AzProduct
Market müdiri
Son tarix 13 okt 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Marketin gündəlik açılıb-bağlanılması işinin icrasına nəzarət və satışını idarə etmək;
- Müntəzəm olaraq məhsulların stoklarını yoxlamaq;
- Market üçün lazım olan malların müvafiq firmalardan sifariş etmək;
- Firma tərəfindən mağazaya verilən məhsulları firma nümayəndəsinin iştirakı ilə qaiməyə əsasən yoxlayıb qəbul etmək;
- Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək;
- Marketin heyəti tərəfindən müştəri məmnuniyyətinin təmin edilməsinə nəzarət etmək;
- Marketin fəaliyyətinə aid hesabatların təqdim etmək;
- Satış zamanı alınan məhsulun qaytarılma və ya dəyişdirilmə prosesinin doğru edilməsinə nəzarət etmək;
- Market avadanlıqlarında baş verən problemlərin həlli üçün müvafiq struktur bölməsinə müraciət etmək və həll edilməsinə nəzarət etmək;
- Personala rəhbərlikdən alınan əmr və göstərişləri çatdırmaq və icrasına nəzarət etmək;
- Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək;
- Ticarət zalına lazım olan malların sifarişini formalaşdırmaq;
- Marketin və personalın səliqə və təmizliyinə nəzarət etmək;
- Dövri hesabatları hazırlamaq.
Namizədə dair tələblər:
- Ali təhsil (bakalavr);
- Pərakəndə satış və müştəri xidməti mühitində 3 il təcrübə;
- Yüksək təşkilati bacarıqlar (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.);
- Satış texnikası və prinsiplərini bilmək;
- Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını bilmək;
- İşgüzar davranış etikası və əla təqdimat bacarığı;
- Analitik bacarıqlara sahib olmaq;
- Münaqişələrin həlli bacarıqları;
- Məsuliyyət, dəqiqlik, inkişafa meyillilik;
- Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti, ingilis dili arzu olunandır;
- MS Office proqramları üzrə biliklərə sahib olmaq.
- Əmək haqqı 800 AZN + Bonus
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Market müdiri” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.