Aztelekom
Məhsul üzrə mütəxəssis
Son tarix 06 may 2023 [email protected]
Əsas vəzifə və öhdəlikləri:
- Mövcud, eləcə də gələcək telekommunikasiya məhsul və xidmətlərin hazırlanması, optimallaşdırılması və bazara uyğunlaşdırılması;
- Məhsul və xidmətlərin təbliği, qiymətləndirmə və müştəri əldə etmə, eləcə də GTM strategiyalarının icrası;
- Daxili və departamentlərarası proseslərin və prosedurların yaradılması, optimallaşdırılması və koordinasiyası;
- Verilən məlumatlar əsasında hesabatın, analitikanın aparılması, məhsul hədəflərinin yerinə yetirilməsinin izlənməsi;
- Kütləvi müştəri bazası dəyişikliklərinin, miqrasiyasının və əldə edilməsinin (acquisition) idarə olunması;
- Online və offline kommunikasiya kanallarının koordinasiyası və idarə olunması;
- Müştəri profilinin inkişaf etdirilməsi məqsədilə xüsusi (ad-hoc) və ümumi bazar araşdırmalarının aparılması;
- Proaktiv surətdə kommersiya imkanlarının araşdırılması, qoyulan hədəflərə çatmaq və müştəriyönümlü həllərin yaradılması;
- İclas və danışıqlarda departamentin və təşkilatın maraqlarını müstəqil formada təmsil etmək;
- Əməkdaşlara, rəhbərliyə və yüksək rəhbərliyə məlumatın doğru və düzgün şəkildə çatdırılması;
- Satış göstəricilərinin yüksəldilməsi, hədəflərin təyin olunması və bonus sisteminin hazırlanması məqsədilə Satış şöbəsi ilə yaxından əməkdaşlıq etmək;
Tələb olunan bilik və bacarıqlar:
- Biznes, Maliyyə, Marketinq, Kommersiya sahələrindən biri üzrə ən azı bakalavr təhsili;
- MBA və ya Marketinq üzrə magistr təhsilinə üstünlük veriləcək.
- MS Office, MS Outlook, yüksək səviyyədə MS Excel;
- Minimum 3 il (əsasən B2C istiqamətli)
- Azərbaycan, Rus, İngilis dilləri
- Tapşırıqların idarə olunması (task management) üzrə alət və proqramlardan istifadə (Trello);
- Öz sahəsi üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə malik olmalıdır;
- Telekommunikasiya sahəsi üzrə məhsul və xidmətlər üzrə proqnoz vermək və biznes keysləri həyata keçirmək üzrə təcrübə;
- Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı;
İş haqqında məlumat:
- 5 günlük iş rejimi (bazar ertəsi - cümə)
- iş vaxtı: 09:00 - 18:00
- iş yeri: Baş ofis, Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Məhsul üzrə mütəxəssis” vakansiya adını və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi 30.04.2023.
SƏTƏM üzrə mütəxəssis
Son tarix 01 may 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- SƏTƏM üzrə mütəxəssisin əsas vəzifəsi müəssisədə qəzaların, peşə xəstəliklərinin və qəzaların qarşısının alınmasına yönəlmiş hüquqi, təşkilati-texniki, sanitariya-gigiyenik, sosial-iqtisadi və müalicəvi-profilaktik tədbirlərin icrasının təşkilidir.
- SƏTƏM üzrə mütəxəssis fəaliyətini SƏTƏM Qaydalarına, eyni zamanda Azərbaycan Respublikasının aidiyyati Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparır;
- Səlahiyyətləri çərçivəsində yeni Qaydaların, Prosseslərin, Prosedurların, Daxili normativ aktların və sahə standartlarının tərtibatında iştirak edir;
- “Aztelekom” MMC-in struktur bölmələrinə cavabdeh şəxslər tərəfindən öz iş sahalərində işləyən işçilərinin giriş təlimatının, iş yerində təlimatların aparılmasına nəzarət edir;
- İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasına nəzarət edir;
- Əməyin mühafizəsi ilə əlaqədar sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edir və lazımi tövsiyələr verir;
- SƏTƏM üzrə digər tapşırıqların icrası;
Kvalifikasiya üzrə tələblər:
SƏTƏM üzrə mütəxəssis vəzifəsinə təyin edilən şəxs aşağıdakı tələblərə uyğun olmalıdır:
- Ali-texniki təhsilə malik olmalidır;
- Sahəsi üzrə ən azı 3 il təcrübəsi olmalıdır;
- Azərbaycan dilini mükəmməl bilməlidir, İngilis və Rus dilləri arzuolunandır;
- SƏTƏM üzrə qaydaları mükəmməl bilməlidir;
- MS Office programlarını mükəmməl bilməlidir;
İş şəraiti:
- Həftədə 5 iş günü, 2 gün istirahət;
- İş saatları 09.00-18.00
- iş yeri: Baş ofis, Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “SƏTƏM üzrə mütəxəssis” vakansiya adını qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi 30.04.2023.
Xətt təsərrüfatının pasportlaşması sektorunun müdiri
Son tarix 01 may 2023 [email protected]
Kvalifikasiya üzrə tələblər:
- Ali Texniki təhsilli;
- Texniki sahədə ən azı 3 il profesional iş təcrübəsi olmalıdır;
- Rəhbərlik üzrə ən azı 1 il əmək stajına malik olmalıdır;
- Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksən Texnologiyalar haqqında qanunvericiliyinin əsaslarını mükəmməl bilməlidir;
- Tekekommunikasiya avadanlıqlarının işləmə prinsiplərini və texnologiyalarını bilməlidir;
- Azərbaycan dilini mükəmməl bilməlidır, əlavə olaraq (rus, ingilis və s.) digər dilləri bilməsi arzuolunandır;
- İnkişaf olunmuş liderlik, təşkilatçılıq, təqdimat bacarıqlara malik olmalıdır;
- Xətt şəbəkəsinin pasportlaşmasına aid olan sənədlərin tərtib etmə bacarıqlarına yüksək səviyyədə malik olmalıdır;
- Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədlərlə effektiv işləməyə bacarmalıdır;
- Kompyuter bilikləri üzrə : MS Office və Outlook proqramlarını mükəmməl bilməlidir;
- Öz sahəsi üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə malik olmalıdır;
- Azərbaycan Respublikasının Konstitusiyası Əmək Məcəlləsi üzrə baza biliklərə malik olamalıdır;
- Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməlidir;
- İşgüzar yazışma əsaslarını bilməlidir;
- Peşəkar ünsiyyət psixologiyasını bilməlidir;
- Korporativ İdarəetmə sisteminin əsaslarını və Korporativ Mədəniyyətin əsaslarını bilməlidir.
Vəzifə öhdəlikləri:
- Xətt təsərrüfatının pasportlaşması sektorunun müdirinin əsas öhdəliyi birbaşa rəhbərin nəzarəti altında “Aztelekom” MMC-də Xətt şəbəkəsinin pasportlaşması sahəsinə aid olan prosesi və ona aid olan bütün sənədləri yaradıb, daim təkmilləşdirməyindən və prosesə riayət edilməsindən ibarətdir;
- Xətt təsərrüfatının pasportlaşması sektorunun müdiri öz fəaliyyətini Azərbaycan Respublikasının Qanunvericiliyinə və “Aztelekom” MMC-də müəyyən olunmuş Daxili Qaydalar və Təlimatlara əsasən aparır;
- Xətt təsərrüfatının pasportlaşmasına dair sənədləşməni Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparılmasına nəzarət edir;
- Xətt təsərrüfatının pasportlaşması sektoru müdirinin tabeçiliyində olan “İşçiləri” elanlarla, təlimatlarla, texnoloji proseslərlə tanış edir.
- Daxil olmuş müraciətlərin vaxtıda aradan qaldırılmasına nəzarət edir;
- Tabeliyində olan əməkdaşların müştərilərlə ünsiyyətdə etik qaydalara əməl olunmasına nəzarət edir;
- “Aztelekom” MMC üzrə bütün region və filiallarda bu sahə üzrə çalışan mütəxəsislərin sektor mütəxəssisləri tərəfindən ümumi məsələlərlə məlumatlandırılmasına nəzarət edir;
- Sektorun müdiri Texniki Departamentin digər struktur bölmələri ilə öz fəaliyyətini koordinasiya edir, onların qarşılıqlı əlaqəsini təmin edir;
- Tabeçiliyində olan “İşçiləri” tərəfindən öz vəzifə öhdəliklərinin və daxili əmək intizamı qaydalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər görür;
- “İşəgötürənin”strateji məqsədlərinə nail olmağa doğru istiqamətlənir;
- Sektorun fəaliyyətinin keyfiyyətini artırılması məqsədi ilə, tabeçiliyində olan personala dəstək olur və onların öhdəliklərini üzərinə götürür;
- Sektorun rüblük, yarımillik və illik işini təhlil edir, fəaliyyəti barədə birbaşa rəhbərinə hesabat verir;
- Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.
İş haqqında məlumat:
- 5 günlük iş rejimi (bazar ertəsi - cümə)
- iş vaxtı: 09:00 - 18:00
- iş yeri: Baş ofis, Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Xətt təsərrüfatının pasportlaşması sektorunun müdiri” vakansiya adını qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 30.04.2023.
Energetika şöbəsinin müdiri (Masallı, Şamaxı, Ağdaş və Şirvan şəhərləri)
Son tarix 01 may 2023 [email protected]
Əsas vəzifə və öhdəlikləri:
- Şöbə müdirinin əsas öhdəliyi birbaşa rəhbərin nəzarəti altında regional filal üzrə enerji sistemlərinin İstismarı prosesinə aid olan bütün sənədləri Departament və “Aztelekom MMC-nin texniki deparatmentin Energetika şöbə rəhbərinin (bundan sonra Baş idarənin TD/ EŞ-si) təsdiqi ilə yaradıb, daim təkmilləşdirməyindən və onlara riayət edilməsindən, şəbəkənin istismarı asan olan müasir texnoloji avadanlıqlarla təkmilləşdirilməsindən və istismar proseslərinə riayət edilməsindən ibarətdir;
- Şəbəkədə istismarda olan texnoloji avadnlıqların profilaktik iş planlarını hazırlayır Departament və Baş idarənin TD/ EŞ rəhbəri ilə razılaşdırır və icrasına nəzarəti təmin edir.
- Enerji şəbəkəsində istismarda olan avadanlıqların dayanıqlı və keyfiyyətli işini, texniki göstəricilərin normalardan kənara çıxmamasını təmin edir. Enerji kəsintisi ilə əlaqəli yaranan vəya ehtimal olunan qəzaların aradan qaldırılması ilə əlaqədar olaraq 7 gün / 24 saat iş zamanına uyğun fəaliyyətinin təmini; (əmək qanunvericiliyə uyğun olunmaqla iş saatlarının əvəz olunması vəs. təmin edilməklə);
- Baş idarənin TD/ EŞ daxil olmuş istəyə uyğun olaraq yeni elektrik avadanlığının quraşdırma və digər enerji işlədici avadanlıqlara elektrik bağlantıların verilməsinin təşkili;
- Elektrik sayğacı- texniki şərtin alınması, quraşdırılmasına nəzarət, aktlar, metodiki hesabatlar, sayğacın düzgün işləməsinə nəzarətin təmini, hesabatların Departament və Baş idarənin TD/ EŞ-nə təqdim edilməsi;
- AC və DC qoşuntusu verilmiş digər şirkətlərin enerji sərfiyyatını müqaviləyə, ayrılmış limitə uyğun təmin edilməsi, hesabatların Departament və Baş idarənin TD/ EŞ-nə təqdim edilməsi;
- “Şöbə müdiri”, işçiləri tərəfindən öz vəzifə öhdəliklərinin və daxili əmək intizamı qaydalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər görür;
- Şöbəsinin fəaliyyəti ilə bağlı rüblük, yarımillik və illik işini təhlil edir və müəyyən olunmuş qaydada birbaşa rəhbərinə hesabat təqdim edir;
- Şöbələr üzrə EQQ-rının əsaslı təmirə ehtiyyac olduqda filal energetika şöbəsindən əlavə mütəxəssisin cəlb olunması və ya sıradan çıxan detalın təmirinin təşkil edilməsi ilə əlaqəli Departament və Baş idarənin TD/ EŞ-nə təkliflərin tədim olunması.
- Rabitə avadanlıqlarının soyutma sistemlərinin dayanıqlı istismarı və baxımın təşkili;
- Torpaqlanma sistemlərinin baxımı və istismarının təşkili. Təlimata uyğun olaraq torpaqlanma müqavimətinin ölçülməsi və hesabatın verilməsi;
- Bina təsərrüfatlı elektrik sistemləri - İstismarı, proflaktikası, təmiri, yeni elektrik qoşulmalarının təşkili;
- Müxtəlif tip, texniki parametrə malik akkumulyatorların İstismarı, proflaktikası, təmiri. Dayanıqlı enerji təminatı ilə əlaqəli təkliflərin verilməsi;
- Dizel-Generator şəbəkəsində istismarda olan texnoloji avadanlıqlar üçün profilaktik iş planları, cari təmir planlarını işləyib hazırlayır, Departament və Baş idarənin TD/ EŞ rəhbəri ilə razılaşdırır və icrasını təmin edir.
- Şöbənin fəaliyyətinin keyfiyyətinin artırılması məqsədi ilə, tabeçiliyində olan personala dəstək olur;
Kvalifakasiya üzrə tələblər və bacarıqlar:
- Energetika və ya Rabitə və İnformasiya Texnologiyaları sahəsində Ali Təhsilli
- Energetika üzrə ən azı 4 il təcrübəsi olmalıdır;
- Rəhbərlik üzrə ən azı 3 il əmək stajına malik olmalıdır;
- Qida qurğuları avadanlıqlarının istismar Təlimat və Qaydalarını, stuktur sxemlərini və digər istismar Təlimat və Qaydalarını bilməlidir.
- Enerji sistemləri şəbəkəsində istismarda olan avadanlıqların texniki xarakteristikalarını, elektrik, montaj, prinspial və funksional sxemlərini, konstruktiv xüsusiyyətlərini, təyinatını və iş rejimlərini bilməlidir;
- Enerji sistemləri şəbəkəsində istismarda olan avadanlıqlarda baş vermiş zədələnmələrin aradan qaldırılması üçün texniki personalın istifadə etdiyi mövcud istismar təlimatlarını mükəmməl bilməlidir
- Şəbəkənin layihələndirilməsini bilməlidir. Şəbəkənin layihə smetasını və planını tərtib etmə bacarığına malik olmalıdır.
- Sürücülük vəsiqəsinin olması və qəza halları zamanı şirkətə məxsus avtomobilləri idarə edə biləcək namizədlərə üstünlük veriləcək;
- Təhlükəsizlik texnikasından ən azı 4-cü qrupa (min-m 3-cü qrupa) malik olmalıdır;
- Kompüter bilikləri üzrə : MS Office , Outlook və Qida qurğularının istismarına aid programlarını bilməlidir,
İş haqqında məlumat:
- 5 günlük iş rejimi (bazar ertəsi - cümə)
- iş vaxtı: 09:00 - 18:00
- iş yeri/şəhər: Masallı, Şamaxı, Ağdaş və Şirvan şəhərləri
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Energetika şöbəsinin müdiri” vakansiya adını, müraciət olunan iş yeri/şəhər adı və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 30.04.2023.
Korporativ satış üzrə mütəxəssis
Son tarix 15 apr 2023 [email protected]
Əsas vəzifə və öhdəlikləri:
- Satış mütəxəssisin əsas öhdəliyi “Aztelekom” MMC tərəfindən korporativ müştərilərə xidmət/məhsulların satışını həyata keçirmək və bununla gəlirləri artırmaqdan ibarətdir.
- Korporativ müştərilərin tələblərinə cavab verən məhsulları müəyyənləşdirir və seçimdə dəstək göstərir;
- Müştərilərin şəxsi məlumatı ilə bağlı ciddi məxfiliyə riayət edir;
- Müştəri müraciətlərinin idarə edir, aidiyyəti şöbələrə yönləndirir;
- Müştərilərlə gündəlik telefon danışıqları aparır;
- Müştərilərlə mütəmadi görüşləri təşkil edir;
- Müştəri məlumatlarının qeydiyyatını aparır;
- Daxil olan məktubları cavablandırır;
Kvalifakasiya üzrə tələblər və bacarıqlar:
- Yaş həddi: 22-28;
- Ali təhsil;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilikləri;
- Vaxtın idarə edilməsi bacarıqları;
- Verilən tapşırıqların dəqiq yerinə yetirilmə bacarıqları;
- Korporativ, pərakəndə satışlar yaxud müştəri xidmətləri sahəsində 2 il təcrübə;
- Komputer bacarıqları (MS Word, Excel, Outlook)
İş haqqında məlumat:
- 5 günlük iş rejimi (bazar ertəsi - cümə)
- iş vaxtı: 09:00 - 18:00
- iş yeri: Baş ofis, Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Korporativ satış üzrə mütəxəssis” vakansiya adını və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 14.04.2023.
Korporativ seqment üzrə satış sektorunun müdiri
Son tarix 13 apr 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Sektor müdirinin əsas öhdəliyi birbaşa rəhbərin nəzarəti altında “Aztelekom” MMC-də “Satış və Xidmət” prosesini və ona aid olan bütün sənədləri yaradıb, daim təkmilləşdirməyindən və prosesə riayət edilməsindən ibarətdir;
- Korporativ segment üzrə satış sekrorunun iş prosesini təşkil edir;
- “Aztelekom” MMC tərəfindən korporativ müştərilərə xidmət/məhsulların satışını həyata keçirir və bununla gəlirləri artırır;
- Yeni korporativ müştəriləri cəlb edilməsini, mövcud müştərilərdən gələn gəlirlərin artırılmasını aylıq, kvartallıq və illik hədəflərə uyğun olaraq təmin edir, məhsulların xüsusiyyətləri barədə ətraflı məlumat verir və və seçimdə dəstək göstərir;
- Xidmət/məhsullarla bağlı təbliğat işlərini aparır;
- Qoyulan hədəflərə çatmaq üçün səlahiyyət çərçivəsində addımlar atır;
- Sektorun rüblük, yarımillik və illik işini təhlil edir, fəaliyyəti barədə birbaşa rəhbərinə hesabat verir;
- Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir;
- Müştərilərin şəxsi məlumatı ilə bağlı ciddi məxfiliyə riayət edir;
- Sektor müdirinin tabeçiliyində olan işçilərə rəhbərlik edir, onların arasında iş yükünü səmərəli paylaşdırır;
- Tabeçiliyində olan işçilərin fəaliyyətini bir başa rəhbərin nəzarəti altında qiymətləndirir və zəruri hallarda Kadrların İnkişafı və Qiymətləndirməsi Şöbəsi ilə birgə onlar üçün Fərdi İnkişaf Planı hazırlayır;
- Tabeçiliyində olan “İşçiləri” tərəfindən öz vəzifə öhdəlikləri və daxili əmək intizamı qaydalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər görür;
- Departamentin digər struktur bölmələri ilə birgə fəaliyyət göstərir;
- Yetkinlikləri və səlahiyyətləri çərçivəsində yeni (öz sahasinə aid) Qaydaların, Prosseslərin, Prosedurların, Daxili normativ aktların tərtibatında iştirak edir;
Kvalifikasiya üzrə tələblər:
- Ali Təhsilli;
- Korporativ Satış sahasində minimum 3 il təcrübəsi olmalıdır;
- İT/ Telekom sahəsində təcrübə arzuolunandı;
- Rəhbərlik üzrə minimum 1 il əmək stajına malik olmalıdır;
- Müasir Telekommunikasiya trendlərini bilməlidir;
- Azərbaycan, Rus və İngilis dillərini mükəmməl bilməlidır;
- Kreativ və yeni texnologiyalara dair qabaqcıl satış təcrübələrinin tədqiqat aparılması bacarığına malik olmalıdır;
- Biznes və maliyyə üzrə anlayışı olmalıdır;
- Müxtəlif növ hesabatların fərqli formatlarda təqdim etmə bacarığına malik olmalıdır;
- Öz sahəsi üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə malik olmalıdır;
- Azərbaycan Respublikasının Konstitusiyası üzrə baza biliklərə malik olmalıdır;
- Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməlidir;
- Peşəkar ünsiyyət psixologiyasını bilməlidir;
- Kompyuter bilikləri: MS Office programlarını mükəmməl bilməlidir;
- Korporativ İdarəetmə sisteminin əsaslarını və Korporativ Mədəniyyətin əsaslarını bilməlidir.
Bacarıqlar:
- İdarəetmə;
- İşgüzar yazışma;
- Qərarvermə;
- Analitik düşüncə;
- Mükəmməl ünsiyyət;
- Təşəbbüskar və yaradıcı olması;
- Liderlik;
- Stresə davamlı;
- Təşkilatçılıq və təqdimat bacarıqlarına malik olmalı;
İş şəraiti:
- Həftədə 5 iş günü, 2 gün istirahət;
- İş saatları 09.00-18.00
- iş yeri: Baş ofis, Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Korporativ seqment üzrə satış sektorunun müdiri” vakansiya adını qeyd etməkləelektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi 12.04.2023.
Əmək haqqı və mükafatlandırma üzrə mütəxəssis
Son tarix 21 apr 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Ümumi mükafatlandırma ilə bağlı proqramların müəssisənin büdcəsi daxilində mövcud ÜM siyasətinə və qanunvericiliyə uyğun olaraq idarə edilməsi;
- Grading (əmək haqqı dərəcələndirilməsi) sisteminin müəssisənin tətbiqi, idarə edilməsi;
- İşə qəbul, vəzifə dəyişikliyi, vəzifə öhdəliklərinin dəyişməsi və digər hallarda əmək haqqı təyin edilməsinin üçün məlumatların təqdim edilməsi, təkliflərin verilməsi;
- İllik Əmək haqqı gözdən keçirilməsi prosesi üçün əlaqəli məlumatların hazırlanması;
- Mükafatlandırma paketinin idarə edilməsi;
- Əmək haqqı sorğularında iştirak üçün əlaqəli hesabatların hazırlanması, vəzifə uyğunluğunun tətbiq edilməsi. Mövcud əmək haqqı və imtiyazların bazar araşdırması ilə müqayisəli analizı
- ERP sistemləri üzrə Əmək haqq və imtiyazlarla əlaqədar verilənlərin idarə edilməsi və hesabatların yaradılması ;
- İşçi xərcləri büdcəsinin hazırlanması üçün məlumatların təqdim edilməsi;
- Əmək haqqı, Mükafarlandırma proqramlarına aid məktubların cavablandırılması;
- ÜM sisteminə aid uyğun hesabatların hazırlanması
Kvalifikasiya üzrə tələblər:
- Ali Təhsilli;
- Əmək məcəlləsi bilkləri;
- MS Office Proqramlarının biliyi; Xüsusi ilə Excell advance səviyyədə;
- Dil bilikləri (Azərbaycan, Rus, İngilis)
Bacarıqlar:
- İdarəetmə;
- İşgüzar yazışma;
- Qərarvermə;
- Analitik düşüncə;
- Mükəmməl ünsiyyət;
- Təşəbbüskar və yaradıcı olması;
- Stresə davamlı;
- Təşkilatçılıq və təqdimat bacarıqlarına malik olmalı;
İş şəraiti:
- Həftədə 5 iş günü, 2 gün istirahət;
- İş saatları 09.00-18.00
- iş yeri: Baş ofis, Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Əmək haqqı və mükafatlandırma üzrə mütəxəssis” vakansiya adını qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi 20.04.2023.