AzRose
Mühasib/Aparıcı mühasib
Son tarix 03 okt 2025 - Müraciət et
İş barədə məlumat
- Vergi hesabatlarının və DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, debitor borcları ilə bağlı danışıqların aparılması, borclara nəzarət və təhlil;
- Avans sahiblərinin balanslarına nəzarət etmək;
- Bank, Kassa, Əmək haqqı sənədlərinin işlənməsi və uçotunun aparılması;
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi;
- Bank və kassa əməliyyatları üzrə pul vəsaitlərinin hərəkətinin hesabatını hazırlamaq;
- Müştərilər ilə üzləşmə aktlarını / hesabatlarını hazırlamaq;
- Hesabların müxabirləşməsini nəzərdən keçirmək, araşdırmaq, səhvlikləri və uyğunsuzluqları aradan qaldırmaq;
- Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq;
- Bütün növ mühasibat əməliyyatlarının mühasibatlıq proqramına daxil edilməsi;
- Digər gündəlik və aylıq debitor hesablar üzrə əməliyyatların yerinə yetirilməsi.
Tələblər
- Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və Audit, Menecment ixtisasları);
- İstehsalat sahəsində 1-3 il iş təcrübəsi;
- 1C 8.3 və MS Excel bilikləri;
- İngilis dili biliyi üstünlüklüdür.
Səriştəlik
- Təşəbbüskarlıq və məsuliyyətlilik
- İntizamlılıq və nəticəyə köklənmə
- Açıq fikirli və problemi həll etmə bacarığı
- Analitik düşünmə qabiliyyəti
- Düzgünlük və dəqiqlik
- Yüksək təqdimat bacarığı
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təhsil - Bakalavr
İmtiyazlar
- Nahar təminatı
- Servislə təmin olunur
- Könüllü tibbi sığorta
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.