Baku Construction Company
Briqadir (Izolyasiya sahəsi üzrə)
Son tarix 24 fev 2025 - [email protected]
Əmək haqqı: 1500-1800 AZN
Tələblər:
- Ən azı 3 il briqadir kimi (və ya oxşar) iş təcrübəsi.
- Izolyasiya sistemlərinin cizgiləri haqqında anlayışa malik olmaq.
- Izolyasiya sistemlərinin qaynaq və montaj kimi tikinti texnikaları ilə bağlı təcrübəyə malik olmaq.
- Güclü ünsiyyət bacarıqları.
- Sərt hava şəraitində səyahət etmək və işləmək istəyi.
- 30-55 yaş;
- Dillər : Azərbaycan dili
- Kollektivdə işləmək bacarığı
- Təzyiq altında işləmək bacarığı
Vəzifə təlimatı:
- Yeni layihələrin planlarının təhlükəsizlik standartlarına və sənaye tələblərinə cavab verməsini təmin etmək üçün onları nəzərdən keçirmək və təsdiq etmək.
- İşlərinin vaxtında başa çatdırılmasını təmin etmək üçün ustalara, operatorlar, qaynaqçılar və digər işçilər kimi digər komanda üzvləri ilə əlaqə saxlamaq.
- Bütün boruların quraşdırılması işlərinin vaxtında yerinə yetirilməsini təmin etmək.
- Sahənin hazırlanmasının sənaye standartlarına və tikinti qaydalarına uyğun olmasını təmin etmək üçün layihə sahələrini yoxlamaq.
- Izolyasiya sistemlərini quraşdıran işçilərə nəzarət etmək.
- Quraşdırma tələblərini və planlaşdırma layihələrini müzakirə etmək üçün mühəndislərlə əlaqə qurmaq
- İş sahəsinin hər zaman təhlükəsiz və təmiz olmasını təmin etmək.
- İş sifarişlərini və cədvəllərinin təhlükəsizliyə dair təlimat və tələblərə cavab verməsini təmin etmək üçün onları nəzərdən keçirmək.
- Layihələrdə istifadə olunan avadanlıq və materialların inventarının lazım olduqda mövcud olmasını təmin etmək.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri: Bakı şəhəri;
Göndərilən məktubun “mövzü” yerində “Briqadir (Izolyasiya sahəsi üzrə)” qeyd edin.