Azprotein Foods Group
Energetika şöbəsinin müdiri
Son tarix 09 yan 2026 - [email protected]
Namizədə Tələblər:
- Yaş həddi: 35 - 50 yaş
- Staj: 10 il (sahə üzrə təcrübə mütləqdir).
- Elektrik üzrə ixtisas təhsili (diplom)
- Sahə üzrə sertifikat
- Müəssisə Buzovna qəsəbəsində yerləşdiyi üçün yaxın ərazidə qalan namizədlərə üstünlük veriləcəkdir.
Vəzifə öhdəlikləri:
- Şöbənin gündəlik işlərini planlaşdırmaq, iş bölgüsü aparmaq, personalın fəaliyyətinə nəzarət etmək və nəticələri rəhbərliyə təqdim etmək.
- Müəssisədəki elektrik qurğularının, enerji xətlərinin, idarəetmə panellərinin və digər avadanlıqların təhlükəsiz, fasiləsiz və normativlərə uyğun işləməsini təmin etmək.
- Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasını, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsi
- Planlı texniki baxışların və təmir işlərinin vaxtında həyata keçirilməsini təşkil etmək, qəza hallarında operativ müdaxiləni təmin etmək.
- Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi, onların yenidən qurulmasında iştirak edir.
- Elektrik təhlükəsizliyi qaydalarının yerinə yetirilməsinə nəzarət etmək, enerji sərfiyyatının optimallaşdırılması üçün təkliflər vermək və tətbiqini təmin etmək.
- Elektrik təsərrüfatı ilə bağlı texniki sənədlərin, sxemlərin, jurnal və protokolların düzgün və vaxtında hazırlanmasını və arxivləşdirilməsini təmin etmək.
İş şəraiti:
- Əmək haqqı: Razılaşma əsasında müəyyən ediləcək.
- İş qrafiki: 6 günlük.
- Nahar şirkət tərəfindən təmin edilir. Koroğlu metrosundan servis mövcuddur.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.











