“Badamlı” Mineral sular Satış Mərkəzi İnsan Resursları Meneceri vakansiyasını açıq elan edir.
Bu 1947-ci ildən Azərbaycan mineral sular istehsalında və satışında ilk və lider olan “Badamlı” şirkətinin gənc və dinamik komandasının üzvü olmaq istəyən pozitiv, motivasiyalı, çalışqan və yeniliklərə açıq xanımlar və bəylər üçün faydalı fürsətdir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, insan resurslarının idarə edilməsi sahəsində təcrübəsi olan bütün namizədləri aktiv şəkildə böyüyən və inkişaf edən Badamlı Satış komandamıza qoşulmağa dəvət edirik! Şirkətimizin siması və İnsan resursları Meneceri olaraq Siz Badamlı şirkətinin mövcud və potensial əməkdaşlarına onların resurslarının, bilik və bacarıqlarının, təcrübələrinin effektiv idarə edilməsi işinin təşkilində və yönləndirilməsində dəstək olacaqsınız.
Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:
• Ölkənin ilk su markası sayılan Badamlı şirkətinin gənc və dinamik komandasında iş təcrübəsi
• Konsultantların dəstəyi ilə yeni insan resursları sisteminin qurulmasında yaxından iştirak
• Adekvat əmək haqqı
• Təlim və inkişaf məsələlərində Şirkətin dəstəyi
• Davamlı karyera inkişafı
• Korporativ telefon
• Qanunvericiliyə uyğun sənədləşdirmə
Bizim üçün ideal namizəd:
• Ali təhsil
• Ümumi və insan resurslarının idarəetməsində ən az 2 il iş təcrübəsi
• 25-45 yaş aralığındakı namizədlərə üstünlük verilir
• İdarəetmə bacarığı, yüksək ünsiyyət keyfiyyətlərinə malik olmaq
• İnsanlara pozitiv təsir etmə, dəyişikliklərə liderlik keyfiyyətlərinə malik olmaq
• Kompüter və MS Office proqram bilikləri
• Azərbaycan və rus dillərində yaxşı danışmaq, ingilis dilini bilmək üstünlükdür
Görəcəyiniz işlər:
• Badamlı Satış Mərkəzində İnsan resurslarının idarə edilməsi və daxili kommunikasiya sisteminin qurulması layihəsinə rəhbərlik etmək
• Satış Mərkəzinə adekvat kadrların cəlb edilməsi, işə qəbulu və adaptasiyası işini təşkil etmək
• İşçilərin təlim və inkişafına dəstək olmaq, motivasiyalı işləməsi, qoyulan hədəflərə çatması üçün əlverişli iş şəraitinin qurulmasını təşkil etmək
• Əmək münasibətlərinin təşkilinə rəhbərlik etmək.
• İnsan resurslarının idarə edilməsi sisteminin effektivliyinin artırılması üçün digər ehtiyac olan işləri həyata keçirmək
Əgər Siz bizim axtardığımız ideal namizədsinizsə CV-nizi officehr@badamlı.az elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: "İnsan Resursları Meneceri")
Müraciət üçün son tarix - 15 Dekabr, 2020
Bakı şəh., Nizami ray., Əlişir Nəvai 17 (Neft Emalı Zavodunun yaxınlığı)