BAKU AGROPARK MMC
Aqronom (bitki mühafizəsi üzrə)
Son tarix 22 sen 2024 - [email protected]
İş şəraiti:
· 6 günlük iş qrafiki;
· İş yeri: Bakı şəhəri, Zirə qəsəbəsi.
· İş yerinə gediş-gəliş servislə təmin olunur;
· Nahar şirkət tərəfindən təmin olunur;
· Əmək haqqı: 2000 AZN (NET).
Tələblər:
· Ali təhsil (sahə üzrə);
· Sertifikatların olması üstünlükdür;
· Minimum 3 illik iş təcrübəsi;
· MS Office proqramlarında işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
· Ərazidə monitorinq apararaq zərərvericilər, xəstəliklər və məhsulun yetişmə prosesinə mənfi təsir göstərə biləcək digər problemləri aşkar etmək və baş aqronomla birlikdə mübarizə tədbiri hazırlamaq;
· Ərazidə zərərvericilərə qarşı istifadə olunacaq materialların (tələ, indikator və s.) yerləşdirmə sxemini hazırlamaq və yerləşdirilməsini təşkil etmək;
· Entomofoqların ərazidə düzgün paylanma və yemlənmə sxemini tərtib etmək və əraziyə yerləşdirilməsini təşkil etmək;
· Periodik olaraq mübarizə vasitələrdən (feremonlardan) istifadə etmək;
İstifadə müddəti bitmiş vasitələrin (tələlərin, İsonetin, uv lampaların vəs.) yenilənməsini təşkil etmək;
· Mütəmadi olaraq indikator yapışkanları baxışdan keçirmək və zərərvericilərin sayını qeyd etmək;
· Xəstə bitkiləri aşkar etdikdə müalicəsinə dair tövsiyyələr vermək, müalicəsi mümkün olmayan xəstə bitkilərin ərazidən dərhal çıxarılmasını təşkil etmək;
· Monitorinqin nəticələrini Baş aqronom, İstixana rəhbərinə yazılı, izahlı, lazım gəldikdə şəkilli formada təqdim etmək;
· Kimyəvi maddələrin istifadə qeydiyyatını aparmaq ;
· Dövlət orqanları (Qida Təhlükəsizlik Agentliyi və Qida Təhlükəsizlik İnstitutu) tərəfindən tələb olunan müxtəlif hesabatları və aktları hazırlamaq;
· Rəhbərliyin verdiyi digər əlaqədar tapşırıqları yerinə yetirmək.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Aqronom (bitki mühafizəsi üzrə)” qeyd edərək CV-nizi elektron ünvanına göndərməyiniz xahiş olunur.