Yalnız Qazax rayonunda yaşayan namizədlər nəzərə alınacaqdır.
Vakansiya haqqında:
Funksiya: B2C satış
İş qrafiki: Növbəli
İş yeri: Qazax rayonu
İş müddəti: Daimi
Son müraciət tarixi: 22.11.2021
Sizin əsas vəzifə öhdəlikləriniz:
- Fərdi və korporativ müştərilərə yüksək keyfiyyətli xidmət göstərmək
- Daxil olan bütün müştəri sorğularını araşdırmaq və onları müvafiq prosedurlara uyğun cavablandırmaq
- Müştərilər üçün satış əməliyyatlarını yerinə yetirmək
- Müştərilərdən daxil olan müraciət və şikayətləri həll etmək
- Əlavə məhsul və xidmətlərin satışını həyata keçirmək
- Təyin olunmuş satış planlarına əsasən rüblük satış hədəflərini yerinə yetirmək
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
- Ali və ya peşə məktəbi/orta ixtisas təhsili
- Müştəri xidmətləri və satış sahəsində ən azı 1 il iş təcrübəsi üstünlük hesab olunur
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
- Ünsiyyət qurma bacarığı
- Müştəri yönümlülük
- Nəticə Yönümlülük
- Komanda işi və əməkdaşlıq etmə bacarığı
- MS Office proqramlarını bilmək
- Azərbaycan (səlis) və Rus (səlis) dillərini bilmək
Başlıqda ‘’Satış və xidmətlər üzrə mütəxəssis (Qazax)’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.