Badamdar Hotel & Residences
Satış üzrə məsul şəxs / Sales executive
Son tarix 06 iyn 2025 - [email protected]
Əsas tələblər:
- Minimum təhsil dərəcəsi: Bakalavr;
- Komputer bilikləri: MS Office – Yaxşı;
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı),İngilis dili (yaxşı);
- Təcrübə: Satış sahəsi üzrə ən azı 1 il iş təcrübəsi (Otelçilik təcrübəsi üstünlükdür);
- Təqdimat Bacarıqları/İctimai Natiqlik;
- Müştəri münasibətlərinin idarə edilməsi;
- Texnoloji Bacarıq (məzmun idarəetmə platformaları, marketinq avtomatlaşdırma vasitələri, sosial media).
İş barədə:
- Qonaq məmnuniyyətinin bütün işçilər tərəfindən saxlanılmasına nəzarət etmək;
- Mehmanxananın dəyərləri ilə qonaq gözləntilərinin qarşılıqlı şəkildə fəaliyyətini təmin etmək;
- Tədbirlər üçün satış məqsədlərinin formalaşdırılması, təkliflərin və müqavilələrin hazırlanması;
- Əyləncə və tədbirlərin fəaliyyət planının hazırlanması;
- Qonaqlarla və korporativ müştərilərlə əlaqələrin qurulması;
- Satış müzakirələrinin və yazışmalarının aparılması;
- Məlumat və broşürlar üçün materialın hazırlanması və korporativ müştərilərə, qonaqlara göndərilməsi;
- Tədbirlər barəsində sorğuların qəbulu, icrası və məlumatların müvafiq şöbələrlə əlaqələndirilməsi;
- Tədbirlərdə nəzərdə tutulmuş qida və içki təkliflərinin yoxlanılması;
- Effektiv PR plan hazırlanması;
- Sosial mediada mehmanxana haqqında məlumatın mütamadi şəkildə yenilənməsi;
- İnteraktiv promo aksiyaların həyata keçirilməsi;
- Satış hədəflərinin yerinə yetirilməsi üçün müştərilərin cəlb edilməsi məqsədi ilə marketinq fəaliyyət planların hazırlanması
- Mümkün olduqda aşkar edilmiş bazar seqmentlərindən və işgüzar mənbələrdən istifadə edərək yeni biznesi inkişaf etdirmək və qoruyub saxlamaq.
- Qrafik dizaynerlərlə, fotoqraflarla, videoqraflarla, çap agentlikləri ilə, marketinq və PR agentlikləri ilə, media nümayəndələri ilə əlaqələrin qurulması;
İş vaxtının norması:
- 09:00-18:00 / 5 günlük iş həftəsi
- İstirahət günü: Şənbə və Bazar günü.
- Nahar şirkət tərəfindən təmin edilir;
- Korporativ telefon nömrəsi və danışıq paketi.
İş yeri:
- Bakı şəhəri, Yasamal rayonu.M.Müşfiq 1C.
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Satış üzrə məsul şəxs/Sales executive” yazmaqla Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.