Aztelekom
Məhsulların idarə edilməsi üzrə aparıcı mütəxəssis
Son tarix 28 dek 2022 - [email protected]
Əsas vəzifə və öhdəlikləri:
- Mövcud, eləcə də gələcək telekommunikasiya məhsul və xidmətlərin hazırlanması, optimallaşdırılması və bazara uyğunlaşdırılması;
- Məhsul və xidmətlərin təbliği, qiymətləndirmə və müştəri əldə etmə, eləcə də GTM strategiyalarının icrası;
- Daxili və departamentlərarası proseslərin və prosedurların yaradılması, optimallaşdırılması və koordinasiyası;
- Verilən məlumatlar əsasında hesabatın, analitikanın aparılması, məhsul hədəflərinin yerinə yetirilməsinin izlənməsi;
- Kütləvi müştəri bazası dəyişikliklərinin, miqrasiyasının və əldə edilməsinin (acquisition) idarə olunması;
- Online və offline kommunikasiya kanallarının koordinasiyası və idarə olunması;
- Müştəri profilinin inkişaf etdirilməsi məqsədilə xüsusi (ad-hoc) və ümumi bazar araşdırmalarının aparılması;
- Proaktiv surətdə kommersiya imkanlarının araşdırılması, qoyulan hədəflərə çatmaq və müştəriyönümlü həllərin yaradılması;
- Satış göstəricilərinin yüksəldilməsi, hədəflərin təyin olunması və bonus sisteminin hazırlanması məqsədilə Satış şöbəsi ilə yaxından əməkdaşlıq etmək.
Tələblər:
- Biznes, Maliyyə, Marketinq, Kommersiya sahələrindən biri üzrə ən azı bakalavr təhsili;
- MBA və ya Marketinq üzrə magistr təhsilinə üstünlük veriləcək;
- Yüksək səviyyədə MS Office proqramlarının biliyi;
- Minimum 3 il (əsasən B2C istiqamətli);
- Azərbaycan, Rus, İngilis dilləri;
- Analiz və təhlil bacarığı;
- Təqdimat bacarığı;
- Problemlərin həll etmə bacarığı.
İş haqqında məlumat:
- 5 günlük iş rejimi (bazar ertəsi - cümə)
- iş vaxtı: 09:00 - 18:00
- iş yeri: Baş ofis, Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Məhsulların idarəedilməsi üzrə aparıcı mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.