Bakı Taksi Xidməti
Operator
Son tarix 13 apr 2025 - [email protected]
Tələblər:
- Avtomobil sahəsində texniki biliklər və müvafiq sahə üzrə 1 il iş təcrübəsi
- Yaş aralığı: 25-35
- 1C, Excell proqramlarında işləmək bacarığı,
- Azərbaycan dili səlis ,İngilis dili, Rus dili arzuolunandır.
- İctimaiyyətlə yaxşı ünsiyyət qurma bacarığına malik olmalı;
- Çalışqan, təşəbbüskar, məsuliyyətli ;
- Komandada işləmək bacarığı və kommunikativik; Operativlik, dəqiqlik.
Vəzifə öhdəlikləri:
- Servisə gələn avtomobillərin qəbulu, qeydiyyata alınması və təhvil verilməsi
- Vizual və Təmir kartlarının açılması
- Yol vərəqələrinin yazılması
- Nəqliyyat vasitələrinin manual yoxlanışı
- Servis personalı ilə işləmə bacarığı
- Təmir edilmiş nəqliyyat vasitəsini yürüş sınağının keçirilməsi və sürücüyə təhvil verilməsi;
- Hər bir tamamlanmış iş kartında yerinə yetirilmə vaxtını, qiymətlərin dəqiqliyini ,məlumat aydınlığını yoxlamaq və imzalamaq
- Gündəlik çıxış cədvəlinin tərtib olunması və rəhbərliyə təqdim olunmasını təmin edir;
- Həftəlik çıxış cədvəlinin tərtib olunması və həftə ərzindəki dəyişikliklərin cədvəldə qeydiyyatının aparılmasını həyata keçirir;
- Sərnişindaşıma ilə bağlı sürücülərə verilən tapşırıqların yerinə yetirilməsinə nəzarət edir;
- Gündəlik iş hesabatının təqdim edir.
İş rejimi:
- İş yeri: “Bakı Taksi Xidməti” MMC
- İş qrafiki (I-V günlər 09:00-dan 17:00-dək, VI gün 09:00-dan 14:00-dək )
- Əmək haqqı: 800 AZN
Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “operator” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.
Anbardar
Son tarix 13 apr 2025 - [email protected]
Namizədə tələblər:
- Avtomobil sahəsində texniki biliklər və təcrübə
- 1C, Microsoft Office proqramlarında işləmək bacarığı
- Komandada işləmək bacarığı və kommunikativik;
- Məsuliyyətli, nizam-intizamlı, etibarlı və dürüst;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi.
Vəzifə öhdəlikləri:
- Təhvil-Təslim aktı əsasında mal-material və ehtiyat hissələrini anbara qəbul etmək;
- Anbarda ehtiyat hissələrinin müvafiq sistem üzrə ardıcıllıqla və səliqəli şəkildə yığılmasını və yerləşdirilməsini təmin etmək;
- Avtomobilə aid elektron hissə kataloqu ilə işləmə bacarığı;
- Daxil olan ehtiyat hissələrinin yerləşdirilməsi və çeşidlərə ayırmaq;
- Ehtiyat hissələrin hərəkətinin operativ uçotunu aparmaq;
- Əməyin mühafizəsi, əmək, nizam-intizam, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigiyena qaydalarına riayət etmək;
- Lazımi malların daima anbarda olmasına nəzarət etmək;
- Anbarda olmayan malların vaxtında sifarişini və təminatını həyata keçirmək;
- Anbar sayımını həyata keçirmək;
- Rəhbərliyin verdiyi tapşırıqları vaxtında dəqiq və məsuliyyətlə icra etmək;
İş şəraiti
- İş yeri: “Bakı Taksi Xidməti” MMC
- İş qrafiki (I-V günlər 09:00-dan 17:00-dək, VI gün 09:00-dan 14:00-dək )
- Əmək haqqı: Müsahibə zamanı təyin olunacaqdır .
Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “anbardar” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.
Direktor müavini
Son tarix 13 apr 2025 - [email protected]
Vəzifə üzrə tələblər
- Müəssisənin direktorunun verdiyi tapşırıqları yerinə yetirmək;
- Müəssisiənin şöbələrinin idarə edilməsində iştirak etmək;
- Müəssisənin fəaliyyətinin təkmilləşdirilməsi üçün strateji planlar üzrə hədəflərin müəyyən edilməsi və onların icrasında iştirak etmək;
- Müəssisənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı, o cümlədən layihələrin hazırlanmasında iştirak etmək;
- Kurasiya üzrə müəssisənin struktur bölmələrinin fəaliyyətinə nəzarət, Struktur bölmə rəhbərlərinə tapşırılmış işlərinin icrasına nəzarət etmək və icra olunma statusunu direktora bildirmək;
- Kurasiyasında olan şöbənin iş planlarının tərtib edilməsinə nəzarət edilməsi;
- Kurasiyasında olan şöbənin işini sistemləşdirmək və avtomatlaşdırmaq, qurulan sistemin tətbiqinə nəzarət etmək;
- Kurasiyasında olan şöbənin işçilərinin fəaliyyətinə nəzarət, işçilərin peşəkarlıq səviyyəsinin artırılması tədbirlərinin görülməsi, işçilərin qiymətləndirilməsi və motivasiya proseslərdə iştirak və nəzarət etmək;
- Müəssisənin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
- Fəaliyyət sahəsi üzrə müəssisənin icraçı və ya tərəfdaş olduğu layihələrin icrası barədə arayışlar və hesabatlar hazırlamaq;
- Zəruri hallarda direktorunun funksiyalarını icra etmək;
Tələb olunan bilik və bacarıqlar
- Ali təhsil (müvafiq sahə üzrə)
- İstehsalat üzrə rəhbər vəzifəsində 5 il artıq təcrübə;
- Kompüter biliklərinə dair: MS Office (MS Word, MS Excell, MS Power Point, Outlook, Internet), 1C proqramı - Yüksək səviyyədə
- Xarici dil bilikləri: İngilis dili, Rus dili-arzuolunandır;
- Avtomobil sahəsində texniki biliklər və təcrübə;
- İdarəetmə qabiliyyəti, məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
- Planlama qabiliyyəti;
- Yüksək təşkilatçılıq və analiz etmək bacarığı;
- İnsanlarla ünsiyyət qurma və danışıqlar aparma qabiliyyəti;
- Fəaliyyət sahəsi üzrə özünü inkişaf və araşdırma yönümlü olması;
- Stressli şəraitdə işləmək bacarığı .
Əmək şəraiti:
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək
- İş rejimi: Həftənin 5 günü;
Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “direktor müavini” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.