Azprotein Foods Group
Mühasib
Son tarix 28 apr 2025 - [email protected]
Namizədə Tələblər:
- Müfaviq sahə üzrə ali təhsil
- Yaş həddi: 25 - 40 yaş
- Staj: 3 – 5 il
- Microsoft Office proqramlarını (Word, Excel, Outlook) yaxşı səviyyədə bilmək
- 1C mühasibatlıq proqramında işləmək bacarağı və proqram üzrə minimum 1 il təcrübə.
- Müəssisə Buzovna qəsəbəsində yerləşir.
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
- İstehsalın planlaması, xammalın sərfiyyatının planlaması, günlük istehsala nəzarət
- Məhsulun maya dəyərinin hesablanması
- Daxili istehsalat tələbnamələrinin tərtib edilməsi
- Alışlar üzrə mədaxillərin proqrama daxil edilməsi
- İstehsal üçün sifarşlərin icra edilməsi
- İstehsal və satış üzrə itki aktlarının hazırlanması
- 1C və xüsusi istehsal proqramı üzrə satışların üzləşdirilməsi
- Məhsulların təyinata uğun yönləndirilməsi
- 3 aydan bir proqrama əsasən minimum qalıqların təyin edilməsi
- Aylıq inventarizasiyanın təşkili və sənədləşməsi
- İstehsal və ümumi aylıq hesabatların hazırlanması
- Bütün növ mühasibat əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi
İş şəraiti:
- Əmək haqqı: 1000-1200 manat (əmək haqqı müsahibə zamanı təcrübəyə əsasən təyin ediləcəkdir, qeyd olunan öhdəliklər üzrə minimum təcrübə mütləqdir).
- İş qrafiki: 6 günlük.
- Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla Müraciət Et butonunda yerləşən elektron poçt ünvanına göndərmələri xahiş olunur.