Badamdar Hotel & Residences
Təchizat üzrə aparıcı mütəxəssis
Son tarix 05 sen 2025 - [email protected]
Şöbə: Satınalma
Dərəcə: 6
Tabeçilik: Təchizat üzrə menecer
Əmək funksiyası:
- Effektiv tədarük prosesindən istifadə etmək, habelə mallar və xidmətlər üçün rəqabətə davamlı qiymətləri əldə etməklə, müəssisənin xərclərini minimuma endirilməsini təmin etmək;
- Şöbələr çərçivəsində tədarüklə bağlı daxili nəzarət siyasəti və prosedurlarını təmin etmək;
- Satınalmalar üzrə məlumat bazasını düzgün aparmaq (məs., malın çatdırma vaxtı, satınalma üzrə minimum həcm, standart xərclər, malın qalıq miqdarı, tədarükçülər haqqında məlumat, və s.);
- Təchizat şöbəsinin Menecerinə şöbələrin material və qeyri-material ehtiyatlarının istehlakı ilə bağlı nəzərdə tutulmayan xərcləri haqqında məlumat vermək və belə xərcləri minimuma endirmək üçün məhsulların təchizatı üçün alternativ mənbələr daxil olmaqla, müvafiq tədbirlərin görülməsini tövsiyə etmək;
- Müxtəlif şöbə rəhbərlərindən verilən məhsullara dair bütün texniki spesifikasiyaların koordinasiyasında köməklik göstərmək və tədarük siyahıları ilə onların sənədlərini aparmaq, tədarük spesifikasiyalarının tərtib edilməsinə kömək etmək;
- Tədarükçilərlə bağlı yaranan ödəniş gecikmələri/uyğunsuzluqları aradan qaldırmaq məqsədilə mühasibatlıqla əməkdaşlıq etmək;
- Tələb olunduqda, təchizatçının nümayəndələri ilə müsahibələr keçirmək və hər hansı tələb edilən məmulata dair spesifikasiyalar və qiymət təkliflərini əldə etmək;
- Yazışmaları, danışıqları və təchizat prosesini müəssisə üçün ən sərfəli olan yollarla aparmaq;
- Təchizat üzrə meneceri tərəfindən verilən təlimata əsasən sifarişlər vermək və tədarük prosesində iştirak etmək.;
- Təchizat şöbəsinin bütün xərclərindən xəbərdar olmaq və onlara nəzarət etmək üçün müvafiq tədbirlər tövsiyə etmək;
- Malların qəbulu prosesinin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün bütün əməliyyat və nəzarət prosedurlarını həyata keçirmək;
- Tenderlərin təşkili;
- Şöbə və menecer ilə sıx əlaqədə çalışaraq daxili nəzarət siyasət və prosedurlarını təkmilləşdirir, departamentlərarası standardlar əsasında icra nəzarətini təmin edir.
- Tədarük vahidlərinin material və xidmət ehtiyatları üzrə məlumat bazasını mükəmməl səviyyədə idarə edir: çatdırılma vaxtı, minimum sifariş həcmdən tutmuş mal balansına və tədarükçü profillərinə qədər geniş spektri əhatə edir.
- Mühasibatlıq, logistika və digər şöbələrlə əməkdaşlıq edərək ödəniş gecikmələri və uyğunsuzluqları aradan qaldırır; menecerə müvafiq tədbirlər və alternativ mənbələr barədə vaxtında məlumat verir.
- Məhsul spesifikasiyalarının hazırlanmasını koordinasiya edir, şifahi və yazılı danışıqlar vasitəsilə tədarük prosesində ən sərfəli və şəffaf rüsumların əldə olunmasını təmin edir.
- Tender proseslərini planlayır, elan edir və qərarların vaxtında qəbul edilməsini təşkil edir.
- Gəliş‑qəbul operasiyalarını nəzarətdə saxlayır, keyfiyyət və kvant standartlarına uyğunluğunu yoxlayır və əməliyyat prosedurlarını nəzarətdə saxlayır.
Tələblər:
- Təhsil:
- Ali ;
- Bilik və Bacarıqlar:
- Təchizatçı Münasibətləri;
- Maraqlı Tərəflərin İdarə Edilməsi;
- Təchizat İdarəetmə sistemi;
- Əlaqələrin inkişaf etdirilməsi;
- Kateqoriya İdarəetmə;
- Araşdırma bacarığı;
- Texnoloji bacarıqlar;
- Tenderlərin təşkili;
- Səbirlilik;
- Danışıqlar aparma bacarığı;
- Təsir/inandırma bacarıqları;
- Çətin fərdlərlə işləmək bacarığı;
- Etibarlılıq; Detallara diqqətlilik;
- Məsuliyyətlilik
- Kompüter bilikləri:
- MC Office;
- 1C proqram təminatı;
- Netses;
- Dil bilikləri:
- Azərbaycan dili – sərbəst;
- Rus və ya ingilis dili –əla;
- Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi üzrə Öhdəliklər:
- SƏTƏM siyasətləri və prosedurlarından xəbərdar olmaq və bütün prosedurların təhlükəsiz və SƏTƏM prinsipləri çərçivəsində keçirilməsini təmin etmək;
- Ehtiyatlılığa riayət etmək öhdəliyindən xəbərdar olmaq və Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi qanunvericiliyinə, siyasətlərinə və proseduralarına riayət etmək;
- Əmlak təhlükəsizliyi, ilkin tibbi yardım, yanğın və fövqəladə hal proseduraları ilə tanış olmaq və avadanlığı təhlükəsiz və düşüncəli tərzdə istismar etmək;
- Təhlükəli vəziyyətin aradan qaldırılması üçün tədbir görmək və aidiyyəti şəxslərə potensial təhlükələr haqqında məlumat vermək.
Digər öhdəliklər:
- Qanunvericilik və təşkilatdaxili prosedurların tələblərinə riayət etmək;
- Geyim kodeksi tələblərinə, xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartlara riayət etmək;
- Peşəkar iş münasibətləri çərçivəsində fəaliyyət göstərmək;
- Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək;
- Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək;
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.