Aztelekom
Korporativ şəbəkə və telefoniya sektorunun mütəxəssisi
Son tarix 21 mar 2025 - Müraciət et
Təsvir
- Şəbəkənin işinin daimi monitorinqi, analitikasinın izləməsi və problemlərin aradan qaldırması
- Insidentlərin aşkar edilməsi və qarşısının alınması
- Fərqli mənbələrdən gələn məlumatların analiz edilməsi
- İnsidentlərin prioritetinin müəyyənləşdirilməsi
- Mütəmadi olaraq şəbəkə üzrə trafikə nəzarət edilməlidir
- Firewall, WAF, DDoS Detectors və s. alətlər vasitəsilə informasiya təhlükəsizliyi təşklinə nəzarət
- Yeni şəbəkə texnologiyaları və trendləri haqqında məlumat əldə etmə və tətbiq etmə
- Mövcud ve yeni qoşulan avadanlıqlarının monitorinq mərkəzində qeydiyyatının aparılmasına nəzarət etməlidir
Tələblər
- Ali Təhsil (İnformasiya Texnologiyaları və ya İnformasiya/Tətbiqi Riyaziyyat/Kibernetika/Kompüter Elmləri), magistr dərəcəsinə üstünlük veriləcək
- Müxtəlif şəbəkə avadanlıqları ilə iş təcrübəsi (Cisco, Juniper, Huawei, Mikrotik)
- İnfrastruktur servislərinin (AD, DNS, DHCP, virtualizasiya və s.) iş prinsipləri, mexanizmləri və təhlükəsizliyi üzrə biliklər
- Şəbəkə kommunikasiya protokollarını, Ethernet/IP texnologiyaları əsasında kommutasiya edilmiş və marşrutlaşdırılmış rabitə şəbəkələrinin iş prinsiplərini üzrə biliklər
- Şəbəkə Təhlükəsizliyi sistemləri ilə tanış olmaqı - NGFW(FortiNET, PaloAlto, netscout ve s.), DDoS Detectors
- Logların idarə edilməsi,təhlili və təhlükəsizlik insidentlərinin nəzərdən keçirilməsi təcrübəsi
- Şəbəkə texnologiyaları (WAN, SD-WAN, LAN, VPN, Wi-Fi, HopSpot, VoIP və s.) üzrə təcrübə
- Wi-Fi standartları (802.11a/b/g/n/ac/ax) və simsiz şəbəkələrdə istifadə olunan aparat və proqram təminatı haqqında anlayışı (AP, Wireless Access Controller ve s.)
- VoIP Asterisk, Yealink\Yeastar və bu kimi telefoniya sistemləri üzrə biliklər
- Rabitə şəbəkələrinin iş prinsipləri və arxitekturasının tətbiqi üzrə bilik və təcrübə
- Analitik düşüncəyə sahib olma
- İnformasiya texnologiyaları sahəsində ən azı 1 (bir) il profesional iş təcrübəsi olmalı
Vakansiya haqqında
- Son tarix aprel 2, 2025
- Vakansiya növü Tam ştat
ERP və biznes prosesləri üzrə menecer
Son tarix 21 mar 2025 Müraciət et
Təsvir
- SAP modullarına və standartlarına hakim olmaq, SAP sistemlərinin funksionallığını və tətbiqini yaxşı başa düşmək.
- SAP layihələrinin bütün mərhələlərində, planlaşdırmadan həyata keçirilməyə qədər olan bütün proseslərdə iştirak etmək.
- Layihənin büdcəsini izləmək, resursların düzgün istifadəsini təmin etmək və maliyyə resurslarının effektiv idarə olunması.
- Biznesin ehtiyaclarını qarşılamaq və səmərəliliyini artırmaq üçün yenilikçi həllər irəli sürmək və strateji məqsədlərə uyğun yeni texnologiyalar tətbiq edərək prosesləri optimallaşdırmaq.
- Şirkətin sahib olduğu SAP tətbiq və infrastrukturunu nəzərə alaraq, gərəkli proseslərin incələnərək sənədləşdirilməsi.
- Biznes prosesinin təkmilləşdirilməsi təşəbbüslərinin həyata keçirilməsi mərhələləri ilə bağlı bütün aspektlərə nəzarət edilməsi.
- Təşkilatda mövcud olan hər hansı prosesin xəritəsini hazırlanması və biznes prosesini təkmilləşdirmək üçün yenilərinin tərtib edilməsi.
- ERP tələblərini müəyyən etmək üçün biznes bölmələri ilə məsləhətləşmək.
- ERP proqram/proqramlarının quraşdırılması və inteqrasiyası.
- Düzgün biznes həlləri və dəqiq nəticələrlə təmin etmək üçün ERP sisteminin yenilənməsi və idarə edilməsi.
- SAP sisteminə nəzarəti həyata keçirmək və uyğunsuzluqları vaxtı vaxtında rəhbər heyətlə bölüşmək.
- Xarici məsləhətçilərlə sıx əlaqəda olmaq və sistemdə ehtiyac olan dəyişiliklərin düzgün və vaxtında icrasını həyata keçirmək.
- Mühasibatlıq və Hesabatlılıq şöbəsi tərəfindən tələb olunan hesabatların hazırlanması.
- Hesabatlılıq üzrə avtomatlaşdırma işlərinin həyata keçirilməsi.
- MM, Fİ və HR Modullarının funksiyanallığına və online rejimdə işləməsinə nəzarət edilməsi.
- Yeni modulların ( CO, FM və.s) tətbiqinə tələb olan ehtiyacların müəyyən olunması və ehtiyac olduqda tətbiqə başlanılması.
Tələblər
- Ali təhsil (Biznes administrasiyası, İT və ya Maliyyə sahəsi üzrə).
- SAP layihələrinin tətbiqində ən az 3 il iş təcrübəsi, SAP sistemlərinin tətbiqi və idarə edilməsi sahəsində geniş bilik və bacarıqlara sahib olmaq.
- Komanda ilə effektiv işləmə, tapşırıqları düzgün planlaşdırma, hesabatlar hazırlama və təyin edilmiş deadline-lara riayət etmə bacarıqları.
- Tərəfdaşlarla mükəmməl ünsiyyət qurma bacarığı, layihə ilə bağlı məlumatları aydın və dəqiq çatdırmaq.
- Peşəkar şifahi və yazılı ünsiyyət bacarığı.
- Azərbaycan dilini sərbəst bilməli (ingilis və rus dillərini bilməsi arzu olunandır).
- Kompyuter bilikləri üzrə: MS Office və Outlook proqramları üzrə sərbəst işləmə bacarığına malik olmalıdır.
- Analitik düşünmə qabiliyyəti.
- Problemi həll etmək bacarığı.
- Struktur bölmələri ilə əməkdaşlıq etmə bacarığı.
- Müasir texnologiyalar və trendlərdən xəbərdar olmalı.
Vakansiya haqqında
- Son tarix mart 15, 2025
- Vakansiya növü Tam ştat
Hüquqşünas (Şirvan)
Son tarix 21 mar 2025 - Müraciət et
Təsvir
- Öz fəaliyyətini Azərbaycan Respublikasının mövcud maddi və prosessual qanunvericiliyinə, eyni zamanda daxili normativ sənədlərə əsasən və yenilikləri nəzərə almaqla aparmaq.
- Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək.
- Səlahiyyətləri çərçivəsində yeni (öz sahəsinə aid) qaydaların, prosedurların və digər daxili normativ sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək.
- Şöbəyə daxil olan ərizə, şikayət və tapşırıqları araşdıraraq, keyfiyyətlə icra etmək.
- İşəgötürənin digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət göstərmək.
- Dövlət orqanlarında şirkəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq.
- Şirkətin tərəf olduğu məhkəmə mübahisələrində iştirak etməklə, ona verilmiş səlahiyyətlər çərçivəsində şirkətin qanuni maraqlarının müdafiəsini təmin etmək.
- İddia ərizələri, vəsatətlər və apelyasiya şikayətləri hazırlamaq.
- Şirkətə ziyan dəyməsi hallarında təxirəsalınmaz hüquqi tədbirlər həyata keçirmək.
- Vurulmuş zərərin ödətdirilməsi (kompensasiya edilməsi) istiqamətində hüquqi tədbirlər görmək.
- Birbaşa rəhbərinin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək.
Tələblər
- Ali hüquq təhsili;
- Hüquqi mübahisələr sahəsində minimum 2 (iki) il iş təcrübəsinə malik olmaq.
- Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək, İnzibati Xətalar Məcəlləsini, Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununu bilmək.
- İşgüzar yazışma əsaslarını bilmək.
- Peşəkar ünsiyyət psixologiyasını bilmək.
- Korporativ idarəetmə sisteminin əsaslarını və etik davranış qaydalarını bilmək;
- Sahəsinə aid olan sənədləri tərtib edə bilmək.
- Azərbaycan dilini sərbəst bilmək (ingilis və rus dili arzuolunandır).