Azparking MMC
Sənədləşmə işləri üzrə mütəxəssis
Son tarix 07 dek 2024 - [email protected]
İşin təsviri: “AzParking” MMC böyüməkdə olan komandasına yeni layihələrin icrası zamanı sənədləşmə prossesinin təşkilində dəstək olacaq peşəkar Sənədləşmə işləri üzrə mütəxəssis axtarışındadır.
İş yeri: Bakı şəhəri;
İş təcrübəsi: Müvafiq sahədə 2 il iş təcrübəsi;
Təhsil səviyyəsi: Ali təhsil
Vəzifə öhdəlikləri:
- Yeni layihələrin icrası prosesində daxili və xarici yazışmaların həyata keçirilməsi;
- İSO standartlarının tələblərinə əsasən sənədləşmə prossesinin uyğunluğunun təmin edilməsi;
- Daxil olan və göndərilən sənədlərin elektron sənəd dövriyyəsi sistemində vaxtında və dəqiq uçotunun təmin edilməsi, təyinatı üzrə çatdırılmasının təşkili;
- Sənədlərin kargüzarlığın aparılmasına dair təlimata və normalara uyğun olaraq hazırlanması, təhlükəsizliyinin təmin olunması üçün lazımi ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirilməsinin həyata keçirilməsi;
- Göndərilən sənədlərin lazımi formada qeydiyyatını apararaq, müvafiq ünvana çatdırılmasının təmin edilməsi;
- Struktur bölmələr üzrə daxil olan informasiyaların qeydə alınması və məlumatların təyinatı üzrə vaxtında çatdırılması;
- Və digər cari əməliyyatların həyata keçirilməsi.
Tələb olunan səriştələr:
- 1C proqram təminatından istifadə bacarığı;
- Azərbaycan və rus dilində səlis yazı və danışıq bacarığı (ingilis dili biliyi üstünlükdür);
- Sənədləşmə prossesinin təşkilinin müvafiq əsasnamə və təlimatlarını bilmək;
- Kompüter və ofis proqramlarından istifadə bacarığı (MS Word, MS Excel, MS PowerPoint );
- Yazılı və şifahi ünsiyyət bacarıqları;
- Diqqətcil, punktual, analitik düşüncə və təhlil bacarığı;
İş şəraiti:
- Əmək haqqı: 800-1000 AZN
- İş qrafiki: Tam iş həftəsi (5 gün)
- İş saatları: 09:00-18:00
- İstirahət günləri: Şənbə, bazar
Müraciət forması:
Qeyd olunan tələblərə cavab verən namizədlər mail ünvanına “Sənədləşmə işləri üzrə mütəxəssis” başlığı altında CV- nümunələrini göndərməklə müraciət edə bilərlər.
Bizlə çalışmağın üstünlükləri:
- Karyera yüksəlişi imkanı.
- Rəqabətə davamlı və KPİ əsaslı əmək haqqı sistemi.
- Korporativ mədəniyyətə sahib iş mühiti.