AzParking MMC
Mühasib
Son tarix 17 apr 2026- [email protected]
İşin təsviri:
- Şəhər infrastrukturunu daha səmərəli və vətəndaşlar üçün rahat etmək məqsədilə parkinq xidməti üzrə innovativ həllər təqdim edən “AzParking” MMC maliyyə proseslərinin effektivliyinin təmin olunmasına dəstək verəcək peşəkar Mühasib axtarır.
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahədə ən az 1 il iş təcrübəsi
Vəzifə öhdəlikləri:
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hesablanması və ödənilməsi.
- Aylıq, rüblük və illik statistika, DSMF hesabatlarının hazırlanması və müvafiq dövlət orqanlarına elektron təqdim olunması.
- Müəssisənin debitor və kreditorlar üzrə hesablaşmalarında dəqiqliyin təmin edilməsi.
- Mal-material, xidmət, zəmanət və avanslarla əlaqədar hesablamaların həyata keçirilməsi və uçotunun aparılması.
- Mühasibat sənədlərinin düzgün tərtib olunmasının və tərkibində olan məlumatların doğruluğunun təmin edilməsi.
- Mühasibat sənədləri, mühasibat əməliyyatları üzrə sənədləşmənin rəsmiləşdirilməsi.
- E-Qaimə və gömrük bəyannamələri ilə bağlı əməliyyatların həyata keçirilməsi.
- Bank əməliyyatlarının həyata keçirilməsi, təhvil-təslim aktlarının, və hesab-fakturalar hazırlanması.
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması.
- Müxtəlif hesabat blanklarının və başqa rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edilməsi.
- İş sahəsi üzrə uçot sənədlərinin vaxtında, düzgün tərtib və təqdim edilməsi.
- Mühasibat sənədlərinin qeydiyyata alınması.
- Mühasibat sənədlərinin saxlanılması və müəyyən edilmiş qaydada arxivləşdirilməsi.
- Fəaliyyəti üzrə statistik və digər məlumatların müəyyən olunmuş qaydada rəhbərliyə təqdim edilməsi.
- Əməyin mühafizəsi, əmək-nizam intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigeniya və mülkü-müdafiə qaydalarına riayət olunması.
- Vəzifə səlahiyyətləri çərçivəsində əldə olunan kommersiya sirri təşkil edən məxfi məlumatların qorunmasının təmin edilməsi və bu məlumatların üçüncü şəxslərlə paylaşılmasına yol verilməməsi.
Tələb olunan səriştələr:
- Maliyyə menecmenti, mühasibat uçotunun təşkili və digər maliyyə yönümlü ixtisas istiqamətləri üzrə ali təhsil
- e-gov.az, e-taxes.gov.az, e-customs.gov.az- rəsmi dövlət portalları ilə sərbəst işləmək bacarığı
- Microsoft Office proqramları və 1C proqramı üzrə sərbəst işləmə bacarığı
- Rus dili (yaxşı səviyyədə), İngilis dili (yaxşı səviyyədə)
- Analitik düşüncə və təhlil bacarığı
- Komanda daxilində çalışmaq bacarığı
Biz nə təklif edirik:
- Karyera yüksəlişi imkanı
- Rəqabətədavamlı əmək haqqı sistemi
- Korporativ mədəniyyətə sahib iş mühiti
Qeyd olunan tələblərə cavab verən namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Mühasib” başlığı altında CV- nümunələrini göndərməklə müraciət edə bilərlər.












