AzTelco Group MMC
Xərclərə Nəzarət üzrə Mütəxəssis
Son tarix 12 iyl 2025 - [email protected]
Əgər büdcə planlaşdırılması sahəsində güclü biliklərə, analitik düşüncə qabiliyyətinə və təcrübəyə sahibsinizsə, bu fürsəti qaçırmayın!
Vəzifə Öhdəlikləri:
- Qrupa daxil olan bütün şirkətlərin xərclərini mərkəzləşdirilmiş şəkildə izləmək və konsolidasiya etmək
- Büdcənin planlaşdırılması, icrası və nəzarəti prosesində iştirak etmək
- Hər bir şirkət üzrə xərclərin strukturu, trendi və marjaları ilə bağlı mütəmadi təhlillər aparmaq
- Planlaşdırılmış büdcədən kənara çıxmaların səbəblərini təhlil etmək və rəhbərliyə hesabat təqdim etmək
- Şirkətlərarası müqayisəli xərclər təhlili (benchmarking) aparmaq;
- Qrup səviyyəsində xərclərin azaldılması və resursların effektiv istifadəsi üzrə strategiyalar təklif etmək
- ERP sistemində (SAP, Oracle, 1C ERP və s.) xərc məlumatlarının uyğunluğunu və düzgünlüyünü təmin etmək
- Audit yoxlamalarına, daxili nəzarət prosedurlarına və risk qiymətləndirmələrinə dəstək göstərmək
Tələb Olunan Bilik və Bacarıqlar:
- Mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya digər əlaqəli sahə üzrə ali təhsil;
- Müvafiq sahədə 2-3 il iş təcrübəsi;
- 1C Mühasibat proqramında iş təcrübəsi;
- Excel və digər ofis proqramlarında sərbəst işləmə bacarığı;
- Diqqətlilik, dəqiqlik və yüksək məsuliyyət;
- Məxfi məlumatlarla işləmə bacarığı və etik qaydalara riayət etmək;
- Təhlil aparmaq və hesabat hazırlamaq bacarığı;
- Azərbaycan və İngilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı;
- PMS və ya ACCA sertifikatlarının mövcudluğu üstünlükdür.
Təklif edilir:
- Dinamik mühitdə işləmək və inkişaf şansı
- Rahat və müasir iş mühiti
- Ödənişsiz nahar, korporativ nömrə təminatı
Ünvan: Bakı, Heydər Əliyev Pros. 152, Çinar Plaza
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini “Xərclərə Nəzarət üzrə Mütəxəssis” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.