Baku Bus
Maliyyə və mühasibatlıq şöbəsinin müdiri
Son tarix 01 iyl 2024 - [email protected]
Əsas vəzifə və öhdəliklər:
- Maliyyə və mühasibatlıq şöbəsinin fəaliyyətinə rəhbərlik edir
- Şöbənin struktur vahidlərinin iş fəaliyyətini təşkil edir, tənzimləyir və nəzarət edir
- Maliyyə hesabat formalarının hazırlanması və mütəmadi təkmilləşdirilməsinə rəhbərlik edir
- Şirkətin büdcəyə nəzarət hesabatlarının hazırlanmasına və daim təkmilləşdirilməsinə rəhbərlik edir
- Büdcə proqnozlarının icrasına, dəyişiklik edilməsinə, hazırlanmasına və təsdiq edilməsinə cavabdehlik edir
- Şirkətin icmal balansı və balansdankənar hesabatlarının hazırlanmasına və təhlilinə rəhbərlik edir
- Şirkətin gəlir və xərclər, debitor və kreditorlar hesabının tərkibi barədə məlumatların hazırlanmasını təmin edir
- Büdcə icrası nəticələri ilə maliyyə hesabatlarının nəticələrini müqayisəli təhlil edir
- Şirkətin gündəlik əməliyyatları barədə rəhbərliyə məlumatın verilməsini təmin edir
- Həyata keçirilən əməliyyatların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmasını, əmlakın hərəkətinə və müəssisənin öhdəliklərinə nəzarəti təmin edir
- Xarici və daxili audit yoxlamalarının həyata keçirilməsi üçün tələb olunan işləri həyata keçirir
- Audit yoxlamaları nəticəsində uçot və hesabatlarda aşkara çıxarılmış nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər planını hazırlayır
- Maliyyə şöbəsinin fəaliyyətini tənzimləyən qayda və prosedurların hazırlanmasını təmin edir
- Şirkətin idarəetmə orqanları tərəfindən Əmək qanunvericiliyinə uyğun ona həvalə edilən digər səlayihətləri həyata keçirir
- Şirkətin səlahiyyətli idarəetmə orqanları tərəfindən Maliyyə şöbəsinə həvalə olunan digər işlərə rəhbərlik edir
Vəzifə səriştələri:
- Planlama və Təşkilatçılıq
- Risklərin idarəedilməsi
- Hesabatvermə
- Hədəf
- Stresə davamlılıq, səbrlilik
- Analitik Düşünmə, analiz etmə, diqqətcillik
- Qiymətləndirmə bacarığı
- Maliyyə hesabatları üzrə bilgilər
Vəzifədən gözləntilər:
- Kvalifikasiyalar: MBA, ACCA (beynəlxalq mühasibatlıq sertifikatı)
- Təhsil səviyyəsi: İqtisadi, maliyyə, muhasibat uçotu üzrə ali təhsil
- Dil bilikləri: Azərbaycan dili (əla), İngilis-dili (yaxşı)
- Kompyuter bilikləri: 1C ERP (əla)
- İş təcrübəsi: 5-10 il müvafiq sahə üzrə iş təcrübəsi
İş şəraiti:
- İş qrafiki: 5 günlük. həftənin 5 günü (İstirahət:şənbə, bazar)
- İş vaxtı: 9:00-18:00 (Tam iş günü)
- Professional və maddi artım üçün perspektiv
- Əmək qanunvericiliyinə uyğun olaraq sənədləşmə
- Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək
- Ünvan : Bakı şəhəri Suraxanı rayonu, Zığ-Hövsan yolu
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.