Baku Electronics
Xəzinədar (Masallı)
Son tarix 05 iyn 2023 [email protected]
Tələblər:
- Ali və ya orta ixtisas təhsil;
- Xəzinədar vəzifəsində minimum 1 illik iş təcrübəsi mütləqdir;
- Azərbaycan dilini əla səviyyədə bilmək (rus və ingilis dillərindən birini bilməsi arzu olunandır);
- Riyazi biliklərə malik olmaq;
- Yüksək dəqiqlik və məsuliyyət;
- Müxtəlif növ kassa aparatları və onların iş mexanizmləri haqqında məlumatlı olmaq;
Vəzifə öhdəlikləri:
- Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini və ödənişləri qəbul etmək;
- Ödənilən vəsaitləri yoxlamaq və tələb olunan qaydada əməliyyatı həyata keçirmək;
- Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib etmək;
- Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və işəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin etmək;
- Müştərilərin suallarını dinləmək, səlahiyyəti çərçivəsində cavablandırmaq və ya aidiyyatı üzrə yönləndirmək;
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Xəzinədar-Masallı” vəzifə adını qeyd etməklə elektron ünvanına göndərə bilərlər.
Kredit işçisi (Masallı)
Son tarix 05 iyn 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Müştərilərin nisyə alış üçün müraciətlərini qəbul və analiz etmək;
- Müştərilərə məhsulların nisyə alış şərtləri, ödəniş vaxtları və imkanları ilə bağlı ətraflı məlumat vermək;
- Daxil olan müraciətlərinin vaxtında icra olunmasını və müvafiq sənədlərin tərtibatını təmin etmək;
- Nisyə məhsul satışı üçün tələb olunan sənədlərin və məlumatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunu yoxlamaq;
- Nisyə satış müqaviləsinin şərtləri barədə müştərilərə məlumat vermək.
- Nisyə satış müqaviləsini hazırlamaq üçün müştəri barəsində məlumat və sənədləri əldə etmək;
- Müştəriyə nisyə məhsul satış zamanı aylıq ödəniş məbləğini hesablamaq və müqavilənin bağlanmasını təmin etmək;
- Müştəri və müqavilə məlumatlarını əməliyyat proqramına daxil etmək.
Tələblər:
- Təhsil: Ali;
- MS Excel və MS Word proqramları ilə işləmək bacarığı;
- Analitik düşüncə;
- Müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama bacarığı;
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Kredit işçisi Masallı” qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Fəhlə (Masallı)
Son tarix 05 iyn 2023 [email protected]
Xüsusi tələblər:
- Komandada işləmək bacarığı;
- Ağır, iri həcmli məhsullara işləmək qabiliyyəti;
- Loyallıq və şirkət qaydalarına riayət etmək;
- Yaş həddi: 25-50
Vəzifə öhdəlikləri:
- Anbara daxil olan yeni məhsulları təhlükəsizlik qaydaları çərçivəsində boşaldaraq daşımaq və anbar daxili kodlaşdırmaya uyğun yerləşdirmək;
- Məhsulu qutunun üzərində olan markalamaya uyğun yığılmasını təmin etmək və gözlə görünə bilən - üst zədələri (qırıq, çat, cızıq və s. ) olan malları ayırmaq;
- Əl ilə, əl arabası, forklift və birbaşa qaldırıcı-nəqledici mexanizmlərdən istifadə etməklə yükləri yükləyib boşaltmaq;
- Anbar daxilində sağlamlıq və təhlükəsizlik qaydalarına riayət etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında yerinə yetirmək.
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində - “Fəhlə-Masallı” qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Əlaqə nömrəsi 055 203 66 14
Xəzinədar (Masallı)
Son tarix 05 iyn 2023 [email protected]
Tələblər:
- Ali və ya orta ixtisas təhsil;
- Xəzinədar vəzifəsində minimum 1 illik iş təcrübəsi mütləqdir;
- Azərbaycan dilini əla səviyyədə bilmək (rus və ingilis dillərindən birini bilməsi arzu olunandır);
- Riyazi biliklərə malik olmaq;
- Yüksək dəqiqlik və məsuliyyət;
- Müxtəlif növ kassa aparatları və onların iş mexanizmləri haqqında məlumatlı olmaq;
Vəzifə öhdəlikləri:
- Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini və ödənişləri qəbul etmək;
- Ödənilən vəsaitləri yoxlamaq və tələb olunan qaydada əməliyyatı həyata keçirmək;
- Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib etmək;
- Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və işəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin etmək;
- Müştərilərin suallarını dinləmək, səlahiyyəti çərçivəsində cavablandırmaq və ya aidiyyatı üzrə yönləndirmək;
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Xəzinədar-Masallı” vəzifə adını qeyd etməklə elektron ünvanına göndərə bilərlər.
Əməliyyatçı (Masallı)
Son tarix 05 iyn 2023 [email protected]
Xüsusi tələblər:
- Müvafiq sahə üzrə iş təcrübəsi üstünlükdür;
- Azərbaycan dilini əla səviyyədə bilmək;
- MS Office proqramlarından (xüsusilə MS Excel) sərbəst istifadə bacarığı;
- Analitik düşüncə və təhlil bacarığı;
- Şifahi və yazılı formada yüksək ünsiyyət bacarığı;
- Problemləri effektiv şəkildə həll etmək;
- Məsuliyyətlilik, işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
Vəzifə öhdəlikləri:
- Ümumi satış hədəflərinin yerinə yetirilməsi üçün mağazada əməliyyatlarla bağlı işləri icra etmək, koordinasiya etmək və işlərə nəzarət etmək;
- Mağaza üzrə anbar və xəzinə ilə əlaqəli olan bütün növ əməliyyatların cari vəziyyətini izləmək və problemləri həll etmək;
- Mağaza üzrə anbar və xəzinə ilə bağlı gündəlik əməliyyatlar haqqında hesabatlar hazırlamaq;
- Əməliyyatların icra statusu ilə bağlı məlumat bazasının daim yenilənməsini təmin etmək;
- Sənədləşmə işinin aparılması, müvafiq qaydada sənədlərin tərtib edilməsi və məsul şəxslərə göndərilməsini təmin etmək;
- Mağazalarda əməliyyatlarla bağlı xidmət səviyyəsinin artırılması istiqamətində işlər görmək;
- Satış analizlərini aparmaqla məhsul kateqoriyaları üzrə müvafiq şəxslərə məlumat vermək;
- Mağazada satılan və satılmayan məhsulları araşdırmaq, mağaza tələblərini araşdırıb müəyyən etmək və işin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Əməliyyatçı -Masallı” qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Satış Məsləhətçisi (Masallı)
Son tarix 05 iyn 2023 [email protected]
Xüsusi tələblər:
- Azərbaycan dilini əla səviyyədə bilmək;
- Aktiv satış bacarığı;
- Problemləri effektiv şəkildə həll etmək;
- Komanda şəklində işləmək bacarığı və stresə davamlılıq;
Vəzifə öhdəlikləri:
- Müştərilərdən məlumatları toplamaq, təhlil etmək və təkliflər vermək;
- Müştərilərə yüksək səviyyədə xidmət göstərmək;
- Məhsulu müştəriyə təqdim etmək;
- Mağazada olan məhsullar, xidmətlər və kampaniyalar haqqında müştəriyə ətraflı məlumat vermək;
- Müştərilərin tələb və suallarını diqqətlə dinləmək;
- Məhsullar haqqında məsləhətlər vermək və alış üçün seçimləri təklif etmək;
- Müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək;
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində - “Satış Məsləhətçisi - Masallı” qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Maliyyə üzrə Təcrübə Proqramı
Son tarix 05 iyn 2023 [email protected]
Tələblər:
- Ali təhsil ( Maliyyə, Mühasibat Uçotu və Audit yaxud digər oxşar ixtisaslar);
- MS Office proqramlarından istifadə qabiliyyəti;
- Analitik düşünmə bacarığı, riyazi biliklər və məntiqi təfəkkür;
- Sərbəst ünsiyyətqurma və səlis danışıq qabiliyyəti;
- Özünü inkişafa meyilli, təşəbbüskar, punktual və nizam-intizamlı;
Öhdəliklər:
- Verilən tapşırıqların vaxtında yerinə yetirilməsi;
- Ümumi iş prosesinə dəstək olunması və s.
Təcrübəli komandamız sizlərə öz ideyalarınızı və yaradıcılığınızı paylaşa biləcəyiniz öyrənmə imkanları təqdim edir. 3 aylıq ödənişli proqramımız ərzində siz real iş mühiti ilə tanış olacaq və maliyə sahəsində ilkin iş təcrübəsinə yiyələnə biləcəksiniz.
Əgər siz də müvafiq sahələr üzrə yeni bilik və bacarıqlar əldə etmək və karyeranızı Baku Elecronics şirkətində davam etdimək istəyirsinizsə elektron ünvanına CV-lərinizi mövzu hissəsində “Təcrübəçi” qeyd etməklə göndərə bilərsiniz!
Təcrübə müddətini uğurla bitirən namizədlərin işlə təmin olunması mümkündür.