Bakı Metropoliteni
Soyuducu qurğuların maşinisti
Son tarix 10 avq 2026 - Müraciət et
Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün Elektromexanika xidmətinin İsitmə və soyutma sisteminin istismarı qrupuna “Soyuducu qurğuların maşinisti” vəzifəsi üzrə namizədlər axtarırıq!
Namizəd VRF/VRV/CHİLLER və havalandırma sistemlərinə texniki qulluq, təmir və nasazlıqların aradan qaldırılmasını təmin edəcək.
Sizi hansı öhdəliklər gözləyir?
- Kondisioner, ventilyasiya və soyutma sistemlərinin quraşdırılması;
- VRF/VRV/CHİLLER və havalandırma sistemlərində nasazlıqların araşdırılması;
- Avadanlıqlara planlı texniki xidmətin göstərilməsi;
- Nasazlıqların diaqnostikası və aradan qaldırılması;
- Freonun doldurulması, boşaldılması, vakumlama və sızmaların aşkarlanması;
- Elektrik və idarəetmə sxemlərinin yoxlanılması;
- Filtrlərin, istilik dəyişdiricilərinin və digər hissələrin təmizlənməsi;
- Kompressor, fan, nasos və digər komponentlərin diaqnostikası və dəyişdirilməsi;
- İş zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsi;
- Quraşdırılmış və təmir edilmiş avadanlığın sınaqdan keçirilməsi və istismara verilməsi.
Namizədlərdən tələblərimiz
- Soyuducu qurğularla iş üzrə 1 il iş təcrübəsi;
- VRF/VRV/CHİLLER sistemlərinin iş prinsipini bilmək;
- Elektrik sxemlərini oxumaq bacarığı;
- Ölçü cihazlarından (multimetr, manometr və s.) istifadə etmək;
- Freonlarla işləmə qaydalarını bilmək;
- Hündürlükdə işləmək bacarığı;
- Komandada işləmək və ünsiyyət qurmaq bacarığı;
- Azərbaycan dilində mükəmməl, rus və ya ingilis dili bilikləri üstünlükdür.
Metropoliten Sizə nə təklif edir?
- Sabit və etibarlı iş mühiti;
- Peşəkar komandada inkişaf və karyera imkanları;
- Metropolitendən ödənişsiz istifadə imkanı;
- Güzəştli nahar təminatı;
- Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;
- Psixoloji dəstək xidməti.
Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5467 müraciətinizi tamamlaya bilərsiniz.
Uğurlar!
















