Baku Bus
Sərnişin məlumatlandırma mütəxəssisi
Son tarix 27 apr 2025 -
Əsas vəzifə və öhdəliklər:
- Heydər Əliyev adına Beynəlxalq Hava Limanında BakuBus-a məxsus stenddə sərnişinləri ekspres avtobuslar haqqında məlumatlandırmaq;
- Gediş haqqı, interval və digər suallara dəqiq və nəzakətli şəkildə cavab vermək;
- Xarici qonaqlarla peşəkar ünsiyyət quraraq onları nəqliyyat xidmətlərindən istifadə etməyə yönləndirmək;
- Gələn sərnişinlərin suallarını operativ cavablandırmaq;
- “BakuBus" xidmətlərinin keyfiyyətini və etibarlılığını sərnişinlərə düzgün formada təqdim etmək;
- İş zamanı şirkət tərəfindən təmin edilən formadan səliqəli şəkildə istifadə etmək və şirkəti layiqincə təmsil etmək;
- Lazım gəldikdə sərnişinlərin hava limanında istiqamətlənməsinə kömək etmək;
- Fəaliyyətinə uyğun olaraq həftəlik hesabatlar hazırlamaq;
- Rəhbərliyin tapşırıqlarını icra etmək;
Vəzifədən gözləntilər:
- Təhsil səviyyəsi; Ali və ya orta ixtisas
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, İngilis və Rus dillərində sərbəst ünsiyyət bacarığı (əlavə dil üstünlükdür);
- Sərnişinlərlə yüksək səviyyədə nəzakətli və aydın ünsiyyət qura bilmə bacarıqları;
- Müştəri xidməti, turizm, nəqliyyat və ya hava limanı sahəsində təcrübə üstünlükdür;
- Stresə davamlı və operativ qərarvermə bacarığı;
- Xarici qonaqlarla işləmək təcrübəsi olan namizədlərə üstünlük verilir;
- Kompüterlə işləmə bacarıqları.
- İş qrafiki: Növbəli qrafikə uyğun;
- Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək;
- Əmək qanunvericiliyinə uyğun olaraq sənədləşmə;
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.