“Bakı Sığorta” ASC “KORPORATİV İŞLƏR ÜZRƏ HÜQUQŞÜNAS” vəzifəsinə işçi axtarışı elan edir.
Bu vəzifənin əsas məqsədi təşkilat daxilində əməliyyatların hüquqi dəstəklənməsi, məhkəmə və mülki işlərin idarə edilməsidir.
Əsas vəzifə öhdəlikləri:
• Müqavilələrin hüquqi ekspertizasını həyata keçimək;
• Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
• Bütün struktur bölmələrə, o cümlədən filial və nümayəndəliklərə hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
• Təşkilat daxilində qanunvericiliyin və korporativ aktlarin göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
• Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
• Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarət etmək;
• Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak etmək;
• Korporativ hüquq fəaliyyət ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyəti struktur bölmələrlə razılaşdırmaq;
• Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirmək və rəy vermək;
• Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata keçirmək, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək;
• Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirmək və bununla bağlı rəy vermək;
• Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;
• Birbaşa rəhbərin digər tapşırıqlarını icra etmək.
Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:
• Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi olanlara üstünlük veriləcək);
• Hüquq sahəsi üzrə azı üç il iş tcərübəsinə və yaxud yüksək təhsil göstəricilərinə malik olmaq;
• Mülki, mülki-prosessual, İnzibati, inzibati-prosessual, həmçinin sığorta qanunvericiliyini mükkəməl bilmək;
• Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq (İngilis və Rus dillərini bilmək arzuolunandır);
• Regionlara səfər etmək imkanına malik olmaq;
• Microsoft və ofis proqramlarını mükəmməl bilmək;
• Təşkilat və onun missiyasına yüksək sadiqlik;
• Əla şəxsi keyfiyyətlər;
• Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.
İş şərtləri
Həftəiçi 5 gün, saat 09:00-18:00-dək
“Bakı Sığorta” ASC öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı təklif edir.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı 15 fevral 2021-ci il tarixinədək [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.