AzTelco Group MMC
Baş Direktorun Müavini
Son tarix 26 sen 2026 - Müraciət et
Bu vəzifə,tərəfdaş etdiyimiz Stevedoring LLC şirkəti üçün axtarılır. Liman sahəsində təcrübəyə
malik namizədlərə üstünlük veriləcəkdir.
Vəzifə Öhdəlikləri:
- Baş direktorun göstəriş və tapşırıqlarına müvafiq olaraq, Cəmiyyətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;
- Cəmiyyətin təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirir, maddi və maliyyə mənbələrindən
səmərəli və məqsədyönlü istifadəni təmin edir, itkilərini azaldır, dövriyyə kapitalının dövriyyəsini sürətləndirir; - Baş direktora lazım olan məlumatları Cəmiyyətin quruluş bölmələrindən əldə etmək, zəruri
hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək; - Baş direktorunun tapşırığı ilə Cəmiyyətin quruluş bölmələrinin iclas və müşavirələrində
iştirak etmək, iclas və müşavirələrin yekunları barədə Cəmiyyətin Baş direktoruna yazılı və ya şifahi şəkildə məruzə etmək; - Baş direktorun qərarlarının icrasına nəzarət etmək;
- Əməliyyat sahəsinin fəaliyyətinin nəticələrini, işin keyfiyyətinin aşağı düşməsi səbəblərinin
təhlili, üzə çıxan qüsurları aradan qaldırmaq üçün tədbirlərin işlənməsi və tətbiqində iştirak etmək; - Cəmiyyətdə yükaşırmalar üzrə əməliyyatların keyfiyyətinə nəzarət edilməsi və artırılmasına
dair tədbirlərin həyata keçirilməsi; - İdarəetmə və əməliyyat sisteminin təkmilləşdirilməsinin təşkil edilməsini həyata keçirmək;
- Cəmiyyətdə biznes proseslərin tətbiq olunmasına nəzarəti həyata keçirmək;
- Mövcud biznes proseslərin təkmilləşdirilməsinə dair təkliflərin irəli sürülməsini həyata keçirmək;
- Cəmiyyətdə çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsini həyata keçirmək.
Tələb Olunan Bilik və Bacarıqlar:
- Ali təhsil;
- Müvafiq sahə üzrə təhsil üstünlükdür;
- İdarəetmə üzrə sertifikatları olması arzuolunandır;
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
- Texniki heyətin idarə olunması və koordinasiyası sahəsində təcrübə;
- Azərbaycan dilini mükəmməl, ingilis və rus dilləri üstünlükdür;
- Microsoft Office proqramlarını yaxşı bilmək;
- Yüksək kommunikasiya bacarığı, səlis, aydın nitq və təqdimat qabiliyyəti;
Təklif Edilir:
- Şirkət tərəfindən təmin olunan nahar;
- Dinamik və inkişafyönümlü iş mühiti.
Ünvan:
- Bakı Beynəlxalq Dəniz Limanı (Ələt)
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.














