Baku Bus
SƏTƏMM Mühəndisi üzrə işçi (Gəncə şəhəri)
Son tarix 04 avq 2025
Vəzifə öhdəlikləri:
- İş yerlərində əməyin mühafizəsi üzrə qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinə nəzarət etmək;
- İşçilərə ilkin, giriş, cari və plandan kənar təlimatların vaxtlı-vaxtında keçirilməsini və müvafiq qeydiyyatların aparılmasını daim nəzarətdə saxlamaq;
- Sahədə bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq;
- SƏTƏMM təlimatlarında olan dəyişikliklərin hazırlanmasında iştirak etmək və vaxtında işçiləri məlumatlandırmaq;
- İşçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
- Təhlükəsizlik üzrə təlimat və fərdi mühafizə vasitələrindən istifadə qaydalarını göstərmək, yeni işə qəbul edilən işçiləri təhlükəsizlik qaydaları ilə tanış etmək;
- Mütəmadi olaraq gördüyü işlərin hesabatını hazırlayaraq rəhbərliyə təqdim etmək;
- Xəsarətlər və hadisələr zamanı onların baş vermə səbəblərinin araşdırılması, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi;
- Yanğından mühafizə sistemlərinin daim saz vəziyyətdə olmasını yoxlamaq və bu istiqamətdə zəruri tədbirlər görmək;
Vəzifə tələbləri:
- Ali təhsil (Əməyin təhlükəsizliyi, ekologiya, kimya və digər texniki ixtisaslar sahələri üzrə);
- Əməyin mühafizəsi və ya SƏTƏM (Əməyin Təhlükəsizliyi, Ətraf Mühit və Mülki Müdafiə) sahəsində minimum 5 illik iş təcrübəsi;
- SƏTƏM üzrə normativ-hüquqi sənədlər və beynəlxalq təhlükəsizlik standartları barədə biliklərə malik olmaq;
- Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş müvafiq SƏTƏM sahəsi üzrə şəhadətnaməyə sahib olmaq;
- Yanğın təhlükəsizliyi haqqında qanunvericiliyi və aidiyyəti normativ-hüquqi sənədlər üzrə biliklər;
- Ekoloji hesabatların hazırlanması və ətraf mühitə təsirlərin qiymətləndirilməsi ilə bağlı təcrübə;
- MS Office proqramları (Word, Excel, PowerPoint və s.) ilə sərbəst işləmə bacarığı;
- Azərbaycan dilini sərbəst bilməli, ingilis və rus dilləri üzrə biliklərin olması arzuolunandır;
- Yüksək məsuliyyət və iş intizamı, stressə davamlılıq və operativ qərarvermə bacarığı.
İş şəraiti:
- İs yeri: Gəncə şəhəri;
- İş günləri: 5 gün ;
- İş vaxtı: 09.00-18.00;
- Peşəkar,mehriban komandada iş;
- Karyera yüksəlişi üçün perspektiv;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
- Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək;
Göstərilən tələblərə uyğun namizədlər öz CV və digər PDF sənədləri “[email protected]” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.
Hüquqşünas üzrə işçi (Gəncə şəhəri)
Son tarix 04 avq 2025
Vəzifə öhdəlikləri:
- Mülki, əmək, korporativ və inzibati hüquq sahələri üzrə qanunvericiliyi yüksək səviyyədə bilmək və tətbiq etmək;
- Cəmiyyətin hüquqi maraqlarını qorumaq məqsədilə hüquqi sənədləri hazırlamaq, onların qanunvericiliyə uyğunluğunu yoxlamaq və rəsmiləşdirmək;
- Müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək, qanunvericiliyə uyğunluğunu qiymətləndirərək rəy vermək;
- Rəhbərlik və digər struktur bölmələr tərəfindən daxil olan hüquqi sorğuları cavablandırmaq və məsləhətlər vermək;
- Daxili normativ sənədlərin (qayda, təlimat, prosedur və s.) hazırlanmasında iştirak etmək;
- Hüquqi fəaliyyətlə bağlı gördüyü işlər üzrə mütəmadi hesabatlar hazırlayaraq rəhbərliyə təqdim etmək;
- Cəmiyyətin fəaliyyətində gələcəkdə yarana biləcək hüquqi risklərin müəyyən edilməsi və qarşısının alınması ilə bağlı təkliflər hazırlamaq;
- Zərurət olduqda Cəmiyyətin dövlət orqanlarında, məhkəmələrdə, notariat və digər icra qurumlarında hüquqi təmsilçiliyinin həyata keçirilməsi.
Vəzifə tələbləri:
- Ali təhsil (Hüquqşünas);
- 35 - 50 yaş arası namizədlər;
- Müvafiq sahə üzrə 5 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus və ingilis dili arzuolunandır;
- MS Office proqramları ilə sərbəst işləmək bacarığı;
- Analitik düşünmə və təhlil etmə bacarığı;
- E-taxes.gov.az, e-mehkeme.gov.az, e-qanun.az portallarından istifadə etmək bacarığı;
- Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi.
- Yüksək yazılı və şifahi ifadə bacarığı;
- Hüquqi aspektlərlə bağlı problemləri müəyyən etmək və mümkün həll yollarını tapmaq bacarığı;
- Peşəkar yanaşma və nəticəyönümlü fəaliyyət;
- Müstəqil və komanda ilə işləmə bacarığı;
İş şəraiti:
- İs yeri: Gəncə şəhəri;
- İş günləri: 5 gün;
- İş vaxtı: 09.00-18.00;
- Peşəkar,mehriban komandada iş;
- Karyera yüksəlişi üçün perspektiv;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
- Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək;
Göstərilən tələblərə uyğun namizədlər öz CV və digər PDF sənədləri “[email protected]” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.
Yol-nəqliyyat hadisələri üzrə koordinator vəzifəsi üzrə işçi (Gəncə şəhəri)
Son tarix 04 avq 2025
Vəzifə öhdəlikləri:
- Müəssisənin istismarında olan avtobusların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin operativ və obyektiv araşdırılmasını təmin etmək;
- Baş verən yol-nəqliyyat hadisələrinin ümumi təhlilini aparmaq və səbəblərini müəyyənləşdirmək;
- Hadisələrdə iştirak edən sürücülərin məsuliyyət dərəcəsini qiymətləndirmək və müvafiq qərarların qəbul olunmasında iştirak etmək;
- Baş verən yol-nəqliyyat hadisələrinin araşdırılması məqsədi ilə sürücülərdən müvafiq izahatlar almaq və hadisə ilə bağlı əsaslandırılmış rəy hazırlamaq;
- Zəruri hallarda yol-nəqliyyat hadisələrinin araşdırılması istiqamətində hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etmək;
- Yol-nəqliyyat hadisələri üzrə ümumiləşdirilmiş aylıq və illik hesabatlar hazırlayaraq rəhbərliyə təqdim etmək;
Vəzifə tələbləri:
- Ali təhsil (Hüquq, Yol hərəkətinin təşkili və.s) ;
- Müvafiq sahə üzrə 3 il staj;
- İstintaq, təhqiqat və Dövlət Yol Polisi orqanlarında inzibati vəzifələrdə iş təcrübəsinə malik namizədlərə üstünlük verilir;
- Yol Hərəkəti qaydaları üzrə müvafiq biliklərə sahib olmaq;
- MS Office proqramları ilə sərbəst işləmək bacarığı;
- Azərbaycan dilini sərbəst (xarici dil biliyi arzuolunandır) ;
- Stressə davamlı, gərgin iş rejimində işləməyi bacarmalı;
- Dəqiqlik, dürüstlük, analiz və təhlilemtə bacarığı;
- İşçilərlə nəzakətli ünsiyyət;
- İş rejiminə və prosedurlarına riayət;
- Təşəbbüskarlıq və komandada işləmə bacarığı;
İş şəraiti:
- İs yeri: Gəncə şəhəri;
- İş vaxtı: 09.00-18.00;
- Peşəkar,mehriban komandada iş;
- Karyera yüksəlişi üçün perspektiv;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
- Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək;
Göstərilən tələblərə uyğun namizədlər öz CV və digər PDF sənədləri “[email protected]” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.
Ofisə texniki dəstək üzrə mütəxəssis (Gəncə şəhəri)
Son tarix 04 avq 2025
Vəzifə öhdəlikləri:
- Şirkətin ofis və inzibati binalarında informasiya texnologiyaları (İT) sistemlərinin qurulması və fasiləsiz fəaliyyətinin təmin edilməsi;
- Kompüter sistemlərinin, periferik avadanlıqların (printer, skaner və s.) quraşdırılması, sazlanması və texniki xidmətin göstərilməsi;
- Windows əməliyyat sistemləri və digər proqram təminatlarının quraşdırılması, yenilənməsi və nasazlıqların aradan qaldırılması;
- Server sistemləri, domen idarəetməsi (Active Directory), şəbəkə və təhlükəsizlik sistemlərinin monitorinqi, diaqnostikası və optimallaşdırılması;
- İstifadəçilərin gündəlik texniki çətinliklərinin operativ şəkildə həll olunması və texniki məsləhətlərin verilməsi;
- Cisco, Ubiquiti kimi şəbəkə avadanlıqlarının konfiqurasiyası və dəstəklənməsi;
- DVR/NVR video müşahidə sistemləri ilə işləmək, onların sazlığına nəzarət;
- Giriş çıxışa nəzarət sistemlərində yaranan problemlərin aradan qaldırılması və daim işlək vəziyyətdə saxlanılması;
- IP-telefon sistemlərinin idarə olunması və dəstəyi;
- Avadanlıq və sistemlərin texniki göstəricilərinin izlənilməsi, performansın artırılması üçün təkliflərin verilməsi;
- Yeni texnologiyaların tətbiqi və texniki yeniliklərin təşəbbüsü ilə çıxış etmək.
Vəzifə tələbləri:
- İnformasiya texnologiyaları, kompüter mühəndisliyi və ya aidiyyəti sahə üzrə ali təhsil;
- İT sahəsində minimum 1-2 il iş təcrübəsi;
- Windows 10/11, Windows Server (2016/2019/2022) və Active Directory ilə işləmə bacarığı;
- Şəbəkə və təhlükəsizlik protokolları haqqında məlumatlı olmaq;
- Şəbəkə avadanlıqları ilə (Cisco, Ubiquiti və.s) işləmə bacarığı;
- Video nəzarət sistemləri (DVR/NVR) və kameraların quraşdırılması üzrə təcrübə;
- IP-telfoniya haqqında məlumatlı olmaq;
- MS Office proqramları, diaqnostika və uzaqdan texniki dəstək proqramları ilə işləmə bacarığı;
- Azərbaycan dili əla, ingilis dili (texniki səviyyədə)
- Analitik düşüncə, problem həll etmə bacarığı;
- Komanda ilə işləmək, texniki məsələləri sadə dildə izah edə bilmək bacarığı;
İş şəraiti:
- İs yeri: Gəncə şəhəri;
- İş günləri: 5 gün;
- İş vaxtı: 09.00-18.00;
- Peşəkar,mehriban komandada iş;
- Karyera yüksəlişi üçün perspektiv;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
- Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək;
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini “[email protected]” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.
Mühasib-mütəxssis (əmək haqqı üzrə) üzrə işçi (Gəncə şəhəri)
Son tarix 04 avq 2025
Vəzifə öhdəlikləri:
- İşçilərin əməkhaqqı, ezamiyyə, məzuniyyət, əmək qabliyyətinin olmamaması vərəqələri və digər ödənişlərinin hesablanmasını təmin etmək;
- Əməkhaqqı üzrə bütün əməliyyatların düzgün və vaxtında icra edilməsini təmin etmək;
- Gəlir vergisi, DSMF, işsizlik və icbari tibbi sığorta haqlarının düzgün hesablanmasını və müvafiq qurumlara təqdim edilməsini həyata keçirmək;
- Ayın sonunda əməkhaqqı üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Elektron hökumət portalı və digər müvafiq sistemlərlə işləmək;
- Əməkhaqqı üzrə yoxlamalar zamanı tələb olunan sənədləri hazırlamaq və təqdim etmək;
- Əməkhaqqı üzrə yaranmış sualları və şikayətləri araşdırmaq, vaxtında cavablandırmaq;
- Qüvvədə olan Əmək Məcəlləsi və digər normativ sənədlər üzrə əməkhaqqı siyasətinin tətbiqini təmin etmək;
- Vahid illik və rüblük hesabatların hazırlanması;
- Əmək haqqı üzrə statistik hesabatların hazırlanması;
- Maliyyə və İnsan Resursları komandası ilə sıx əməkdaşlıqda işləmək.
Vəzifə tələbləri:
- Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində);
- Əməkhaqqı sahəsində minimum 3 il iş təcrübəsi;
- AR Əmək Məcəlləsi, Vergi Məcəlləsi, “Sosial sığorta haqqında” Qanun, habelə əmək münasibətlərini tənzimləyən digər müvafiq normativ-hüquqi aktlar üzrə biliklərə malik olmaq;
- MS Office proqramlarını (xüsusilə Excel) yaxşı səviyyədə bilmək;
- 1C mühasibat proqramı ilə yüksək səviyyədə işləmək bacarığı;
- Elektron hökumət portalları ilə işləmə bacarığı (e-gov, e-taxes, dsmf, tibbi sığorta və s.);
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dili bilikləri arzuolunandır);
- Dəqiqlik, məsuliyyət, etibarlılıq və etik davranış prinsiplərinə sadiqlik;
- Məlumatların məxfiliyinə və vaxtında təqdim olunmasına ciddi riayət etmək.
İş şəraiti:
- İş yeri: Gəncə şəhəri;
- İş günləri: 5 gün
- İş vaxtı: 09:00 – 18:00
- Rəsmi əmək müqaviləsi və tam sosial təminat
- Mehriban və peşəkar komanda ilə çalışma imkanı
- Karyera yüksəlişi və peşəkar inkişaf üçün şərait
- Əmək haqqı müsahibə əsasında müəyyən olunacaq
Göstərilən tələblərə uyğun namizədlər öz CV və digər PDF sənədləri “[email protected]” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.
Avtobuslara texniki dəstək üzrə mütəxəssis vəzifəsinə işçi (Gəncə şəhəri)
Son tarix 04 avq 2025
Vəzifə öhdəlikləri:
- Avtobuslarda quraşdırılmış elektron cihazlara və İT avadanlıqlarına texniki baxış və daim işlək vəziyyətdə saxlanılması;
- Zəif axın və avadanlıqları ilə işləmə bacarığı;
- Videoqeydiyyat cihazları və təhlükəsizlik kameralarının (DVR/NVR) mütəmadi texniki baxışın həyata keçirilməsi, sazlanması, və daim işlək vəziyyətdə saxlanılması;
- Multimedia cihazları, monitorlar, informasiya panelləri və oxşar texniki qurğularla işləmə bacarığı və texniki xidmətin təmin edilməsi;
- Quraşdırılmış avadanlıqların proqram təminatının yenilənməsi və kalibrovkası;
- Görülən işlərlə bağlı dövri hesabatların hazırlanması, nasazlıqların təkrar baş verməməsi üçün tövsiyələrin verilməsi;
- Aidiyyəti strukturlarla və digər İT mütəxəssisləri ilə koordinasiyalı işləmək.
Vəzifə tələbləri:
- İnformasiya texnologiyaları, elektronika və ya müvafiq texniki sahə üzrə ali və orta ixtisas təhsili;
- Texniki diaqnostika proqramları, avadanlıq interfeysləri üzrə işləmə bacarığı;
- DVR və NVR sistemləri üzrə texniki bilik və iş təcrübəsi;
- Kamera sistemləri ilə işləmə bacarığı;
- Elektron informasiya lövhələri, multimedia sistemləri və digər oxşar avadanlıqlarla işləmək bacarığı;
- Elektronika və diaqnostika sahəsində əsas texniki biliklər;
- Analitik düşüncə, texniki problemləri tez və düzgün təhlil edərək həll etmə bacarığı;
- Yüksək məsuliyyət hissi, intizamlılıq və komanda ilə işləmək bacarığı;
- Stressə davamlılıq və intensiv iş mühitində effektiv fəaliyyət göstərmək bacarığı.
İş şəraiti:
- İs yeri: Gəncə şəhəri;
- İş vaxtı: 5 günlük və ya növbəli iş qrafikinə uyğun;
- Peşəkar,mehriban komandada iş;
- Karyera yüksəlişi üçün perspektiv;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
- Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək;
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini “[email protected]” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.