AzRe Reinsurance Company
Anderraytinq üzrə mütəxəssis / Underwriting specialist
Son tarix 01 mar 2024 - [email protected]
Namizədə tələblər:
- Yaş: 24-30;
- Təhsil: İqtisadi/biznesin idarə olunması ixtisasları üzrə ali təhsil arzu olunandır;
- İş təcrübəsi: 1 il iş təcrübəsi arzuolunandır, xüsusilə sığorta sahəsində.
- Dil bilikləri: Azərbaycan (əla), İngilis(əla) və Rus(orta/əla) dillərində sərbəst yazı və şifahi danışıq bacarığı;
- Kompüter bilikləri: Microsoft Office (Word, Excel, Power Point proqramları) üzrə yaxşı biliyə malik olmaq.
Şəxsi keyfiyyətlər:
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
- Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı;
- Yüksək nitq mədəniyyəti və təqdimat bacarığı;
- Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı;
- Riyazi düşünmə;
- Konfidensiallığa riayət etmə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
- İnzibati və kargüzarlıq yardımının göstərilməsi;
- Potensial müştərilərlə bağlı araşdırmaların aparılmasında anderraytinq komandasına köməklik edilməsi;
- Sorğuların nəzərdən keçirilməsi və bütün lazımi məlumatların təqdim edilməsinin tələb edilməsi, məlumatların düzgünlüyünün yoxlanılması;
- Dəqiq uçotun aparılması və bütün sənədlərin aktual olmasının təmin edilməsi;
- Cəmiyyətin öhdəliklərinin yerinə yetirilməsini təmin edilməsi üçün müvafiq hüquqi və tənzimləyici təlimatlara riayət edilməsi;
- Risklərin qiymətləndirilməsində və müvafiq təkrarsığorta haqlarının müəyyən edilməsində anderraytinq komandasına köməklik göstərilməsi, müştərilərə və brokerlərə təkliflərin təqdim edilməsi;
- Yerləşdirmə tələb edən fakultativ risklər və/və ya obliqatorlar üzrə təkrarsığortaçılarla əlaqə saxlamaqda anderraytinq komandasına yardım edilməsi, təkrarsığortaçılara ödəniləcək mükafatın ödənilməsinin təmin edilməsi;
- Təkrarsığorta sənədlərinin, o cümlədən fakultativ müqavilələrin, obliqator müqavilələrin, borderoların, dəyişikliklərin və əlavələrinin monitorinqi və işlənməsi;
- Təkrarsığorta sənədlərinin lazımi qaydada verilməsini, zərərlərin düzgün tənzimlənməsini, borcların vaxtında yığılmasını və sığorta nəzarəti orqanı tətbiq etdiyi dəyişiklikləri barədə məlumatlı olmasının təmin edilməsi üçün digər şöbələrlə əməkdaşlıq edilməsi;
- Anderraytinq Menecer və/və ya Baş Anderraytinq İnzibatçısı üçün hesabatların (yenilənmələr, yeni biznes, reallaşdırılmış və reallaşdırılmamış təkliflər, üzbəüz görüş hesabatları, zərərlik nisbətləri, risklərin akkumulyasiyası, təkrarsığorta və retrosessiya tariflərində dəyişikliklər, rəqiblərin tariflərinin təhlili və s.) hazırlanması;
- Anderraytinq Menecerin və/və ya Baş Anderraytinq İnzibatçisının tələb etdiyi digər vəzifələrin yerinə yetirilməsi.
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır;
- Sınaq müddəti: 3 ay
- Könüllü tibbi sığorta;
- İş qrafiki: bazar ertəsi – cümə, 09:00-dan 18:00-dək; şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.
- Əmək haqqı: 1000 AZN (gross)
Məlumatlandırıcı qeydlər: Ünvan: Bakı şəhəri, Bakıxanov küçəsi, 6, Bridge Plaza
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını (Underwriting specialist) yazmaqla CV-ni elektron poçt ünvanına göndərsinlər.