Korporativ hüquqi tənzimləmə şöbəsində baş hüquqşünas
Son tarix 13 may 2023 [email protected]
Əsas vəzifə və öhdəliklər:
-
Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək, hüquqi təhlil işini icra etmək;
-
Cəmiyyətdaxili əmr, təlimat, qayda, prosedur və prosesləri tərtib etmək, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
-
Dövlət orqanlarında Cəmiyyəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq;
-
Hüquqi rəy üçün daxil olan daxili normativ sənəd və müqavilə layihələrinə rəy vermək;
-
İcrası planlaşdırılan kommersiya layihələrinin hüquqi ekspertizasını həyata keçirmək;
-
İdarəetmə orqanlarının qərarlarının icrasına nəzarət etmək;
-
Cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək;
-
Cəmiyyətin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərmək;
-
İnzibati xəta üzrə və ya cinayət işləri üzrə Cəmiyyəti təmsil etmək;
-
Birbaşa rəhbərinin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək.
Tələblər:
-
Ali hüquq təhsili olmalı;
-
Korporativ hüquq sahəsi üzrə ən az 5 (beş) il iş təcrübəsinə malik olmalı;
-
Normativ-hüquqi aktlarla və onların tətbiqi qaydaları ilə iş təcrübəsi olmalı;
-
Şirkətdaxili normativ sənədlərin, prosedurların tərtib edilməsi təcrübəsi olmalı;
-
Korporativ idarəetmə sənədləri ilə iş təcrübəsi olmalı;
-
Yerli və xarici tərəfdaşlarla müqavilələrlə iş təcrübəsi olmalı;
-
Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli;
-
Hüquqi nitq və yazışma qabiliyyəti olmalı;
-
Azərbaycan dilini sərbəst, ingilis və rus dilini yüksək səviyyədə bilməli;
-
Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməli;
-
Yüksək ünsiyyət, komandada iş və analitik təhlil bacarıqlarına malik olmalı;
-
İşgüzar, təşəbbüsçü və məsuliyyətli olmalı.
İş haqqında məlumat:
-
5 günlük iş rejimi
-
iş vaxtı: 09:00 - 18:00
-
iş yeri: Baş ofis, Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Baş hüquqşünas” vakansiya adını və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 12.05.2023.
Marketinq üzrə baş mütəxəssis
Son tarix 13 may 2023 [email protected]
İş barədə məlumat:
-
Uzunmüddətli strategiya, büdcə planlaması və marketinq planının yaradılması prosesində iştirak etmək;
-
Brend və reklam işləri üzrə komandanı effektiv şəkildə idarə etmək;
-
Şirkət üçün yeni marketinq imkanlarını, kanallarını müəyyənləşdirmək və reklam təşəbbüslərini həyata keçirmək;
-
Yeni məhsullar üçün marketinq ünsiyyət planlarını yaratmaq və həyata keçirmək: məhsul mövqeyinin, adlandırılmasının, mesajının və uyğun reklam materiallarının yaradılmasını idarə etmək;
-
Şirkət məhsulları və təkliflərini hədəf auditoriyasına təqdim etmək üçün müəyyən edilmiş müddət ərzində marketinq ünsiyyət materiallarını hazırlamaq və fərqli kampaniyalar üçün tədbirlər təşkil etmək;
-
Kampaniyaların effektivliyini ölçmək və hədəfləri təyin etmək;
-
Məlumatların brend qaydalarına uyğun olmasını və hər yerdə eyni üslubda təqdim olunmasını təmin etmək;
-
Reklam materialları üçün cəlbedici və təsirli reklam mətnlərini səhvsiz, aydın və qısa şəkildə Azərbaycan, İngilis və Rus dillərində yaratmaq;
-
Layihə çərçivəsində müvafiq istiqamətləri müəyyən etmək üçün dəqiq və aydın briflər hazırlamaq;
-
İstənilən nəticələrə nail olmaq üçün agentliklər, tərəfdaşlar, daxili maraqlı tərəflərlə səmərəli əməkdaşlıq etmək;
-
Rəhbərlik tərəfindən həvalə olunan əlavə tapşırıqları yerinə yetirmək;
Tələblər:
-
Biznes/Marketinq/Kommersiya sahələrindən biri üzrə ali təhsil;
-
Brend və ya reklam işi sahəsində ən azı 5 il iş təcrübəsi (Telekommunikasiya və reklam agentliyi üzrə iş təcrübəsi üstünlük hesab olunur);
-
Yüksək səviyyədə Microsoft Office proqramlarında işləmək bacarığı;
-
Azərbaycan, Rus və İngilis dili mükəmməl səviyyədə (mətnlərin hər 3 dildə yaradılması vacib olduğundan, dil bilikləri olan namizədlərə üstünlük veriləcəkdir) ;
-
İdarəetmə və şifahi nitq qabiliyyətinə malik olmalı;
-
Analiz və təhlil bacarığı;
-
Problem həlli bacarıqları
Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Reklam və sosial media, baş mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi 12.05.2023.
Korporativ hüquqi tənzimləmə şöbəsində aparıcı hüquqşünas
Son tarix 13 may 2023 [email protected]
Əsas vəzifə və öhdəliklər:
-
Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək, hüquqi təhlil işini icra etmək;
-
Cəmiyyətdaxili əmr, təlimat, qayda, prosedur və prosesləri tərtib etmək, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
-
Dövlət orqanlarında Cəmiyyəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq;
-
Hüquqi rəy üçün daxil olan daxili normativ sənəd və müqavilə layihələrinə rəy vermək;
-
İcrası planlaşdırılan kommersiya layihələrinin hüquqi ekspertizasını həyata keçirmək;
-
İdarəetmə orqanlarının qərarlarının icrasına nəzarət etmək;
-
Cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək;
-
Cəmiyyətin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərmək;
-
İnzibati xəta üzrə və ya cinayət işləri üzrə Cəmiyyəti təmsil etmək;
-
Birbaşa rəhbərinin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək.
Tələblər:
-
Ali hüquq təhsili olmalı;
-
Korporativ hüquq sahəsi üzrə ən az 3 (üç) il iş təcrübəsinə malik olmalı;
-
Normativ-hüquqi aktlarla və onların tətbiqi qaydaları ilə iş təcrübəsi olmalı;
-
Şirkətdaxili normativ sənədlərin, prosedurların tərtib edilməsi təcrübəsi olmalı;
-
Korporativ idarəetmə sənədləri ilə iş təcrübəsi olmalı;
-
Yerli və xarici tərəfdaşlarla müqavilələrlə iş təcrübəsi olmalı;
-
Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli;
-
Hüquqi nitq və yazışma qabiliyyəti olmalı;
-
Azərbaycan dilini sərbəst, ingilis və rus dilini yüksək səviyyədə bilməli;
-
Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməli;
-
Yüksək ünsiyyət, komandada iş və analitik təhlil bacarıqlarına malik olmalı;
-
İşgüzar, təşəbbüsçü və məsuliyyətli olmalı.
İş haqqında məlumat:
-
5 günlük iş rejimi
-
iş vaxtı: 09:00 - 18:00
-
iş yeri: Baş ofis, Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Aparıcı hüquqşünas” vakansiya adını və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 12.05.2023.
Texniki layihələr üzrə aparıcı mütəxəssis
Son tarix 12 may 2023 [email protected]
Əsas vəzifə və öhdəlikləri:
-
Telekommunikasiya qurğularının təlimatlara uyğun eskiz və işçi layihələrini işləmək
-
Layihə üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında layihənin bütün mərhələlərinin detallı şəkildə smetasını tərtib etmək;
-
Müəyyən edilmiş vaxt ərzində layihənin təhvil verilməsi planını, iş qrafiklərini və tikinti-quraşdırma işlərini kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirmək;
-
Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət etmək;
-
Obyektin inşası üçün texniki sənədləşmənin əldə edilməsində iştirak etmək, lahiyələndirmə üçün tapşırıqları icra etmək, obyektin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması;
-
Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişiklikləri etmək;
-
Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planını hazırlamaq, layihə-axtarış işləri üzrə tapşırıqların icrası haqqında aylıq və illik hesabatları tərtib etmək.
-
Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin monitorinqinin aparılması;
-
Layihə-smeta sənədlərinin, iş həcmləri və spesifikasiyaların analiz edilməsi; Smeta hazırlanması
-
Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
-
Obyektə ilkin baxış və ölçu vərəqəsində qeyd etməklə ölçü işlərinin aparılması;
-
Müxtəlif təyinatlı obyektlərin kompleks layihələrinin memarlıq/Dizayn hissəsinin (bölməsinin) işlənib hazırlanması;
-
Şirkətə tələb olunan prezentasiya sənədlərini dizayn görüşünün hazırlanması və toplanması.
-
Sahədə təmir işlərinin icrasına nəzarət
-
Təmir-tikinti işlərinin icrasının layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr, və digər normativ sənədlərə uyğun təşkili
-
Sahədə təmir və quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasına nəzarət
-
Memarlıq və şəhərsalma üzrə konseptual layihələrdə iştirak etmək;
-
Memarlıq üzrə fərqli növ araşdırmalarda iştirak etmək
Kvalifikasiya üzrə tələblər:
-
Müasir tikinti norma və qaydalarını bilməli (AzDTN qaydaları əsasında);
-
İşçi layihə işləmə təcrübəsi olmalı;
Bacarıqlar:
-
AutoCAD, SketchUp, ArcMap, GİS, Google Earth pro
İş haqqında məlumat:
-
Ezamiyyə imkanları (zəruri hallarda)
-
5 günlük iş rejimi (bazar ertəsi - cümə)
-
iş vaxtı: 09:00 - 18:00
-
iş yeri: Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Texniki layihələr üzrə aparıcı mütəxəssis” vakansiya adını, CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 12.05.2023.
Aztelekom
Radio-baza və Transmissiya üzrə mühəndis
Son tarix 11 may 2023 - [email protected]
Əsas vəzifə və öhdəlikləri:
-
Radio-baza və Transmissiya üzrə mühəndis fəaliyətini, “Simsiz Şəbəkə avadanlıqlarının konfigurasiyaları, istismarı və optimizasiyaları təlimatına”, eyni zamanda Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparır;
-
Yetkinlikləri və səlahiyyətləri çərçivəsində yeni qaydaların, prosseslərin, prosedurların, daxili normativ aktların tərtibatında iştirak edir;
-
Radio-baza stansiyalarında , simsiz texnologiya avadanlıqlarında yaranmış nasazlıqların operativ sürətdə aradan qaldırılmasını təmin edir;
-
Radio-baza stansiyalarında texniki-istismar prosesləri təmin edir;
-
Antena-fider sistemlərin quraşdırılmasına köməklik göstərir və baza stansiya blokların yığılmasını təmin edir;
-
Radio-baza stansiyalarının cari və əsaslı təmirini aparır;
-
Xidmətlərin yaxşılaşdırılmasını, onun rəqabət qabiliyyətinin artırılmasını təmin edir;
-
Yeni avadanlığın quraşdırılmasında və vaxtında istismara verilməsində iştirak edir;
-
Sahədə rabitə vasitələrində ölçülərin aparılmasına və istismar proseslərinin modernləşməsinə köməklik göstərir;
-
Radio rabitə vasitələrinin və ölçü vasitələrinin texniki istismar qaydalarına riayət edilməsinə, elektrik avadanlığı, qoruyucu torpağabirləşmələrin mühafizəsinin yoxlanılmasını həyata keçirir;
-
Texniki istismar sənədlərinə, qayda və təlimatlara, aidiyyəti normativ sənədlərə uyğun olaraq radiorabitə, cihaz və avadanlığın, simsiz şəbəkəsinin stansiya qurğularının təmir olunmasını təmin edir;
-
Departamentin digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət göstərir;
-
İş yükü artiq olduğu zaman və bölmənin işinin keyfiyyətini artırmaq məqsədi ilə Departamentin digər struktur bölmələrinin işinə dəstək olur;
Kvalifikasiya üzrə tələblər və bacarıqlar:
-
Ali Təhsili;
-
Simsiz Şəbəkə sahəsi üzrə azı 1 il əmək stajı;
-
Sahəsinə aid olan sənədlərin tərtib etmə bacarığı;
-
Radio rabitəsi üzrə beynəlxalq norma və standartları, radio vasitələrinin texniki istismarı üzrə normativ sənədləri;
-
Təhkim olunmuş avadanlıqda texniki xidmətlərin göstərilməsi və təmir işlərinin aparılması qaydalarını;
-
Radio-baza stansiyalarının quruluşunu, texniki xarakteristikalarını, konstruktiv xüsusiyyətlərini, təyinatını və iş rejimlərini, təhkim olunmuş cihaz, avadanlıq, radio sistemlərinin prinsipial, montaj və funksional sxemlərini;
-
Radio-baza stansiyalarının dövri texniki xidmət və avadanlığın cari təmiri üzrə normativləri;
-
Radio-baza stansiyalarının nasazlıqların axtarılıb tapılması və aradan qaldırılması metod və üsullarını;
-
Antena-dirək və fider qurğuların müayinəsi qaydalarını;
-
Radiotezliklərin istifadə qaydasını, radioelektron vasitələrin və yüksəktezlikli qurğuların alınma və istismar qaydalarını;
-
Azərbaycan dilini mükəmməl bilməlidir (İngilis və Rus dillərini arzuolunandır);
-
Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri;
-
Kompyuter programlarını mükəmməl bilməlidir;
-
İşgüzar yazışma əsaslarını bilməlidir;
-
Peşəkar ünsiyyət bacarıqlarına malik olmalıdır.
İş haqqında məlumat:
-
5 günlük iş rejimi (bazar ertəsi - cümə)
-
iş vaxtı: 09:00 - 18:00
-
iş yeri: Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Radio-baza və Transmissiya üzrə mühəndis” vakansiya adını, CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 10.05.2023.