BOKT AzKredit ASC
İnzibati işlər üzrə mütəxəssis
Son tarix 30 may 2025 - [email protected]
İş yeri - BOKT “AzKredit ASC”-nin Baş ofis (Bakı şəhəri) olacaq.
Əsas vəzifə və öhdəlikləri:
- Şöbə müdiri tərəfindən verilən tapşırıqların icra edilməsi;
- Regional işçilərdən hesabatların yığılaraq Şöbə müdirinə təqdim edilməsi;
- Bank işinə dair hesabatların, standart rəsmi sənədlərin, poçt göndərişlərinin, maliyyə məlumatlarının işlənməsi, hazırlanması;
- Təşkilat tərəfindən verilən iddia və digər ərizələrin, iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin tərtib edilməsi;
- Daxil olan sənədlərin şöbə işçilərinə göndərilməsi və ümümi kargüzarlıq işinin təşkili
Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:
- Ali təhsil
- Azərbaycan dilində yazılı və şifahi olaraq sərbəst ünsiyyət qurmaq bacarığı;
- Kompüterdə (Outlook, MS Word, Excel) yüksək səviyyədə işləmək;
- Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
- Tələbkarlıq, Təşəbbüskarlıq, səmimiyyət, dözümlülük kimi müsbət göstəricilərə malik olmaq;
- Eyni anda bir neçə iş görmək və təzyiq altında işləmək bacarığı;
- Təşkilatın missiyasına sadiqlik.
Maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.
E-məktubunuzun mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını (Nümunə: İnzibati işlər üzrə mütəxəssis) göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.