Mağaza Meneceri (Koordinator, İsmayıllı)
Son tarix 17 yan 2022
Vəzifə öhdəlikləri:
-
Rəhbərlik etdiyi mağazada vahid standartların, biznes proseslərinin, qayda və təlimatların və rəhbərliyin tapşırıq və tələblərinin operativ icrasını təmin etmək;
-
Mağazanın ümumi fəaliyyətinə tam nəzarət etmək;
-
Mağazanın işçi heyətinin işinə, mağazanın səliqəliliyə tam nəzarət etmək;
-
Mağazanın performansı ilə bağlı statistika və hesabatları hazırlamaq;
-
Problemli məsələləri vaxtında müvafiq qaydada həll etmək;
-
Satış hədəflərinin komanda üzvləri arasında bölüşdürmək və icrasına nəzarət etmək;
-
Gündəlik satış,əməliyyat,kassa,anbar üzrə əməliyyatların yolxanışını aparmaq və s.
Tələblər:
-
Elektronika mağazasında idarəedici vəzifədə minimum 3 il iş təcrübəsi;
-
Microsoft Word, MS Excel proqramlarını bilməli, 1C proqramını bilmək arzu olunandır;
-
Komandanın idarə edilməsi təcrübəsi;
-
Satış sahəsinə dair nəzəri və praktik biliklər;
-
Azərbaycan və rus dillərini mükəmməl bilməli, ingilis dili bilikləri arzu olunandır;
Üstünlüklər:
-
Rəqabət qabiliyyətli əmək haqqı
-
Şirkət məhsullarını endirimlə əldə etmək imkanı
-
Şirkət daxili təlim və inkişaf
-
Karyera irəliləyişi
Vakansiyaya müraciət üçün CV-nizi “ Mağaza Meneceri (Koordinator) – İsmayıllı filialı ” mövzusu ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur.