Aztelekom
Hüquqşünas (Qaradağ rayonu, Lökbatan qəsəbəsi)
Son tarix 23 mar 2024 - Müraciət et
Təsvir:
- Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək, hüquqi təhlil işini icra etmək;
- Dövlət orqanlarında şirkəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq;
- Filialın struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar yarana biləcək hüquqi mübahisələrin tənzimlənməsi, mənafelərinin məhkəmələrdə və digər dövlət orqanlarında, eyni zamanda fiziki və hüquqi şəxslərə qarşı hüquqi müdafiəsini təmin edir;
- Şirkətin tərəf olduğu məhkəmə mübahisələrində iştirak etməklə, ona verilmiş səlahiyyətlər çərçivəsində şirkətin qanuni maraqlarının etibarlı müdafiəsini təmin edir;
- Rabitə xətlərinin və avadanlıqlarının mühafizəsi qaydalarının pozulması hallarında təxirəsalınmaz hüquqi tədbirlər həyata keçirmək, cinayət xarakterli olduğu halda cinayət işlərinin qaldırılmasını və aparılan cinayət işlərinin təqib edilməsini təmin edir, o cümlədən məhkəmələrdə şirkətin maraqları naminə iddialar qaldırır və onların şirkətin lehinə təmin edilməsi üçün vicdanlı və məsuliyyətlə çalışır;
- Mütəmadi olaraq rabitə xətt qurğularının zədələnməsinə qarşı görülən hüquqi tədbirləri təhlil edir, nəticəsi barədə rəhbərliyə məlumatlar hazırlayır, vurulmuş zərərin ödətdirilməsi (kompensasiya edilməsi) istiqamətində hüquqi tədbirlər görür;
- Şirkətin göstərmiş olduğu xidmətlər nəticəsində vaxtında icra edilməmiş öhdəliklərin yerinə yetirilməsi istiqamətində hüquqi tədbirləri həyata keçirir;
- Rabitə qaydaları əleyhinə olan inzibati hüquq pozmalara dair görülmüş işləri mütamadi olaraq təhlil edir, nəticələri barədə rəhbərliyə arayış hazırlayır. İnzibati xətalar üzrə çıxarılmış qərarların icrası üçün tədbirlər görür;
- Filialdaxili sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək, hüquqi rəy üçün daxil olan daxili normativ sənəd və müqavilə layihələrinə rəy vermək;
- İdarəetmə orqanlarının qərarlarının icrasına nəzarət etmək;
- İnzibati xəta üzrə və ya cinayət işləri üzrə şirkəti təmsil etmək;
- Birbaşa rəhbərinin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək.
Tələblər:
- Ali hüquq təhsili olmalı;
- Hüquq sahəsi üzrə ən azı 2 (iki) il iş təcrübəsinə malik olmalı;
- Məhkəmə və icra orqanları ilə iş üzrə təcrübəsi olmalı;
- Normativ-hüquqi aktlarla və onların tətbiqi qaydaları ilə iş təcrübəsi olmalı;
- Şirkətdaxili normativ sənədlərin, prosedurların tərtib edilməsi təcrübəsi olmalı;
- Korporativ idarəetmə sənədləri ilə iş təcrübəsi olmalı;
- Yerli və xarici tərəfdaşlarla müqavilələrlə iş təcrübəsi olmalı;
- Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli;
- Hüquqi nitq və yazışma qabiliyyəti olmalı;
- Azərbaycan dilini sərbəst bilməli, ingilis və rus dillərini bilməsi arzuolunandır;
- Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməli;
Anbardar (Quba, Lerik, Beyləqan, Salyan, Neftçala)
Son tarix 23 mar 2024 Müraciət et
Təsvir:
- Anbarlarda olan malların təhlükəsizlik qaydalarına, saxlanılma şərtlərinə, sənədləşdirmə normativlərinə əməl edilməsi;
- Mədaxil-məxaric sənədlərinin dövriyyəsinə nəzarət olunması;
- Mal-material təhvil-təslimi qaydaları üzrə sənədləşmə prosesinə riayət olunması;
- Anbarda mal-materialların texniki xüsusiyyətinə, saxlanma, yığılma şərtlərinə və yerləşdirmə qaydalarına uyğun olaraq yığılmasının və yerləşdirilməsinin təmin edilməsi;
- Təhlükəsizlik texnikasına və əməyin mühafizəsi qaydalarına riayət edilməsi;
- Anbarın səliqə və təmizliyinin təmin edilməsi;
- Məhsulların yüklənmə və boşladılması işlərinin təşkil olunması;
- Mal və materialların inventarizasiyasının təlimatlara uyğun təşkil edilməsi və prosesdə iştirak edilməsi;
- Anbara aid müvafiq hesabatların hazırlanması və aidiyyəti rəhbərə verilməsi;
- Mərkəzi anbardan göndərilən mal-materialların tamlığının, kəmiyyətinin, sifarişlə eyniliyinin yoxlanılması və şərtlərə uyğun olmadıqda müvafiq prosedurların həyata keçirilməsi.
Tələblər:
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (Rabitə və Telekommunikasiya sahəsində iş təcrübəsinin olması üstünlükdür)
- Təhsil: Ali və ya orta ixtisas
- Dil bilikləri: Azərbaycan dili-əla,Rus dili arzuolunandır
- MS Office (Word, Excel, Outlook) proqramlarını bilməlidir
- Komandada işləmə bacarığı
- Şifahi və yazılı ünsiyyət bacarığı
İnformasiya təhlükəsizliyi üzrə baş mütəxəssis
Son tarix 22 mar 2024 Müraciət et
Təsvir:
- Şəbəkə infrastrukturunun təhlükəsizliyinin təmin olunması
- İT risklərinin qiymətləndirilməsi istiqamətində əməliyyatların aparılması
- Mövcud siyasət prosedur və standartların tətbiq edilməsinə nəzarət edilməsi
- Şəbəkə təhlükəsizliyi avadanlıqlarının və sistemlərinin sazlanması və idarə olunması
- Şəbəkə təhlükəsizliyinə dair sənədləşmə və sənədlərin yenilənməsi
- Şəbəkə təhlükəsizliyi avadanlıqlarının və sistemlərinin monitorinqi
- Şəbəkə təhlükəsizliyi avadanlıqlarında və sistemlərində optimizasiya işlərinin aparılması
- Şəbəkə infrastrukturunda və server ƏS zəifliklərinin aşkar edilməsi
- Şəbəkə infrastrukturunda yaranan boşluqların aradan qaldırılmasının həyata keçirilməsində iştirak etmək
- Şəbəkə təhlükəsizliyi avadanlıqlarının və sistemlərinin ƏS versiyalarının vaxtı vaxtında yenilənməsi
- Gündəlik gələn sorğuların araşdırılması və həll edilməsi
- Yeni qurulacaq sistemlərin sazlanmasında və mövcud sistemlərin miqrasiyasında iştirak etmək
- Mövcud “NGFW Firewall”, “Web Application Firewall”, IPS, EDR/XDR sistemlərinin administrasiyası
- Email təhlükəsizliyi sisteminin administrasiyası
- VPN rabitəsinin qurulması və təhlükəsizliyin texniki sahəsi üzrə tapşırıqların icrası
Tələblər:
- İnformasiya texnologiyaları və ya İnformasiya təhlükəsizliyi sahəsi üzrə ali təhsil
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- Yeni nəsil firewall-lar (NGFW) barədə biliklər
- Anti-virus, Anti-Malware sistemləri barədə biliklər
- Vulnerability scanning proqramı üzrə biliklər
- Penetration testing barədə biliklər
- Müdaxilələrin qarşısının alınması sistemləri (IPS) üzrə biliklər
- 2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyi barədə biliklər
- Email təhlükəsizliyi, monitorinq sistemi və VPN texnologiyaları üzrə biliklər
- İnformasiya təhlükəsizliyi standartları haqqında biliklər (ISO/IEC 27001, NIST, PCI-DSS və s.)
- Azərbaycan dili-əla,İngilis dili-əla
- Şifahi və yazılı ünsiyyət bacarığı