AzRe Reinsurance Company
Office Manager
Son tarix 10 avq 2024 - [email protected]
Namizədə tələblər:
- Təhsil: Ali təhsil;
- İş təcrübəsi: Sığorta təcrübəsi arzuolunandır, lakin əsas deyil;
- Dil bilikləri: Azərbaycan (əla), İngilis (orta) və Rus(orta) dillərində yazı və şifahi danışıq bacarığı;
- Kompüter bilikləri: Microsoft Office (Word, Excel proqramları) üzrə yaxşı biliyə malik olmaq.
Şəxsi keyfiyyətlər:
- Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı;
- Yüksək nitq mədəniyyəti və təqdimat bacarığı;
- Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı;
- Konfidensiallığa riayət etmə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
- Daxil olan-çıxan sənədlərin qeydiyyatı.
- Kargüzarlığın aparılması, əlaqədar sənədləşmənin aparılması və sənədlərlə işin təşkili.
- Telefon zənglərinin qəbulu.
- Ziyarətçilərin qəbulu.
- Dəftərxana mallarının, katricləri və qida məhsullarının vaxtında sifarişi, alınan malların göndərilən sifarişlə üzləşdirilməsi.
- Poçt, kuryer və sürücü ilə məktubların/paketlərin göndərilməsi. Alanların rekvizitlərinin çap edilməsi.
- Korporativ və Marketinq tədbirlərinin təşkilində köməklik göstərilməsi.
- LinkedIn səhifəmizdə info-materialların, elanlar yerləşdirilməsi.
- Rəhbərinin həvalə etdiyi digər vəzifələri həyata keçirilməsi.
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır;
- Könüllü tibbi sığorta;
- İş qrafiki: bazar ertəsi – cümə, 09:00-dan 18:00-dək; şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.
- Əmək haqqı: Razılaşma yolu ilə.
- Ünvan: Bakı şəhəri, Bakıxanov küçəsi, 6, Bridge Plaza.
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını (Office manager) yazmaqla CV-ni elektron poçt ünvanına göndərsinlər.