SATIŞ MƏSLƏHƏTÇİSİ ( İsmayıllı, Bərdə, Quba, Xaçmaz filialları üzrə )
Vəzifə öhdəlikləri:
• Müştərilərə mağazada olan kampaniyalar, müştərilər üçün təşkil edilən servis və quraşdırma, kredit, sığorta və çatdırılma xidmətləri haqqında ətraflı məlumat vermək;
• Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, məhsullar haqqında ətraflı məlumat vermək;
• Müştərilərə özəl xidmət göstərilməsində birbaşa iştirak etmək və şirkət qaydalarına uyğun yönləndirmək;
• Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək və satış prosesi sona çatana qədər müştərini müşayət etmək;
Tələblər:
• Satış təcrübəsi arzu olunandır
• Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı
• Satış qabiliyyəti olmalı
• Müştərilərlə işləmək bacarığı olmalı
Qeyd olunan regionlarda yaşayan və göstərilən tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu hissəsində “SATIŞ MƏSLƏHƏTÇİSİ ( müraciət olunan region adı mütləq qeyd olunmalıdır) ” qeyd etməklə [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.
KREDİT MÜTƏXƏSSİSİ (ŞƏMKİR,GƏNCƏ,ŞƏKİ,LƏNKƏRAN,MİNGƏÇEVİR)
Vəzifə öhdəlikləri:
- Nisyə mal almaq məqsədilə müraciət edən müştəriləri qəbul etmək;
- Müştərilərə mövcud məhsulların tələb və şərtləri haqqında məlumat vermək;
- Nisyə satış üçün tələb olunan sənədlərin və məlumatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunu yoxlamaq;
- Müştəri və müqavilə məlumatlarını əməliyyat proqramına daxil etmək;
- Nisyə satış müqaviləsinin şərtləri barədə müştərilərə məlumat vermək;
Tələblər:
- Ali təhsil
- 20-35 yaş arası
- MS Excel və MS Word proqramları ilə işləmək bacarığı;
- Ünsiyyətcil, təşəbbüskar;
- Komandada işləmək bacarığı;
- Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti.
- İş qrafiki: 6/7
- Əmək haqqı müsahibə zamanı müəyyən edilir.
Vakansiyaya müraciət üçün CV-nizi “Kredit mütəxəssisi” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Mağaza Meneceri (Koordinator) – İsmayıllı filialı
Vəzifə öhdəlikləri:
• Rəhbərlik etdiyi mağazada vahid standartların, biznes proseslərinin, qayda və təlimatların və rəhbərliyin tapşırıq və tələblərinin operativ icrasını təmin etmək;
• Mağazanın ümumi fəaliyyətinə tam nəzarət etmək;
• Mağazanın işçi heyətinin işinə, mağazanın səliqəliliyə tam nəzarət etmək;
• Mağazanın performansı ilə bağlı statistika və hesabatları hazırlamaq;
• Problemli məsələləri vaxtında müvafiq qaydada həll etmək;
• Satış hədəflərinin komanda üzvləri arasında bölüşdürmək və icrasına nəzarət etmək;
• Gündəlik satış,əməliyyat,kassa,anbar üzrə əməliyyatların yolxanışını aparmaq və s.
Tələblər:
• Elektronika mağazasında idarəedici vəzifədə minimum 3 il iş təcrübəsi;
• Microsoft Word, MS Excel proqramlarını bilməli, 1C proqramını bilmək arzu olunandır;
• Komandanın idarə edilməsi təcrübəsi;
• Satış sahəsinə dair nəzəri və praktik biliklər;
• Azərbaycan və rus dillərini mükəmməl bilməli, ingilis dili bilikləri arzu olunandır;
Əmək haqqı müsahibə zamanı müəyyən olunur
Vakansiyaya müraciət üçün CV-nizi “ Mağaza Meneceri (Koordinator) – İsmayıllı filialı ” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.