Baku Electronics
Problemli müştərilərlə iş üzrə təqibçi
Son tarix 22 iyn 2023 - [email protected]
Xüsusi tələblər:
- Təhsil: Ali;
- İş təcrübəsi: 1-3 il;
- MS Excel və MS Word proqramları ilə sərbəst işləmək bacarığı;
- Analitik düşüncə;
- Müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama bacarığı;
Vəzifə öhdəlikləri:
- Borcu gecikdirilən müştərilərlə telefon əlaqəsi yaratmaq və borcun ödənilməsi istiqamətində danışıqlar aparmaq;
- Borcun ödənilməsinə nəzarət etmək;
- Ödənişləri gecikmədə olan müştərilərə bildirişlər göndərmək;
- Gecikmədə olan müştərilərin ödənişlərinin gecikmə səbəbini araşdırmaq, bununla bağlı birbaşa rəhbərə məlumat vermək;
- Ödənişi məhkəmə qaydası ilə təmin olunması müəyyən olunan sənədlərini təhvil-təslim aktı ilə Hüquq şöbəsinə təhvil vermək;
- Gündəlik görülən işlər barədə əməliyyat proqramında qeydiyyat aparmaq;
Müvafiq tələblərə uyğuno olan namizədlər CV-lərini mövzu hissəsində “Problemli müştərilərlə iş üzrə təqibçi” qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Satış Məsləhətçisi (tekstil)
Son tarix 22 iyn 2023 - [email protected]
Xüsusi tələblər:
- Orta və ya ali təhsil;
- Azərbaycan dilini əla səviyyədə bilmək (rus və ingilis dillərini bilməsi arzu olunandır);
- Şifahi və yazılı olaraq yüksək ünsiyyətqurma bacarığı;
- Aktiv satış bacarığı;
- Yüksək inandırıcılıq qabiliyyətinə sahib olmaq;
- Problemləri effektiv şəkildə həll etmək;
- Gərgin iş qrafikində işləmək və stresə davamlılıq.
Vəzifə öhdəlikləri:
- Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək;
- Müştərilərdən məlumatları toplamaq, təhlil etmək və təkliflər vermək;
- Müştərilərə yüksək səviyyədə xidmət göstərmək;
- Məhsulu müştəriyə təqdim etmək;
- Mağazada olan məhsullar, xidmətlər və kampaniyalar haqqında müştəriyə ətraflı məlumat vermək;
- Müştərilərin tələb və suallarını diqqətlə dinləmək;
- Məhsullar haqqında məsləhətlər vermək və alış üçün seçimləri təklif etmək;
- Müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək;
- Satışın artırılması məqsədilə müştəriləri daim inandırmaq və məlumatlandırmaq.
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Satış Məsləhətçisi – tekstil” qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
İşə qəbul üzrə mütəxəssis
Son tarix 22 iyn 2023- [email protected]
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 1-3 ilədək iş təcrübəsi;
- MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
- Analitik təhlil bacarığı;
- Yüksək məsuliyyət, təşəbbüskarlıq və operativlik;
Vəzifə öhdəlikləri:
- İşçi tələb blankının vəzifənin tələbləri və xüsusiyyətləri ilə uyğunluğunu yoxlamaq;
- Vakansiya üzrə elan mətnlərini hazırlamaq, yoxlamaq, uyğun iş elanı saytlarına yerləşdirmək;
- Vakansiya elanlarının işədüzəltmə şirkətləri ilə bağlanmış müqavilə şərtlərinə əsasən göndərilməsi və yerləşdirilməsini təmin etmək;
- Daxili və xarici işə qəbul mənbələrindən olunan iş müraciətlərini vəzifə tələblərinə uyğunluq və performans göstəricilərinə əsasən təhlil etmək və dəyərləndirmək;
- Vakansiya tələblərinə əsasən işə müraciət blanklarını dəyərləndirmək, vakansiya tələblərinə müvafiq namizədlərin seçim prosesini yerinə yetirmək, müsahibələrin keçirilməsini təşkil etmək;
- Vakansiyaya müraciət edən namizədlərin əlavə suallarını cavablandırmaq, test mərhələsindən müvəffəqiyyətlə keçən namizədlərin növbəti müsahibə mərhələsi üzrə dəyərləndirilməsini həyata keçirmək;
- İlkin müsahibəni uğurla keçmiş namizədlər üçün rəhbərlik ilə son müsahibə mərhələsini təşkil etmək;
- Müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlərdən tələb olunan sənədləri toplamaq və kadr kargüzarlığı əməliyyatlarının icrası ilə bağlı digər struktur bölməyə təhvil vermək;
- Son müsahibə mərhələsində uğurlu olmayan namizədlərin müsahibə nəticəsi barədə məlumatlandırılmasını təmin etmək, namizəd qiymətləndirmə formasının qovluğa yerləşdirilməsi və aktiv bazaya əlavə edilməsini təmin etmək;
- İş təklifi ediləcək namizədlə ilkin görüşü keçirmək, namizədin ümumi məlumatlandırılmasını təmin etmək və namizədin suallarına cavablandırmaq;
- Mövcud olan aktiv və passiv vakansiyaların müvafiq namizədlərlə təmini ilə bağlı təkliflər planı hazırlamaq;
- Vakansiya üzrə vəzifə təlimatlarını yoxlamaq, çatışmazlıqlar ilə bağlı təkliflər hazırlamaq;
- Karyera sərgilərində iştirak etmək və şirkəti təmsil etmək;
- İşə qəbul planın icrası ilə bağlı hesabatların hazırlanmasını təmin etmək;
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “İşə qəbul üzrə mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.
Satış Məsləhətçisi (Motoverse mağazası)
Son tarix 22 iyn 2023 - [email protected]
Xüsusi tələblər:
- Motosiklet və moto məhsulların satışı üzrə iş təcrübəsi;
- Azərbaycan dilini əla səviyyədə bilmək;
- Aktiv satış bacarığı;
- Problemləri effektiv şəkildə həll etmək;
- Gərgin iş qrafikində işləmək və stresə davamlılıq;
Vəzifə öhdəlikləri:
- Müştərilərdən məlumatları toplamaq, təhlil etmək və təkliflər vermək;
- Müştərilərə yüksək səviyyədə xidmət göstərmək;
- Məhsulu müştəriyə təqdim etmək;
- Mağazada olan məhsullar, xidmətlər və kampaniyalar haqqında müştəriyə ətraflı məlumat vermək;
- Müştərilərin tələb və suallarını diqqətlə dinləmək;
- Məhsullar haqqında məsləhətlər vermək və alış üçün seçimləri təklif etmək;
- Müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək;
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində - “Satış Məsləhətçisi - Motoverse” qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Mağaza Satış Meneceri (Quba)
Son tarix 22 iyn 2023 - [email protected]
Xüsusi tələblər:
- Satış sahəsində minimum 2 il iş təcrübəsi;
- Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları;
- Problemləri effektiv şəkildə həll etmək;
- Yüksək məsuliyyət, təşəbbüskarlıq və operativlik;
- Müştərilərə xidmət qaydalarını və metodlarını, satış psixologiyasını və prinsiplərini bilmək;
- İdarəetmə və təşkilatçılıq bacarıqları;
Vəzifə öhdəlikləri:
- Mağazanın daxili fəaliyyətlərini gündəlik olaraq tənzimləmək və satışla bağlı bütün əməliyyatlara nəzarət etmək;
- Mağazada şirkət standartlarının və satış keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
Mağaza üzrə satış hesabatlarını, gündəlik, həftəlik və aylıq olaraq hazırlamaq və təqdim etmək; - Mağaza əməkdaşlarının daxili nizam-intizam qaydalarına riayət etməsinə daim nəzarət etmək;
- Mağazanın satış həcmini və işçilərin xidmət keyfiyyətini artırmaq üçün lazımi işləri yerinə yetirmək
- Gündəlik satış müşahidələri və həftəlik satış görüşləri keçirməklə pərakəndə satış komandası üzvlərini inkişaf etdirmək və öyrətmək;
- Gündəlik olaraq satışa nəzarət etmək və satış üzrə qoyulan hədəflərə çatmaq üçün müvafiq tədbirlər görmək;
- Mağazadakı satış komandasının istiqamətləndirilməsi və idarə olunması üzrə gündəlik toplantılar keçirmək və onlara tapşırıqlar vermək;
- Satışları artırmaq və gündəlik tapşırıqları yerinə yetirmək üçün bütün işçilərin idarə edilməsini təmin etmək;
- Satış hədəflərini komanda üzvləri arasında bölüşdürmək və icrasını təmin etmək;
- Sənədləşmə işinin aparılması, müvafiq qaydada cari əməliyyatların, hesabatların, sənədlərin tərtib edilməsi və məsul şəxslərə göndərilməsini təmin etmək;
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Mağaza Satış Meneceri - Quba” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.