeni işçilərin sənədlərinin qəbulu, əmək müqaviləsinin bağlanması, dəyişikliklərin edilməsi, xitam verilməsi, vəzifə dəyişikliyi, mükafatlandırılması, məzuniyyət, ezamiyyətə göndərilməsi və sair ilə bağlı sənədlərin rəsmiləşdirilməsi, habelə Əmək Müqaviləsi bildirişlərinin ƏMAS altsisteminə daxil edilməsi, müvafiq sənədləşmənin icra edilməsi və ƏMAS-la və İSB ilə bağlı digər əməliyyatları vaxtında yerinə yetirmək;
- İşçilərin illik əmək məzuniyyətlərinin qrafikinin qurulması, təhsil, analıq və öz hesabına məzuniyyətlərin verilməsi,istifadə edilməmiş məzuniyyətlərin kompensasiya edilib verilməsi
- İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazasını (data baza) hazırlamaq və mütəmadi yeniləmək;
- Əməkdaşların daxili icra və əmək intizamı qaydalarına riayət etməsinə nəzarət edilməsi
Namizədə tələblər:
- İnsan Resursları,Biznes İdarəetməsi və ya müvafiq sahədə bakalavr dərəcəsi.
- İnsan resursları sahəsində 3 ildən az olmayaraq peşəkar iş təcrübəsi
- Azərbaycan Respublikası Əmək Məcəlləsi və mövcud əmək qanunvericiliyi üzrə biliklər;
- MS Office (Word, Excell, Power Point) proqramlarında sərbəst işləmək bacarığı;
- Dil bilikləri - azərbaycan dili əla, İngilis dili- yaxşı; Rus dili – arzuolunandır
- Komanda daxilində işləmək bacarığı
- Analitik düşünmə və problemləri həll etmə və liderlik bacarıqları
- Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq, ünsiyyətcil
İş barədə məlumat:
- İş günləri : Həftənin 5 iş günü tam
- İş vaxtı: 09:00-dan 18:00-dək
- Əmək haqqı: 1500 AZN (gross)
- Ünvan: Winter Park Plaza,Baku Holiday Travel
Yalnız qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “İnsan resursları üzrə aparıcı mütəxəssis” qeyd etməklə CV-lərini elektron poçt ünvanına göndərməyi xahiş olunur.