Aztelekom
Satış üzrə mütəxəssis (Fiziki şəxslərə satış)
Son tarix 14 avq 2023 Müraciət et
Təsvir:
- Cəmiyyət tərəfindən təqdim olunan xidmətlərin və məhsulların satışını həyata keçirmək
- Müştərilərlə mütəmadi olaraq görüşlər keçirmək (səyyar satış),
- Mövcud və potensial müştərilərə şirkətin məhsul, xidmətlərini təqdim etmək və xidməti ərazilərdə birbaşa satışını icra etmək;
- Xidmətlərin mövcud olduğu ərazilərdə reklam materialları təqdim etməklə və qapıdan-qapıya ünsiyyət vasitəsi ilə məhsul və xidmətlərin satışını aparmaq;
- Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatları hazırlamaq;
- Səyyar satış və alternativ satış kanalları icra etmək;
- Korporativ xidmətlərin satışlarını təmin etmək;
- Aylıq plana uyğun olaraq təyin edilən satış hədəfləri üzrə tələb olunan nəticəyə nail olmaq
- Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatları hazırlamaq;
- Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək.
Tələblər:
- Orta və ya ali təhsilli olmalıdır;
- Satış sahəsində təcrübəyə malik olmalıdır (ən azı 1il);
- Azərbaycan dilini mükəmməl bilməlidir, rus və ingilis dili arzuolunandır;
- Ünsiyyət bacarığı yüksək olmalıdır;
- Stressə davamlı olmalıdır;
- Müştərinin tələblərini diqqət mərkəzində saxlamalıdır;
- Yüksək templi mühitlərdə çalışmağı bacarmalıdır;
- Marketinq və Satışın əsasları ilə tanış olmalıdır;
- Satışa aid olan sənədləri tərtib etmə bacarığına malik olmalıdır;
- Kompüter bilikləri üzrə: MS Office (xüsusi ilə Excel) programlarını bilməlidir;
- İşgüzar yazışmanın əsaslarını bilməlidir;
- Korporativ İdarəetmə sisteminin və Korporativ Mədəniyyətin əsaslarını bilməlidir.
Sınaq üzrə mütəxəssis
Son tarix 13 avq 2023 Müraciət et
Təsvir:
- Sınaqlar üzrə mütəxəssis fəaliyətini Sınaq prosesinə, eyni zamanda Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzərə almaqla aparır;
- Bütün yeni və mövcud proqramların, xidmətlərin və cihazların keyfiyyətinə nəzarət etmək və yoxlamaq;
- Yeni və mövcud xidmətlər və tətbiqlər üçün ATP və UAT hazırlamaq və icra etmək;
- Məhsul tələblərini təhlil etmək, sınaq və istehsal mühitlərində tam dövr test ssenariləri və sınaq nümunələrini hazırlamaq və həyata keçirmək;
- Test nəticələrini və məhsulun vəziyyətini göstərən test hesabatları yaratmaq;
- Vendor və Aztelekom proqram təminatı tərtibatçıları və mühəndisləri ilə sıx əməkdaşlıq etmək və proqram təminatının keyfiyyəti ilə bağlı rəy bildirmək;
- TM (Targeted Marketing) ssenariləri üçün avtomatlaşdırılmış testlər yaratmaq, idarə etmək və həyata keçirmək;
- Şəbəkə üzərindən məlumat mübadiləsinin aparılması, faylların emalı, daxil olan sorğuların cavablandırır;
Tələblər:
- Ali Təhsilli, Texniki sahəyə üstünlük verilir
- Məlumat bazasının ehtiyat nüsxəsinin çıxardılması, yoxlanılması üzrə iş bacarığı olmalıdır;
- Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədlərin hazırlanması üzrə iş təcrübəsi;
- İnformasiya Texnologiyaları üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədlərlə effektiv işləməyə bacarmalıdır;
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyini və Azərbaycan Respublikasının Konstitusiyası üzrə baza biliklərə malik olmalıdır.
- İşgüzar yazışma qaydalarını bilməlidir;
- Azərbaycan və ingilis dili - yüksək səviyyədə, Rus dili biliyi üstünlükdür;
- Microsoft Office proqramları üzrə qabaqcıl biliklər;
- Keyfiyyətin İdarə Edilməsi Metodologiyaları haqqında biliklər;
- Sınaq sənədlərinin işlənməsi üzrə biliklər;
- SQL baza bilikləri;
- Test və keyfiyyət təminatı sahəsində təcrübəyə üstünlük verilir;
- Müştəri Xidmətləri, Billing və OSS proqramları üzrə əsas biliklərə üstünlük verilir;
- HTML,UNIX/Linux üzrə biliklər, PL/SQL Proqramlaşdırma biliklərinə üstünlük verilir;