Azparking MMC
Layihə rəhbəri
Son tarix 27 yan 2025 - [email protected]
İşin təsviri: Parkinq xidməti üzrə innovativ həllər təqdim edən AzParking, şəhər infrastrukturunu daha səmərəli və vətəndaşlar üçün rahat etmək məqsədilə yaradılmış yeni xidməti olan ”ParkZone” proqram təminatı layihəsinin idarəolunmasının təşkilində dəstək olacaq peşəkar Layihə rəhbəri axtarışındadır.
İş yeri: Bakı şəhəri;
İş təcrübəsi: Müvafiq sahədə 3-5 il iş təcrübəsi;
Təhsil səviyyəsi: Ali təhsil.
Vəzifə öhdəlikləri:
- Layihələrin icrası prosesini qarşıya qoyulan hədəf, zaman və büdcə daxilində idarə etmək;
- Layihənin idarə edilməsi prosesində yarana biləcək problemlərin qarşısını almaq, yarana biləcək problemlərdə həll istiqamətini təyin etmək;
- Yerli və xarici şirkətlərlə əməkdaşlıqlar çərçivəsində danışıqlar həyata keçirib, müzakirələr aparmaq;
- Layihə çərçivəsində əməkdaşlararası iş bölgüsünü təyin etmək, lazımi vəzifələri və öhdəlikləri əsaslandıraraq təqdim etmək;
- Layihə asasında resursların ayrılmasına, düzgün istifadəsinə nəzarət etmək və layihənin müəyyənləşdirilmiş büdcə çərçivəsində həyata keçirilməsini təmin etmək;
- Layihə çəçivəsində yarana biləcək riskləri müəyyən etmək, risklərin qarşısı alınması üçün müvafiq tədbirlər planı hazırlayaraq ehtiyac yarandıqda tətbiq etmək;
- Layihənin məqsədlərinə çatmaq üçün lazım olan bütün prosedurları hazırlamaq, tətbiq etmək və izləmək;
- Rəhbərliyə layihə icra hesabatlarını hazırlamaq və mütəmadi olaraq hesabatların təqdim edilməsini təmin etmək;
- Layihənin fasiləsiz icrası məqsədi ilə daxili resurs və üçüncü tərəflərin (təchizat, mühasibatlıq və digər əlaqədar tərəflərin) fəaliyyətini koordinasiya etmək;
Tələb olunan səriştələr:
- İdarəetmə bacarığı, liderlik xüsusiyyətinə sahib olmaq və yüksək səviyyədə ünsiyyət bacarığı;
- Layihə idarəolunması üzrə beynəxalq sertifikatlara (PMP, PRİNCE2, İTİL, SMC, CAPM və s.) sahib olmaq üstünlükdür;
- Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (Rus və ingilis dili biliyi üstünlükdür);
İş şəraiti:
- Əmək haqqı: 1500-2000 AZN
- İş qrafiki: Tam iş həftəsi (5 gün)
- İş saatları: 09:00-18:00
- İstirahət günləri: Şənbə, bazar
Bizimlə çalışmağın üstünlükləri:
- Karyera yüksəlişi imkanı.
- Rəqabətə davamlı və KPİ əsaslı əmək haqqı sistemi.
- Korporativ mədəniyyətə sahib iş mühiti.
Müraciət forması:
Qeyd olunan tələblərə cavab verən namizədlər qeyd edilmiş elektron poçt ünvanına “Layihə rəhbəri” başlığı altında CV- nümunələrini göndərməklə müraciət edə bilərlər.