PLANLAMA VƏ SATINALMA ÜZRƏ MÜTƏXƏSSİS
Vəzifə öhdəlikləri:
- Şirkətin satınalma, logistika əməliyyatlarının yerinə yetirilməsi və xarici əlaqələrinin təşkili;
- Şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılması;
- Müvafiq hesabataları və təhlilləri hazırlamaq.
Tələblər:
- Ali təhsil
- Müvafiq sahədə 1 il iş təcrübəsi
- Azərbaycan dili (şifahi və yazılı – əla), Rus dili və ya ingilis dili(şifahi və yazılı – əla)
- Microsoft office proqramlarında işləmək bacarığı
- Əmək haqqı müsahibə əsasında təyin ediləcək.
Vakansiyaya müraciət üçün CV-nizi “PLANLAMA VƏ SATINALMA ÜZRƏ MÜTƏXƏSSİS” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Merçendayzer
İş barədə məlumat:
- Məhsul çeşidinin mağaza bazasında analizini etmək;
- Satışları artırmaq məqsədilə faktiki prosedur üzərindən təkliflər irəli sürmək və rəf düzülüşü planını hazırlamaq;
- Mövsümi məhsullarının düzülüşünü təmin etmək;
- Promo zonalar və ana rəflərə nəzarət etmək;
- Satış məsləhətçilərinə təlimlər keçmək;
- Lazımi məlumatları aidiyyatı departamentlərə hesabatlar şəklində təqdim etmək;
Tələblər:
- Merçendayzinq metodları ilə tanışlıq;
- Azərbaycan dili, Rus dili – arzuolunandır;
- Məişət texnikası sahəsində merçandayzer kimi 1-2 il iş təcrübəsi;
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmaq.
Əmək haqqı müsahibə əsasında təyin ediləcək.
Vakansiyaya müraciət üçün CV-nizi “Merçendayzer ” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.
XİDMƏT KEYFİYYƏTİNİN İDARƏ OLUNMASI ÜZRƏ ŞÖBƏ MÜDİRİ
Vəzifə Öhdəlikləri :
- Mağazalarda müştəri xidməti standartlarının müəyyən edilməsi
- Təsdiq olunmuş xidmət standartlarına əsasən mağazalarda xidmətin təşkil olunmasına nəzarət
- Mağazalarda xidmət keyfiyyətinin ölçülməsi, mağazalarda müştəri xidmətlərinin vizual və distant monitorinq olunması
- Mağazaların xidmət səviyyəsinə görə aylıq dəyərləndirməsi
- Mağaza heyətinə tələb olan treyninqlərin müəyyən olunması, təlimlərin koordinə edilməsi
Tələblər :
- Ali təhsil
- Yaş həddi: 35-45
- Keyfiyyətə nəzarət üzrə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı
- Azərbaycan , Rus dillərini əla səviyyədə bilməli. İngilis dili arzuolunandı
- Yüksək ünsiyyət və analitik düşünmə bacarığı
- Əmək haqqı müsahibə əsasında təyin ediləcək.
Vakansiyaya müraciət üçün CV-nizi “XİDMƏT KEYFİYYƏTİNİN İDARƏ OLUNMASI ÜZRƏ ŞÖBƏ MÜDİRİ” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.