Aztelekom
Enerji sistemləri üzrə texniki dəstək sektoru üzrə mütəxəssis
Son tarix 16 iyl 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Dizel-generator şəbəkəsində istismarda olan avadanlıqların dayanıqlı və keyfiyyətli işini, texniki göstəricilərin normadan kənara çıxmamasını təmin edir.
- Yeni generatorların alınaraq quraşdırılması ilə əlaqəli layihələrinin təminində iştirak (quraşdırma və qəbul prosesində) edir;
- Generator giriş və çıxış elektrik, siqnal xətləri, AVR sistemlərinin yenilənməsi, istismarı, təmiri;
- Müxtəlif tipli, texniki parametrə malik olan akkumulyatorların istismarında iştirak etmək;
- Müxtəlif tipli, texniki parametrə malik olan AC 380V/220V-DC48V düzləndiricilər - İstismarı, proflaktikası, təmiri.
- Elektrik enerji işlədici avadanlıqların yerlə birləşmə durumunun yoxlanılması, ölçulməsi və problemlərin aradan qaldırılmasının koordinasiyası, icrası;
- Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.
Kvalifikasiya üzrə tələblər:
- Ali, orta texniki və ya energetika üzrə peşə təhsilli
- Energetika sahəsində ən azı 3 (üç) il iş təcrübəsi olmalıdır;
- Dizel-generator sistemlərinin istismar qaydalarını, profilaktika işlərinin aparılmasını, baş vermiş nasazlıqların aradan qaldırılması üçün mövcud istismar təlimatlarını mükəmməl bilməlidir;
- Kompüter bilikləri üzrə: MS Office və Outlook proqramlarında işləməyi bacarmalıdır;
- “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”, “Elektrik və istilik qurğularının texniki istismar Qaydaları”, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası” qaydalarını bilməlidir;
- Elektrik təhlükəsizliyi üzrə 3-cü qrupa malik olmalıdır;
İş şəraiti:
- İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək (qəza halları zamanı 7 gün/24 saat iş zamanına uyğun fəaliyyətinin təmini (əmək qanunvericiliyə uyğun olunmaqla iş saatlarının əvəz olunması və s. təmin edilməklə);
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Enerji sistemləri üzrə texniki dəstək sektoru üzrə Mütəxəssis” vakansiya adını qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi 15.07.2023.
Qrafik dizayner
Son tarix 16 iyl 2023 [email protected]
Əsas vəzifə və öhdəlikləri:
- Kreativ briflərə əsasən biznesin tələblərinə uyğun dizayn konsepti hazırlamaq;
- Brendin vizual tətbiq prinsiplərinə görə məsuliyyət daşımaq və qeyd olunan prinsiplərin bütün dizayn və qrafika işlərində tətbiq olunmasını təmin etmək;
- Reklam materiallarını (küçə reklamları, mətbuat, sosial media, çap faylları, web-sayt üçün şəkillər və s.) hazırlamaq, reklam daşıyıcılarına uyğun olaraq ölçüləri dəyişdirmək və tətbiq etmək;
- Veb-sayt dizaynı üzərində lazım ola biləcək dəyişiklikləri həyata keçirmək;
- Müəyyən olunmuş vaxt çərçivəsində layihələri təhvil vermək;
Kvalifakasiya üzrə tələblər və bacarıqlar:
- Uyğun sahə üzrə təhsil;
- Qrafik dizayn sahəsində ən azı 3 il iş təcrübəsi;
- Adobe Creative Cloud (Photoshop, Illustrator etc.);
- CorelDraw proqramlarını bilmək (Sketch bilikləri üstünlük hesab olunur);
- Azərbaycan (Rus və İngilis dilləri üstünlük hesab edilir);
- Vaxtın düzgün idarə olunması bacarığı;
- Detallara yönümlülü;
- Nəticə yönümlülü
- Stresə davamlı,
- Təşəbbüskar və yaradıcıl
- Yeni trendlərdən xəbərdar olmaq
İş haqqında məlumat:
- 5 günlük iş rejimi (bazar ertəsi - cümə)
- iş vaxtı: 09:00 - 18:00
- iş yeri: Baş ofis, Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Mütəxəssis/Qrafik dizayner” vakansiya adını və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi 15.07.2023.