Baku Bus
Büdcə və hesabatlılıq üzrə baş mütəxəssis
Son tarix 05 sen 2022 - [email protected]
Öhdəliklər:
- Aylıq, rüblük, illik maliyyə hesabatlarının hazırlanması
- Maliyyə hesabatlarının hazırlanması məqsədi ilə müvafiq muhasibat qeydlərinə düzəlişlərin müəyyən edilməsi və ehtiyatların, dəyərsizləşmə hesablanması
- MHBS-a uyğun olaraq qeydlər və açıqlamalar da daxil olmaqla (illik, həmçinin rüblük) maliyyə mesabatlarının tam dəstinin (balansı, mənfəət və ya zərər hesabatı, pul vəsaitlərinin hərəkəti, kapital haqqında hesabat) tərtibi
- Ən yüksək keyfiyyət, etibarlılıq və dəqiqliyi qoruyaraq, daxili maliyyə hesabatlarının və hesabatlarının hazırlanmasını və yayılmasını idarə etmək
- Müəsissə rəhbərliyinin sorğularına əsasən məlumatların toplanması və müxtəlif məzmunlu idarə etmə hesabatlarının hazırlanması
- Hər bir gəlir və xərc maddələri üzrə yürüdülmüş fərziyyələr əsasında illik büdcə və proqnozların hazırlanması
- Faktiki rəqəmlərlə büdcənin qarşılaşdırılması və pronozdan yayınmaların səbəbinin araşdırılması
- Müvafiq üst qrumun və dövlət orqanlarının sorğularının cavablandırılmasında iştirak
- Müəsissənin uçot, hesabatlılıq və digər prosedur qaydalarının hazırlanmasında iştirak
- Müstəqil auditor və müvafiq dövlət orqanları tərəfindən maliyyə hesabatlarının yoxlanılması zamanı koordinasiya
Tələblər:
- İqtisadi, maliyyə, muhasibat uçotu üzrə ali təhsil
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- MS Excel yüksək səviyyədə
- 1C (8.3) işləmək bacarığı
- Analitik düşünmə qabiliyyəti, cavabdehlilik və məsuliyyətlilik
- Nəticəyönümlülük və punktuallıq;
- İşi planlamaq bacarığı
- Aktivlik və dəqiqlik
- İşgüzar, məsuliyyətli, ünsiyyətcil və təzyiq altında işləməyi bacaran
- "ACCA" sertifikatlarının olması üstünlükdür
İş şəraiti:
- İş günləri: Həftənin 5 günü (İstirahət:şənbə, bazar)
- İş vaxtı: 9:00-18:00 (Tam iş günü)
- Peşəkar, mehriban komandada iş
- Professional və maddi artım üçün perspektiv
- Əmək qanunvericiliyinə uyğun olaraq sənədləşmə
- Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək
- Ünvan : Bakı şəhəri Suraxanı rayonu, Zığ-Hövsan yolu
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.