Baku Electronics
Mağaza Satış Meneceri
Son tarix 28 okt 2022 - [email protected]
Xüsusi tələblər:
- Satış sahəsində minimum 2 il iş təcrübəsi;
- Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları;
- Problemləri effektiv şəkildə həll etmək;
- Yüksək məsuliyyət, təşəbbüskarlıq və operativlik;
- Müştərilərə xidmət qaydalarını və metodlarını, satış psixologiyasını və prinsiplərini bilmək;
- İdarəetmə və təşkilatçılıq bacarıqları.
Vəzifə öhdəlikləri:
- Mağazanın daxili fəaliyyətlərini gündəlik olaraq tənzimləmək və satışla bağlı bütün əməliyyatlara nəzarət etmək;
- Mağazada şirkət standartlarının və satış keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Mağaza üzrə satış hesabatlarını, gündəlik, həftəlik və aylıq olaraq hazırlamaq və təqdim etmək;
- Mağaza əməkdaşlarının daxili nizam-intizam qaydalarına riayət etməsinə daim nəzarət etmək;
- Mağazanın satış həcmini və işçilərin xidmət keyfiyyətini artırmaq üçün lazımi işləri yerinə yetirmək;
- Gündəlik satış müşahidələri və həftəlik satış görüşləri keçirməklə pərakəndə satış komandası üzvlərini inkişaf etdirmək və öyrətmək;
- Gündəlik olaraq satışa nəzarət etmək və satış üzrə qoyulan hədəflərə çatmaq üçün müvafiq tədbirlər görmək;
- Mağazadakı satış komandasının istiqamətləndirilməsi və idarə olunması üzrə gündəlik toplantılar keçirmək və onlara tapşırıqlar vermək;
- Satışları artırmaq və gündəlik tapşırıqları yerinə yetirmək üçün bütün işçilərin idarə edilməsini təmin etmək;
- Satış hədəflərini komanda üzvləri arasında bölüşdürmək və icrasını təmin etmək;
- Sənədləşmə işinin aparılması, müvafiq qaydada cari əməliyyatların, hesabatların, sənədlərin tərtib edilməsi və məsul şəxslərə göndərilməsini təmin etmək.
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Mağaza Satış Meneceri” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.