AZINTELECOM
Korporativ və daxili kommunikasiyalar üzrə mütəxəssis
Son tarix 05 may 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Xarici kommunikasiya planının həyata keçirilməsinə dəstək göstərmək;
 - Xarici və daxili kommunikasiyalar üçün mətnlərin yazılması və koordinasiyası;
 - Xarici kommunikasiya üzrə yayımlanmış məzmunların hesabatlarının hazırlanması;
 - Onlayn media monitorinqin aparılması;
 - Kommunikasiya prosesinin davamlılığının təmin edilməsi üçün müxtəlif görüşlərin, fokus qrupların və s. keçirilməsi;
 - Daxili kommunikasiya strategiyasının həyata keçirilməsi;
 - Daxili kommunikasiya kanallarının idarə edilməsi;
 - Daxili kommunikasiya sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi;
 - Müxtəlif layihələrin və tədbirlərin təşkili;
 - Daxili korporativ jurnal üçün mətnlərin yazılması;
 - Əldə edilmiş xidmət üzrə ödənişlərin və aktların nəzərdən keçirilməsi;
 - Vendor şirkətlər ilə əlaqələrin qurulması və idarə edilməsi;
 - Korporativ tədbirlər üzrə çıxış nitqinin hazırlanması və çıxışçılara dəstəyin göstərilməsi;
 - Korporativ tədbirlər üçün təqdimatların hazırlanması;
 - Mətbuat konfranslarının təşkili və təbdir sonrası hesabatların hazırlanması.
 
Tələb olunun biliklər:
- Ali təhsil (Jurnalistika, Filologiya, Marketinq, Biznesin idarə edilməsi sahəsi üzrə);
 - Müvafiq sahə üzrə minimum ən azı 2 il iş təcrübəsi;
 - Daxili kommunikasiyalar ilə bağlı strategiya və planların hazırlanması və həyata keçirilməsi ilə bağlı təcrübəyə sahib olmalı;
 - Azərbaycan dilində mükəmməl yazı və ingilis dilində şifahi ünsiyyət bacarıqlarına sahib olmalı;
 - Səlis və aydın nitqə sahib olmalı, fikrini düzgün ifadə etməyi bacarmalı;
 - MS Office proqramlarında sərbəst işləmə bacarığı
 - Yüksək səviyyəli kommunikasiya bacarıqlarına malik olmaq;
 - Analiz etmə qabiliyyətinə malik olmalı;
 - Problemlərin həlletmə bacarığına malik olmalı
 
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək e-mail ünvanına göndərə bilərlər.
Rəqəmsal marketinq mütəxəssisi
Son tarix 05 may 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Şirkətin biznes hədəflərinə çatmaq üçün rəqəmsal marketinq fəaliyyətini həyata keçirmək;
 - Məhsulların tanıtımını və satışların artırılması üçün SMM, Email, Push bildirişləri, Youtube və digər rəqəmsal kanalların idarə edilməsi;
 - Sosial media platformalarında məzmun kalendarların təyinatı üzrə qurulması;
 - Sosial media platformalarında hədəflənmə (targeting);
 - Email marketing kampaniyalarının qurulması və davamlı optimizasiyası;
 - Push bildirişləri marketinqin həyata keçirilməsi;
 - Hər bir kampaniyanın müvəffəqiyyətini ölçmək üçün ən yaxşı təcrübələrin araşdırıb təhlil edilməsi və daha sonra bu məlumatların gələcək kampaniyaların doğru planlamasında tətbiqi;
 - Müxtəlif rəqəmsal kanallar üzrə A/B testlərin tətbiq edilməsi;
 - Məhsullar üzrə düzgün hədəflənmə və kommunikasiya edilməsi üçün Məhsul və xidmətlər şöbəsi ilə sıx əməkdaşlığın edilməsi;
 - Kontentin doğru çağırış etməsindən əmin olunması üçün məzmun üzrə mütəxəssis, və dizaynerlərlə koordinasiyanın aparılması;
 - ROI ve ROAS göstəricilərini artırmaq və sənayedəki son tendensiyaları əks etdirmək üçün optimizasiya işlərini təmin etmək.
 
Tələb olunun biliklər:
- Ali təhsil (Marketinq, İqtisadiyyat, Biznesin təşkili üzrə təhsil arzuolunandır);
 - Meta Business Suite, Meta Ads, Meta Pixel, Linkedin, Linkedin Ads, Google Analytics GTM, Mailchimp, Semrush üzrə biliklər
 - Rəqəmsal marketinq, SMM üzrə ən azı 2 il iş təcrübəsi
 - Rəqəmsal platformalarda (Meta, Linkedin, Youtube) sərbəst işləmə bacarığı
 - Ofis proqramlarında sərbəst işləmə bacarığı
 - Azərbaycan və ingilis dilləri sərbəst; rus dili (arzuolunan)
 - Ünsiyyət və təqdimat bacarıqları
 - Strateji düşünmək və problemləri həll etmək qabiliyyəti
 
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək e-mail ünvanına göndərə bilərlər.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







