Azprotein Foods Group
Mühafizə rəisi
Son tarix 13 iyn 2025 - [email protected]
Namizədə Tələblər:
- Ali təhsil
- Yaş həddi: 35 - 45 yaş
- Staj: rəhbər vəzifədə 5 – 10 il
- Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək
- Vəzifəsindən irəli gələn qanunlar, qaydalar, əmr və qərarlardan, o cümlədən qanunvericilik aktlarından məlumatlı olmaq
- Baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək bacarığı
Vəzifə öhdəlikləri:
- Müəyyən edilmiş qaydaya və etibarlı rəhbər sənədlərə müvafiq olaraq müəssisənin mühafizə şöbəsinin işini təşkil etməli
- İstehsal müəsisəsinin və müəssisə ərazisində olan bina, əmlak, avadanlıq, mal-materialların mühafizəsinin təmin edilməsini həyata keçirməli
- Müəssisənin mühafizəsini təmin etmək məqsədi ilə əraziyə daxil olan hər bir şəxsin və nəqliyyat vasitələrinin ciddi yoxlanmasını təmin etməli
- Müəssisənin ərazisinə giriş və çıxışla bağlı tətbiq olunan rejimlərin tələblərinə əməl olunmasını təmin etməli
- Mühafizə işçilərinin növbə cədvəlini təyin etməli
- Xammalın, materıalın, avadanlığın və məhsulun müəssisəyə giriş-çıxışı zamanı sənədlərini yoxlamalı və imzaladığı hər sənədə şəxsən və şərtsiz məsuliyyət daşıyır
- Şirkətdə istehsal olunan məhsullar qorunmalı, habelə kommersiya sirrinin qorunması naminə vaxtaşırı tədbirlər keçirilməli
- Müəssisədə və istehsal sahələrində reydlər kecirməli və həmin yerlərin mühafizəsini təmin edə biləcək tədbirlərin görulməsi barədə təkliflər verməli
- Tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünü aparmalı
- Təhlükəsizlik əməkdaşlarıın gün ərzində xidməti geyimlərini, şəxsi gigiyenasını yoxlamalı
- Müəssisənin mülkiyyətində və istifadəsində olan ərazinin, daşınar və daşınmaz əmlakın, habelə əməkdaşlarının nəzarətini təşkil etməli
- Rəhbərlik etdiyi şöbə ilə bağlı Prosedurlar, Qaydalar və Təlimlər hazırlamalı
- Müəssisəyə buraxılış sisteminin təşkilinə və ona riayət olunmasına nəzarət etməli
- Öz səlahiyyətləri daxilində rəhbərlik tərəfindən verilən digər göstərişlərin icra olunmasının təmin etməlidir.
İş şəraiti:
- Əmək haqqı: 1000-1500 manat.
- İş qrafiki: 6 günlük.
- Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.