Baku Bus
Baş mühasib
Son tarix 25 dek 2022 - [email protected]
Öhdəliklər:
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsinin təmin olunmasına nəzarət,
- Gündəlik təsərrüfat əməliyyatlarını əks etdirən ilkin sənədlərin qanuna uyğun rəsmiləşdirilməsinə nəzarət
- İlkin sənədlər əsasında maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət olunması
- Daxil olan pul vəsaitlərinin, hesablanmış xərc və gəlir maddələrinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin olunması
- Əmək haqqı və ona bərabər ödənişlərin zamanında hesablanmasına nəzarət
- Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət), DSMF və statistika hesabatlarının hazırlanması və təqdim olunması
- Mütəmadi debitor və kreditorlarla qarşılıqlı üzləşmənin həyata keçirilməsi
- Bütün təsərrüfat əməliyyatlarında vergi və digər icbari ödənişlərin düzgün tətbiqini və hesablanmasını təmin və buna nəzarət olunması
- Vergi və digər dövlət orqanları ilə yazışmaların aparılması, onların bütün sorğu və tələblərini zamanında və dolğun cavablandırılması
- Vergi və digər dövlət orqanları tərəfindən aparılan kameral və səyyar yoxlamaların koordinasiyası və bu işə nəzarət olunması
- Aylıq, rüblük və illik əsasda maliyyə hesabatlarının hazırlanması məqsədi ilə uçot məlumatlarının mövcudluğunu təmin etmək
- Tabeçiliyində olan işçilər arasında mühasibatlıq funksiyaların optimal şəkildə bölüşdürülməsi və mühasibat şöbəsinin işinə nəzarət olunması
Tələblər:
- İqtisadi, maliyyə, muhasibat uçotu üzrə ali təhsil
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili- İngilis dili (arzuolunandır)
- Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Mülki Məcəlləsi və tələb olunan digər normativ hüquqi aktlar barədə müvafiq biliklərin olması
- Mühasibat işi üzrə minimum 3 il iş təcrübəsi
- MS Office proqramları ilə yüksək səviyyədə iş bacarığı
- 1C ( 8.3), BTP
- Analitik düşünmə qabiliyyəti və məsuliyyətlilik
- Mühasibat uçotu üzrə sertifikatlara üstünlük verilir (ACCA F3,səviyyəsi və PMS)
İş şəraiti:
- İş günləri: Həftənin 5 günü (İstirahət:şənbə, bazar)
- İş vaxtı: 9:00-18:00 (Tam iş günü)
- Professional və maddi artım üçün perspektiv
- Əmək haqqı 2000 manat (net)
- Ünvan : Bakı şəhəri Suraxanı rayonu, Zığ-Hövsan yolu
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.