AzRe Reinsurance Company
Corporate Secretary
Son tarix 15 iyl 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Direktorlar Şurasının komitələrinin bütün üzvləri ilə səmərəli işləmək və cəmiyyətin məqsədlərinə uyğun hərəkət etmək;
- Direktorlar Şurasının Komitə sədrləri ilə birlikdə cəmiyyətin korporativ idarəetməsinin cəmiyyətin məqsədlərinə uyğunluğunu dövri olaraq nəzərdən keçirir (məsələn, Müşahidə Şurası və onun komitələrinin fəaliyyətinin qiymətləndirilməsi) və cəmiyyətin korporativ idarəetmə strukturunun gücləndirməsi üçün təkliflər verir;
- Səhmdarların ümumi yığıncağının, Direktorlar Şurasının və onun komitələrinin iclaslarının çağırılması və keçirilməsini təmin edir. Həmin iclasların gündəliyini tərtib edir, iclasdan əvvəl onları yenilənmiş məlumatlarla və digər zəruri resurslarla təmin edir;
- Direktorlar Şurasının və onun komitələrinin fəaliyyətinin effektiv təmini üçün zəruri olan siyasət və prosedurların hazırlanmasına dəstək verir;
- Dirketorlar Şurası, onun komitələri, İdarə Heyəti və səhmdarlar arasında effektiv kommunikasiyanın qurulmasını təmin edir;
- Cəmiyyət tərəfindən açıqlanması tələb olunan məlumatlara səhmdarların və digər investorların əlçatanlığını təmin edir.
Tələblər:
- Hüquq və Maliyyə bazarları sahəsi üzrə azı 3 (üç) illik iş təcrübəsinə malik olmalıdır;
- Hüquq, iqtisadiyyat və ya idarəetmə üzrə ali təhsili olmalıdır.
- MS Office proqramında yüksək səviyyədə işləyə bilmək bacarığı.
- Azərbaycan və rus dillərini mükəmməl bilmək.
- Yüksək kommunikasıya və təşkilatçılıq qabiliyyətinə malik olmaq;
- Liderlik və idarəetmə qabiliyyətinə malik olmaq;
- Operativ və düzgün qərar vermək bacarığı;
- Təşəbbüskarlıq, diqqətlilik, məsuliyyət və düzgünlük bacarığı.
- Analitik düşünmə qabiliyyətinə malik olmaq.
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır.
- Könüllü tibbi sığorta.
- İş qrafiki: bazar ertəsi – cümə, 09:00-dan 18:00-dək; şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.
Əmək haqqı: müsahibə zamanı razılaşma əsasında təyin olunacaq.
Ünvan: Bakı şəhəri, Bakıxanov küçəsi, 6, Bridge Plaza.
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını (Korporativ katib) yazmaqla CV-ni elektron poçt ünvanına göndərsinlər.