Aztelekom
Satınalma üzrə mütəxəssis
Son tarix 09 avq 2025 - Müraciət et
Təsvir
- “Dövlət satınalmaları haqqında” Qanunun və digər normativ-hüquqi sənədlərin tələblərinə əsasən satınalma prosedurlarını təşkil etmək.
- Satınalma planını hazırlamaq və icra etmək.
- Təchizatçılar ilə ünsiyyət qurmaq.
- Satınalma prosedurları ilə bağlı sənədləri, təqdimatları və hesabatları hazırlayaraq rəhbərliyə təqdim etmək.
- Yerli və beynəlxalq bazarları mütəmadi araşdırmaq, malların (işlərin və ya xidmətlərin) təchizatı üzrə tender sənədlərinin, təkliflərin sorğularının və tender sənədləri qiymətlərinin hazırlanmasında iştirak etmək.
- Tender təkliflərini təhlil etmək, ən sərfəli kommersiya şərtlərin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq.
- Müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələr və sektorlarla birgə müqavilələr hazırlamaq, alış sifarişləri, müqavilələri hazırlamaq, gündəlik sənədləşmə işlərinin həyata keçirilməsini təşkil etmək.
- Tələb olunan mal və materiallar üçün qiymət araşdırmasını aparmaq.
- Dövlət satınalmaları portalı üzrə tender elanlarını yerləşdirmək.
- Qiymət və maliyyə analizlərini həyata keçirmək.
- İddiaçıların ixtisas göstəricilərinin uyğunluğunu müəyyən etmək.
- Satınalan təşkilatla tender qalibi arasında bağlanan və malların (iş və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən müqaviləni hazırlamaq.
- Satınalma prosedurları haqqında hesabat hazırlamaq.
- Yaranmış problemlər barəsində şöbə müdiri və departament direktoruna dərhal məlumat vermək.
Tələblər
- İqtisadiyyat, Biznes və ya digər müvafiq sahə üzrə ən azı bakalavr təhsili.
- Ümumi və Dövlət satınalmaları haqqında qanunvericilik bilikləri.
- Göstərilən vəzifə üzrə iş təcrübəsi: Dövlət satınalmalarında iş təcrübəsi 1 il.
- Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı.
- Tələb olunan dil: Azərbaycan dili (əla), Rus-dili (yaxşı), İngilis-dili (yaxşı).
- Yaxşı səviyədə MS Office bilikləri.
- Komanda ilə işləmə bacarığı.
- Təqdimat və təsiretmə bacarığı.
- Vaxtın idarəedilməsi bacarığı.
- Problem həlletmə bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.