Bakı Karton və Qutu Fabriki MMC
Baş mühasib
Son tarix 10 apr 2025 - [email protected]
Vəzifə öhdəliklərinin qısa məzmunu:
- Mühasibat uçotunun düzgün və səmərəli təşkili, bu əsasda lazımi bütün sənədlərin tərtib edilməsi;
- Hesabatların düzgün və vaxtında tərtib edilərək təhvil verilməsi;
- İqtisadi işlərin qabaqcıl forma və metodlarının tətbiq edilməsi;
- Maliyyə şöbəsində iş prosesinin düzgün və operativ şəkildə aparılmasına nəzarət etməli;
- Müəssisənin iqtisadi fəaliyyətinin səmərəli sürətdə yönləndirilməsi, hesablama texnikasının geniş tətbiq olunması və bu zaman lazım olan bütün işlərin yerinə yetirilməsini təmin etməli;
- İş zamanı yaranan iqtisadi problemlərinin həll edilməsinə yüksək səviyyədə nəzarət etməli;
- Maliyyə nəticələrinin uçotunu vaxtında və düzgün aparılmasına diqqət yetirməli;
- Müəssisə vəsaitinin qanunsuz sərf edilməməsinə nəzarət etməli;
- Nəzərdə tutulan vəzifə və tapşırıqların yerinə yetirilməsi üçün digər struktur bölmələri ilə qarşılıqlı əlaqələr qurmalı;
- Qanunvericiliyə əsaslanaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu tərtib etməli;
- Mühasibatlıq sahəsinə aid olan sənədlərin saxlanılması üçün diqqət yetirməli və s.
Əsas tələblər:
- İqtisadiyyat sahəsi üzrə ali təhsilli olmalı;
- Xanım namizəd olmalı;
- Maxsimum 35 yaşı olmalı;
- PMS-ə (peşəkar mühasib sertifikatı) sahib olmalı;
- Sahə üzrə ən azı 5 il iş təcrübəsi olmalı;
- İş təcrübəsi istehsalat sahəsində olmalı;
- Sumqayıt şəhərində yaşayan olsun;
- Azərbaycan dili səlis, ingilis və rus dilləri isə arzuolunandır;
- Dürüst, çevik, aktiv və dəqiq kimi şəxsi keyfiyyətlərə malik olmalı.
İş haqqında məlumat:
- İş yeri: Sumqayıt şəhəri;
- İş sahəsi: istehsalat sektoru;
- İş qrafiki: həftədə 5 gün iş, 2 gün istirahət;
- İş saatı: 09:00-18:00;
- Nahar fasiləsi: 13:00-14:00;
- Əmək haqqı: 1500 azn (net);
Maraqlanan şəxslər zəhmət olmasa, cv formalarını mövzu yerinə vakansiyanın adını Baş mühasib qeyd etməklə elektron poçt ünvanına göndərmələri və ya +994 50 251 70 12 nömrəsi ilə əlaqə saxlamaqları xahiş olunur. Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.