Aztelekom
Rəqəmsal reklam üzrə aparıcı mütəxəssis
Son tarix 25 may 2024 - Müraciət et
Təsvir:
- Rəqəmsal reklam kampaniyalarını planlaşdırmaq, optimallaşdırmaq və həyata keçirmək
- Biznesin tələblərinə uyğun olaraq saytın kontentini yeniləmək
- Veb saytın texniki təhlili, rəqabət / açar sözlərin (keyword) araşdırılması və link təhlili də daxil olmaqla məlumatların toplanmasını həyata keçirmək (SEO)
- Displey banner reklamlarının yaradılmasını və effektiv nəticə verməsini koordinasiya etmək
- Rəqəmsal, kreativ və media agentliklərinin işini koordinasiya etmək
- Bütün rəqəmsal reklam kampaniyalarının fəaliyyətini ölçmək, hesabat hazırlmaq və hədəflərə əsasən onları qiymətləndirmək (ROI/KPI və s.)
- Komandanın digər üzvləri ilə sıx ünsiyyətdə olmaq və “brainstorminq”-lərdə iştirak etmək
- Yeni web-sayt yaradılması prosesini idarə etmək
- Şirkətin rəqəmsal reklam üzrə strategiyasını hazırlamaq
- Şirkətin sosial media hesablarını idarə etmək, kontentin yaradılmasında birbaşa iştirak edib həllər təklif etmək
Tələblər:
- Biznes, Marketinq, Kommersiya sahələrindən biri üzrə ali təhsil
- Rəqəmsal marketinq üzrə ən azı 3 il iş təcrübəsi (Telekommunikasiya və reklam agentliyi üzrə iş təcrübəsi üstünlük hesab olunur)
- A/B və çoxşaxəli testlərin (A/B və MVT testing) aparılmasında təcrübə
- Google Ads (GDN, Search, YouTube ads etc), Yandex Direct və digər reklam platformalarında kampaniyalarının yaradılması və optimallaşdırılması üzrə təcrübə
- Azərbaycan və İngilis dili (Rus dilini bilmək üstünlük hesab olunur)
- Güclü analitik bacarıqlar və təhlillərə əsaslanan düşüncə tərzi
- E-mail marketinqin aparılması üzrə təcrübə
- Müasir rəqəmsal texnologiyalar haqqında məlumatlı olmaq və onlayn araşdırma aparma bacarığı
- Vebsayt analitikası üçün alətlər (məsələn, Google Analytics, Yandex Metrica, Data Studio) üzrə biliklər
- Tapşırıqların idarə olunması üzrə alət və proqramlardan istifadə (Trello)
- Böyük müştəri bazası ilə işləmə;
- Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı
- Partnyorlar ilə əməkdaşlıq etmə bacarığı
- Təşəbbüskarlıq və yaradıcılıq
- Agile iş şəraitində təcrübəyə üstünlük verilir
Brend və reklam üzrə aparıcı mütəxəssis
Son tarix 25 may 2024 - Müraciət et
Təsvir:
- Şirkət üçün yeni marketinq imkanlarını, kanallarını müəyyənləşdirmək və reklam təşəbbüslərini həyata keçirmək
- Yeni məhsullar üçün marketinq ünsiyyət planlarını yaratmaq və həyata keçirmək: məhsul mövqeyinin, adlandırılmasının, mesajının və uyğun reklam materiallarının yaradılmasını idarə etmək
- Şirkət məhsulları və təkliflərini hədəf auditoriyasına təqdim etmək üçün müəyyən edilmiş müddət ərzində marketinq ünsiyyət materiallarını hazırlamaq və fərqli kampaniyalar üçün tədbirlər təşkil etmək
- Kampaniyaların effektivliyini ölçmək və hədəfləri təyin etmək
- Məlumatların brend qaydalarına uyğun olmasını və hər yerdə eyni üslubda təqdim olunmasını təmin etmək
- Reklam materialları üçün cəlbedici və təsirli reklam mətnlərini səhvsiz, aydın və qısa şəkildə Azərbaycan, İngilis və Rus dillərində yaratmaq
- Layihə çərçivəsində müvafiq istiqamətləri müəyyən etmək üçün dəqiq və aydın briflər hazırlamaq
- İstənilən nəticələrə nail olmaq üçün agentliklər, tərəfdaşlar, daxili maraqlı tərəflərlə səmərəli əməkdaşlıq etmək
- Tərəfdaş şirkətlərə ödənişlərin vaxtında həyata keçirilməsini idarə etmək
- OOH, SM və digər kanallarda məlumatların günlük, aylıq və rüblük monitorinqini həyata keçirmək
Tələblər:
- Biznes, Maliyyə, Marketinq, Kommersiya sahələrindən biri üzrə ali təhsil
- Brend və ya reklam işi sahəsində ən azı 3 il iş təcrübəsi (Telekommunikasiya və reklam agentliyi üzrə iş təcrübəsi üstünlük hesab olunur)
- Azərbaycan, Rus və İngilis dili mükəmməl səviyyədə (mətnlərin hər 3 dildə yaradılması vacib olduğundan, dil bilikləri olan namizədlərə üstünlük veriləcəkdir)
- MS Office proqramları üzrə biliklər
- Kopiraytinq (uyğun mətnlərin yığılması) bacarığı
- Vendorlarla işləmə bacarığı
- Təşkilatçılıq bacarığı
- Vaxtın düzgün idarə olunması bacarığı
- Eyni vaxtda müxtəlif tapşırıqları yerinə yetirmə qabiliyyəti
- Təzyiq altında işləmə bacarığı
- Tapşırıqların idarə olunması üzrə alət və proqramlardan istifadə (Trello);
- Böyük müştəri bazası ilə işləmə
- Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı
- Partnyorlar ilə əməkdaşlıq etmə bacarığı
- Təşəbbüskarlıq və yaradıcılıq
- Yeni trendlərdən xəbərdar olmaq
- Agile iş şəraitində təcrübəyə üstünlük verilir
Rəqəmsal reklam üzrə mütəxəssis
Son tarix 25 may 2024 Müraciət et
Təsvir:
- Rəqəmsal reklam kampaniyalarını planlaşdırmaq, optimallaşdırmaq və həyata keçirmək
- Biznesin tələblərinə uyğun olaraq saytın kontentini yeniləmək
- Veb saytın texniki təhlili, rəqabət / açar sözlərin (keyword) araşdırılması və link təhlili də daxil olmaqla məlumatların toplanmasını həyata keçirmək (SEO)
- Displey banner reklamlarının yaradılmasını və effektiv nəticə verməsini koordinasiya etmək
- Rəqəmsal, kreativ və media agentliklərinin işini koordinasiya etmək
- Bütün rəqəmsal reklam kampaniyalarının fəaliyyətini ölçmək, hesabat hazırlmaq və hədəflərə əsasən onları qiymətləndirmək (ROI/KPI və s.)
- Komandanın digər üzvləri ilə sıx ünsiyyətdə olmaq və “brainstorminq”-lərdə iştirak etmək
Tələblər:
- Ali təhsil
- Rəqəmsal marketinq üzrə ən azı 2 il iş təcrübəsi (Telekommunikasiya və reklam agentliyi üzrə iş təcrübəsi üstünlük hesab olunur)
- MS Office proqramları üzrə biliklər
- Google (Ads, Analytics, YouTube, Data Studio etc.) HubSpot, Yandex (Direct, Metrica), CDMP (Certified Digital Marketing Professional), Facebook BluePrint və s., üzrə sertifikatlar
- Azərbaycan və İngilis dili (Rus dilini bilmək üstünlük hesab olunur)
- Tapşırıqların idarə olunması üzrə alət və proqramlardan istifadə (Trello)
- Böyük müştəri bazası ilə işləmə
- Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı
- Partnyorlar ilə əməkdaşlıq etmə bacarığı
- Təşəbbüskarlıq və yaradıcılıq
- Komandada işləmək bacarığı
- Nəticəyə və müştəriyə yönümlülük