AZINTELECOM
Satınalma üzrə böyük mütəxəssis
Son tarix 12 fev 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi;
- Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;
- Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
- Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
- Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
- Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
- Sifarişlərin yönləndirilməsi, prosesin izlənilməsi və sürətləndirilməsi;
- Tələbatlarla bağlı proqnozlaşdırmanın aparılması və ehtiyacların müəyyən olunması;
- Hesabatların hazırlanması və analiz olunması.
Tələb olunun biliklər:
- Ali təhsil
- IT avadanlıqlar və xidmətlər haqqında məlumatlı olmaq
- Müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi
- Dövlət satınalmaları üzrə təcrübəyə üstünlük verilir
- Tikinti üzrə satınalmalarda təcrübəyə üstünlük verilir
- SAP ilə işləmə bacarığı üstünlükdür
- Microsoft Office (Word, Excell, Outlook) proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- CİPS beynəlxalq sertifikatın olması üstünlükdür
- Azərbaycan dili – sərbəst; rus və ya ingilis dilləri sərbəst
- Analitik düşünmə və qərarvermə qabiliyyəti
- Ünsiyyətcil və kollektivdə işləmə bacarığı
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək e-mail ünvanına göndərə bilərlər.