Aztelekom
Hüquqi şəxslərə satış sektorunun müdiri
Son tarix 24 fev 2023 - [email protected]
İş barədə məlumat:
- Telekommunikasiya məhsullarının hüquqi şəxslərə satışı üzrə şirkət strategiyasının həyata keçirilməsi;
- B2B sahəsi üzrə bütün satış fəaliyyətlərini əlaqələndirmək, idarə etmək və rəhbərlik etmək;
- Korporativ müştərilərin cəlb olunması və mövcud müştərilərin şirkətdə saxlanmasını idarə edilməsi;
- Müəyyən olunmuş sahə və müştəri qrupları üzrə təyin olunmuş vaxt çərçivəsində satış hədəflərinin icra edilməsi;
- Müştəri məlumat bazasının yığılması və davamlı təkminləşdirilməsi;
- Potensial müştərilərə satış təqdimatlarının hazırlanması və təqdim edilməsi;
- Həftəlik və aylıq satış fəaliyyəti haqqında hesabatların rəhbərliyə təqdim edilməsi;
- Müştəri profilinin inkişaf etdirilməsi məqsədilə xüsusi (ad-hoc) və ümumi bazar araşdırmalarının aparılması;
Tələblər:
- Kommersiya sahələri üzrə ali təhsil;
- Korporativ satış sahəsində ən az 2 il iş təcrübəsi (Telekommunikasiya, korporativ satış üzrə iş təcrübəsi üstünlük hesab olunur);
- Yüksək səviyyədə Microsoft Office proqramlarında işləmək bacarığı;
- Azərbaycan, Rus və İngilis dili mükəmməl səviyyədə (mətnlərin hər 3 dildə yaradılması vacib olduğundan, dil bilikləri olan namizədlərə üstünlük veriləcəkdir);
- Partnyorlar ilə əməkdaşlıq etmə bacarığı;
- Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı;
- Analiz, problemlərin həlli və qərarvermə bacarağı;
Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Hüquqi şəxslərə satış sektorunun müdiri”qeyd etməklə elektron ünvanına göndərə bilərlər.
Xidmətlərin tətbiqi üzrə mühəndis
Son tarix 24 fev 2023 - [email protected]
İş barədə məlumat:
- Şəbəkənin (multimedia xidmətlərinin) qurulma prinsiplərinin və rabitənin təşkili;
- Mövcud və yeni texnologiyaların iş prinsipini və tətbiqi;
- Optik, koaksial və Ethernet tipli rabitə xətlərinin növləri və strukturları
- GPON və LTE texnologiyalarının,multimedia xidmətlərinin, ADSL internet kanalının, ayrılmış internet kanallarının (AİK), ethernet port xidmətlərinin tətbiqi;
- Sahədə quraşdırılan taksafon aparatlarının dislokasiyası üzrə təkliflərin verilməsi;
- Müvafiq sahə üzrə mövcud qayda və standartlara uyğun olmadan təşkil edilən telekommunikaiya xidmətlərin (danışıq trafikinin) aşkarlanması və qarşısının alınması ilə bağlı aidiyyəti qurumlarla birlikdə tədbirlər görülməsi;
- Cəmiyyətdə mövcud olan qayda və təlimatların tələblərinə uyğun fəaliyyət göstərmək;
Tələblər:
- Telekommunikasiya və ya texniki ixtisaslar üzrə ali təhsil;
- Aidiyyəti üzrə təcrübə;
- Yüksək səviyyədə Microsoft Office proqramlarında işləmək bacarığı;
- İdarəetmə və şifahi nitq qabiliyyətinə malik olmalı;
- Analiz və təhlil bacarığı;
- Problem həlli bacarıqları;
Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Xidmətlərin tətbiqi üzrə mühəndis” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.
Hüquqi mübahisələrin tənzimlənməsi üzrə hüquqşünas
Son tarix 11 fev 2023 [email protected]
Əsas vəzifə və öhdəlikləri:
- Öz fəaliyyətini Azərbaycan Respublikasının mövcud maddi və prosessual qanunvericiliyinə, eyni zamanda şöbənin daxili prosesinə, Qaydalar və təlimatlarına əsasən və yenilikləri nəzərə almaqla aparmaq;
- CSəlahiyyətləri çərçivəsində yeni (öz sahəsinə aid) Qaydaların, Proseslərin, Prosesdurların, daxili normativ aktların layihələrinin hazırlanmasında iştirak etmək;
- Şöbəyə daxil olan ərizə, şikayət və tapşırıqları araşdıraraq, keyfiyyətlə icra etmək;
- İşəgötürənin digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət göstərmək;
- Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək.
Kvalifikasiya üzrə tələblər:
- Ali hüquq təhsilli;
- Hüquqi mübahisələr sahəsində minimum 1 (bir) il iş təcrübəsinə malik olmaq;
- Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək, İnzibati Xətalar Məcəlləsini, Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununu bilmək;
- İşgüzar yazışma əsaslarını bilmək;
- Peşəkar ünsiyyət psixologiyasını bilmək;
- Korporativ idarəetmə sisteminin əsaslarını və etik davranış qaydalarını bilmək;
- Sahəsinə aid olan sənədləri tərtib edə bilmək;
- Azərbaycan və ingilis dillərini əla bilmək (rus dili arzuolunandır).
Bacarıqlar:
- Analitik düşünmə qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- İşgüzar və hüquqi yazışma bacarığı;
- İşin Planlaşdırma bacarığı;
- Bilik və bacarıqlarını artırmaq üçün öz üzərində davamlı çalışmaq;
- Yaradıcı və təşəbbüskar olmaq;
- MS Office proqramlarını mükəmməl bilmək.
İş haqqında məlumat:
- Ezamiyyə imkanları (zəruri hallarda)
- 5 günlük iş rejimi (bazar ertəsi - cümə)
- iş vaxtı: 09:00 - 18:00
- iş yeri: Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Hüquqi mübahisələrin tənzimlənməsi üzrə hüquqşünas” vakansiya adını qeyd etməklə elektron ünvanına göndərə bilərlər.