BAKU AGROPARK MMC
Əsas vəsaitlər üzrə mühasib / Xəzinədar
Son tarix 11 sen 2025 - Müraciət et
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Zirə qəsəbəsi
- Əmək haqqı: 1500 AZN (net)
Vəzifə öhdəlikləri:
- Əsas vəsaitlərin yerdəyişməsi, təhvil verilməsi və alınması, silinməsi və digər əlaqədar əməliyyatları uçota almaq və sənədləşdirmək
- Əsas vəsaitlərin növbəli və növbədən kənar inventarizasiyalarında iştirak
- İstifadəsiz qalmış əsas vəsaitlərin müəyyənləşdirilməsi və müvafiq struktur bölmələrə məlumatın verilməsi
- Əsas vəsaitlərin üzərinə barkodların(eyniləşdirmə nömrələrinin) vurulması və ya yenilənməsi
- Mal-material və əsas vəsait üzrə tələblərə nəzarət və yanlış qeydə alınmış tələblərin düzəldilməsi
- Əsas vəsaitlərin uçotunun aparılması və sistemə daxil edilməsi
- Əsas vəsaitlərin yerdəyişməsi prosedurlarının əməl olunmasına nəzarət edilməsi
- Əsas vəsaitlərin sənədləşdirilməsi üzrə vaxtaşırı təftişin icra edilməsi
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək
- İnventarların uçotu və amortizasiyasının təqibi
- İnventarların yerdəyişməsi prosesinin təşkili
- İstifadə müddətini başa vurmuş inventarların adidiyyatı üzrə təhvil verilməsi
- Edilən işlərlə bağlı hesabatların verilməsi
- Mütəmadi surətdə uzunmüddətli aktivlərin sayımı
- Uzunmüddətli aktivlərin təhkim olunma işinin təşkili
- Dövri olaraq dövriyyə aktivlərinin sayımı
- Barkodlaşma işinin təşkili və mütəmadi yoxlama
- Dövriyyə aktivləri üzrə tez xarab olma meyarlarına nəzarət (SİT)
- Ümumilikdə utilizasiya məsələlərində iştirak
Tələblər
- Ali təhsil (mühasibatlıq, maliyyə, iqtisadiyyat ixtisasları üzrə)
- Mühasibatlıq sahəsində 3–5 il iş təcrübəsi
- 1C proqramında işləmə bacarığı
- Microsoft Office (xüsusilə Word, Excel, Outlook) üzrə yüksək bilik
- Azərbaycan dili biliyi, rus və ingilis dilləri arzuolunandır
- Diqqətlilik, məsuliyyətlilik və komanda ilə işləmə bacarığı
Şərtlər
- İş qrafiki: Həftəiçi 5 gün (08:00–17:00), nahar fasiləsi – 12:00–13:00
- Servis xidməti: İş yerinə gediş-gəliş üçün nəqliyyat təmin olunur
- Sığorta: Paşa Həyat Sığortası
- Nahar şirkət tərəfindən qarşılanır
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.