AzRT MMC
Korporativ satış üzrə mütəxəssis
Son tarix 13 dek 2023 - [email protected]
İş barədə məlumat:
- Yeni müştərilərin cəlb olunması, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması, mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirməsi sahəsində işlərin aparılması;
- İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
- Müştərilərin şirkətimiz və tərəfdaş şirkətlərin məhsulları və həlləri ilə tanış etdirilməsi, müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməkdə köməklik göstərmək, çeşidləri təqdim etmək, etirazlarla işləmək;
- Kommersiya təkliflərini şirkət qaydalarına və price listə əsasən işləyib hazırlamaq;
- Hazırlanan təklifləri müştərilərə göndərmək və onların izlənilməsi;
- Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
- Bazar münasibətlərində maraqlı tərəflərlə şirkəti müsbət şəkildə təmsil və müdafiə etmək;
- Təkliflər əsasında müqavilənin hazırlanması və imzalatdırılması;
- Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə edilməsi və rəhbərliyə bildirilməsi;
- Fərdi və kollektiv satış planının yerinə yetirilməsi;
- Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Satış səmərəliliyinin qiymətləndirilməsi, təhlili, artırılması üçün tədbirlərin formalaşdırılması.
Tələblər:
- IT sahəsində biliklər mütləqdir;
- Təhsil: Ali;
- Dil bilikləri: Azərbaycan və Rus dilləri mütləq, İngilis dili – orta(arzuolunandır);
- MS Office proqramlarından istifadə etmək bacarığı;
- B2B üzrə minimum 2 illik iş təcrübəsi;
- Öz müştəri bazasının mövcud olması(arzu olunandır);
- Komandada işləmək, məsuliyyət sahələrini idarə etmək bacarığı;
- Düzgün şifahi və yazılı nitq, işgüzar yazışmalar aparmaq, kommersiya təklifləri vermək;
- Analitik düşünmə və problem həll etmə qabiliyyəti;
İş şəraiti və üstünlüklər:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş rejimi: 5 günlük iş qrafiki 09:00-18:00;
- Ə/h: 500 AZN + yüksək bonus;
- Ünvan: Əhməd Rəcəbli 31/5, AzTEX plaza, Nərimanov, Bakı;
- Davamlı karyera inkişafı, ölkəmizdə və ölkə xaricində tədbirlərdə iştirak imkanı.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Korporativ satış üzrə mütəxəssis” qeyd edərək öz CV-lərinizi elektron ünvanına göndərməyiniz xahiş olunur.